GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Rusiya bu dəfə müharibəyə qarışmayacaq...” - İrəvanın qorxulu röyası

“Rusiya bu dəfə müharibəyə qarışmayacaq...” - İrəvanın qorxulu röyası

Tarix: 2-07-2019, 14:38 Bölmə :Siyasət Baxış: 654
“Rusiya bu dəfə müharibəyə qarışmayacaq...” - İrəvanın qorxulu röyası


Moskva-Ankara əməkdaşlığı dərinləşdikcə işğalçı ölkədə müharibə təlaşı artır; Rusiya səfirinin ardınca rusiyalı politoloq da erməniləri məyus etdi: “Moskva Bakını buna məcbur edə bilməz...”

2019-cu ilin arxada qalan ilk yarımilinin bir yekunu da Dağlıq Qarabağ məsələsində hər hansı pozitiv dəyişikliyin qeydə alınmaması oldu. Maraqlıdır ki, Azərbaycanda da, işğalçı Ermənistanda da konfliktin həllinə əsas maneə kimi məhz Rusiya göstərilir. Bizim ölkənin timsalında bu ittiham kifayət qədər haqlı görünür, çünki Ermənistanla Rusiya, bölgədə nəinki hərbi-siyasi müttəfiqlərdir, eyni zamanda, faktiki, torpaqlarımızın işğal ortaqlarıdır.

Bununla belə, rəsmi Bakı hələ də Kremlin münaqişənin həllinə real töhfə verəcəyinə ümidini itirməyib. Bu həll qeyri-sülh variantı da ola bilər. Yetər ki, Moskva Bakının işğal altındakı əraziləri güc yolu azad etməsinə əngəl yaratmasın, Rusiya rəsmilərinin zaman-zaman bəyan etdikləri kimi, öz həqiqi neytrallığını saxlasın.

*****

Qarabağ “yükü”, bundan dolayı Ermənistanı bəsləmək və yedizdirmək problemi isə getdikcə Rusiya üçün, onun büdcəsi üçün daha ağır problemə çevrilməkdədir. İşğalçı ölkə Rusiyadan ötrü daşınması get-gedə daha çətin olan “qulpsuz çamadan” qismindədir. Məntiqlə Moskva nə vaxtsa bu mənasız “yük”dən qurtulmalı olacaq. Qurtuluş yolu isə Dağlıq Qarabağ ixtilafının həllindən keçir. Qeyd edildiyi kimi, Kremlin məsələdə neytrallığı yetər ki, problem ya dinc yolla, da hərbi üsulla, qısa zamanda nizama salınsın. Ola bilsin, savaşa da lüzum qalmasın. Ona görə ki, arxasında Rusiyanı hiss etməyən Ermənistan nə işğal rejimini uzatmağa, nə də böyük müharibəyə cürət etməz.

Elə işğalçı Ermənistanın rəhbərliyinin ümidi də ona bağlıdır ki, Moskva lazımi anda Azərbaycan Ordusunun zəfər yürüşünü əngəlləyəcək. Söz düşmüşkən, aylar öncə erməni baş nazir Nikol Paşinyan açıqlamalarının birində Kremlə yaltaqlanaraq, beləcə də demişdi ki, “strateji tərəfdaşımız və Ermənistanın əsrlik dostu Rusiyanın yeni müharibəyə imkan verəcəyinə inanmıram”.

Bu, hər şeydən öncə Azərbaycanın problemi qısa zamanda hərbi yolla həll edə biləcəyindən yana İrəvanda yaşanan xofun göstəricisi idi. Bu günlərdə isə Paşinyan atəşkəs dövründəki ilk Ermənistan rəhbəri kimi etiraf etdi ki, müharibə hələ bitməyib. Öz növbəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ötən həftə yerli KİV-ə müsahibəsində erməniləri məyus edərək bildirib ki, Dağlıq Qarabağ məsələsində (oxu: sülh, yoxsa müharibə seçimində - “YM”) heç də hər şey Moskvadan asılı deyil.

*****

“Rusiya münaqişə zonasında eskalasiyanı dayandırmaq üçün az iş görmür. Bunu da müxtəlif formatlarda edir. Əgər nizamlama prosesində Rusiyanın iştirakı olmasa, insidentlər və problemlər qat-qat çox olardı. Bu yerdə 2016-cı ildəki aprel qarşıdurmasını Moskvanın dayandırmasını yada salmaq olar”.

Bu sözləri isə “Yeni Müsavat”ın məlumatına görə, rusiyalı tanınmış politoloq Sergey Markedonov dünən 1 in.am erməni portalına müsahibəsində Rusiyanın yeni Qarabağ müharibəsini dayandırıb-dayandırmağayacağı ilə bağlı sualı cavablandırarkən deyib.

“Bu məsələdə güc faktorunu bütünlüklə istisna eləmək olarmı? Xeyr. Çünki münaqişənin kökləri Moskvada deyil. Qarşıdurma olacağı halda Moskva vəziyyətə hətta qeyri-publik şəkildə reaksiya verə bilər. Ancaq o, tərəfləri anlaşmaya və öz maksimalist planlarından imtinaya (oxu: müharibədən imtinaya - ”YM") məcbur edə bilməz... Səmimi desəm, mən Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Qarabağ nizamlanması prosesində hansısa yenilik görmürəm. Və bəzi qərbli həmkarlarımın o fikri ilə də razı deyiləm ki, Ermənistanda hakimiyyət dəyişikliyi nizamlama prosesini sürətləndirə bilər. Ona görə ki, tərəflərin mövqeyi maksimalist olaraq qalır. Ermənistanda dəyişiklik daxili xarakterlidir", - deyə ekspert qeyd edib.

Politoloqa görə, Dağlıq Qarabağla bağlı daha bir problem 3 həmsədr dövlət (Rusiya, ABŞ, Fransa) arasında heç də isti münasibətlərin yaşanmamasıdır. “Xüsusən də söhbət Rusiya ilə ABŞ-ın münasibətlərindən gedir. Düzdür, biz situasiyalar bilirik ki, belə problemlər aradan qaldırılır. Ancaq Qarabağla bağlı bunu görmürük. Ən azı hələlik bu görünmür”.

*****

Amma o da var ki, Rusiyanın ABŞ və Avropa Birliyi ilə münasibətləri gərgin olsa da, ATƏT-in Minsk Qrupunun üzvü, 90-cı illərdə üç vasitəçidən biri olmuş (ABŞ- Rusiya-Türkiyə formatı), həm də yetərincə uğurlu vasitəçi olmuş Türkiyə ilə münasibətləri yüksələn xətlə davam edir. Bu əlaqələr xüsusən də son iki ildə hərbi və təhlükəsizlik sferaları üzrə dərinləşməkdədir. Bu isə Moskva və Ankaraya onların milli təhlükəsizliyi üçün heç də əhəmiyyətsiz olmayan qonşu Güney Qafqazdakı konflikt ocaqlarına da nə vaxtsa ortaq yanaşma sərgiləməsini zəruri və diktə edə bilər.

Yeri gəlmişkən, artıq iki ölkə arasında “S-400” raket kompleksləri ilə bağlı qalmaqallı məsələ yekunlaşmaq üzrədir. Rəsmi Ankara bu sistemlərin alınmasında israrlıdır və Moskva naminə göz önünə bəzi riskləri də almış kimidir. Rusiya üçün Türkiyənin önəmi də heç vaxt olmadığı qədər böyükdür və daha da artmaqdadır. Erməniləri indi ən çox narahat edən də bu qarşılıqlı bağlılığın nə vaxtsa Güney Qafqaza, Qarabağ məsələsinə sirayət edə bilməsidir. Ən azından, müharibə variantında bu faktorun Azərbaycanın xeyrinə işləyəcəyi şübhə doğurmur...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağ üçün kritik tarix və ssenari – “Ankara və Moskva bəzi detalları artıq razılaşdırıb...”

    Qarabağ üçün kritik tarix və ssenari – “Ankara və ...

    17-04-2018, 10:33

  • 
  • Yenə “5 rayon” söhbəti... - Moskvadan müəmmalı Qarabağ ismarışı

    Yenə “5 rayon” söhbəti... - Moskvadan müəmmalı ...

    16-09-2017, 12:25

  • 
  • İrəvanın növbəti Qarabağ blefi - düşmən vaxt udmağa çalışır

    İrəvanın növbəti Qarabağ blefi - düşmən vaxt ...

    27-09-2018, 14:31

  • 
  • Qarabağ ətrafında əsəb savaşı - işğal ortaqlarının ortaq oyunu?

    Qarabağ ətrafında əsəb savaşı - işğal ...

    20-11-2017, 11:53

  • 
  • Vəfa Quluzadə: “Moskva iki rayonu azad edəcək, amma…”

    Vəfa Quluzadə: “Moskva iki rayonu azad edəcək, ...

    8-07-2014, 17:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu