GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Paşinyan təslim olmağı təklif edir! – O, məğlubiyyəti bölüşməyə çalışır... “

Paşinyan təslim olmağı təklif edir! – O, məğlubiyyəti bölüşməyə çalışır... “

Tarix: 21-10-2020, 10:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 338
Paşinyan təslim olmağı təklif edir! – O, məğlubiyyəti bölüşməyə çalışır... “


Xəyallarımız və hədəflərimiz puç oldu. Xəyallarımız isə əsgərlərimiz və vətənimizlə bağlı idi”. Bu bədbin cümlələri Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Maryam Paşinyan "Facebook" səhifəsində yazıb. Sosial şəbəkə istifadəçiləri və yerli mətbuat dərhal onu "topa tutub". Baş nazirin ailəsinin belə bir bədbin ab-havada olması ciddi müzakirə mövzusuna çevirilib.

Erməni saytları yazır ki, indi insanlarda daha çox vətənpərvərlik ruhunu yüksəldən fikirlər səsləndirilməlidir. Bu mənada ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadələrin eşidilməsi xoş deyil. Paylaşıma şərh yazanların əksəriyyəti bildiriblər ki, məhz Maryamın atası Paşinyan ölkəni uçuruma sürükləyib.

Rusiyanın “Dojd” kanalının Xankəndindəki müxbiri Aleksey Korostelyov isə dünən Qarabağdakı vəziyyətlə bağlı danışıb. O bildirib ki, Xankəndi, demək olar, boşalıb. Xocavənd və Ağdərə rayonlarının mərkəzlərində eyni vəziyyət hökm sürür. Burada az sayda qoca kişilər qalıb. Jurnalist qeyd edib ki, erməni ordusunun sıraları hazırda Ermənistandan gələn könüllülər hesabına doldurulur, itki çoxdur, hər gün meyitlər daşınır. Hərbçilərdən müsahibə almaq, şəklini çəkmək, hərbi texnikanın fotosunu çəkmək qəti qadağandır.

Təqdim etdiyimiz hər iki qeyd Ermənistanda və işğal altında olan real vəziyyəti özündə əks etdirir. Ekspertlərin proqnozlaşdırdığı kimi, cəbhədə ağır məğlubiyyət erməni cəmiyyətində dərin məyusluq yaratmaqla bərabər siyasi hakimiyyəti də çətin vəziyyətdə qoyub. Paşinyanın qızının etirafı isə birbaşa baş nazirin ailəsindəki xəyal qırıqlığından və təslimçilik ovqatından xəbər verir. Artıq Ermənistanda vəziyyətdən çıxmaq üçün daxili müzakirələr paşlayıb, Paşinyan bütün siyasi qüvvələrlə məsləhətləşmələr apararaq gələcək addımları müzakirə edir. Qarabağ ətrafı rayonların bir-bir əldən çıxması, nəhəng hərbi itkilər hakimiyyətin çıxış yollarının məhdud olduğunu göstərir. Vəziyyəti bu həddə gərginləşdirən əsas səbəblərin başında Azərbaycandan ağılagəlməz dərəcədə böyük güc tətbiqi, beynəlxalq birlikdən, erməni lobbisindən, nəhayət, Rusiyadan ehtimal olunan ciddi dəstəyin gəlməməsi durur. Ermənistan hakimiyyətinin siyasi və hərbi resursları isə getikcə tükənir. Rusiyalı jurnalistin qeydlərində bu barədə ətraflı məlumat verilir: itkilər çoxdur, ölənlərin yerini Ermənistandan göndərilən "könüllülər"lə doldurmağa çalışırlar... Bu "könüllülər"in kimlərdən ibarət olması isə qısa müddətdə üzə çıxır: Müdafiə Nazirliyinin açıqladığı ölü siyahısında daha 18-19 yaşlı gəncləri nadir hallarda görmək olur, indi onları 30-60 yaşlarında olan hərbçilər əvəzləyir.

Paşinyan isə daxildə başlatdığı müzakirələrdə qarşısına əsas hədəf kimi məğlubiyyətin məsuliyyətini üzərindən atmağı qoyub. O, hərbi əməliyyatların başlanma səbəbini guya Dağlıq Qarabağın statusu məsələsində razılığa gəlinməməsinə bağlayır. Özünün “Qarabağ Ermənistandır”, “Sülh üçün yeni ərazi işğalı“ tezislərinin müharibəni qızışdırdığını inkar edir. Baş nazir əmindir ki, 30 illik üstün mövqelərin əldən verilməsinə görə ondan ciddi hesab soruşulacaq. Artıq daxili rəqiblər onun yaxasından yapışıb Şuşada, Xankəndində Azərbaycanı qəzəbləndirən hoqqabazlığa görə fəlakətlə üzləşdiklərini deyirlər. Nəticədə, Azərbaycan hərbi əməliyyatlara qərar verdi, Türkiyə dərhal onu dəstəklədi. Bu faktora görə Rusiyadan gözlənilən vacib dəstək gəlmədi və Ermənistan ordusu kütləvi şəkildə qırılmağa başladı.

Paşinyanın məsuliyyətdən qaçma cəhdlərindən biri Qarabağ danışıqlarında Ermənistanın dalana dirənməsini göstərməkdən ibarətdir. O ciddi-cəhdlə günahı Sərkisyanın boynuna qoymağa çalışır, guya 2011-ci ildə baş tutmuş Kazan görüşündə Sərkisyan bu fürsəti itirib.

Baş nazirin Ermənistan cəmiyyətinə təklif etdiyi çıxış yollarından biri kimi "səmimi mübarizə" aparmaqdır. Yəni cəbhədə vəziyyəti dəyişmək mümkün deyil, amma Dağlıq Qarabağ üçün yüksək status almaq şansı qalır. Paşinyan dolayısı ilə təslim olmağı, real situasiya ilə barışmağı təklif edir.

Baş nazir yaxşı başa düşür ki, Ermənistanı bu bataqlıqdan yalnız möcüzə xilas edə bilər. Bu möcüzəni də Ermənistanın havadarları yarada bilərdi, amma onlar susublar.

N.Paşinyan oktyabrın 19-da Ermənistan Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasını çağırıb, daha sonra isə parlamentdə təmsil olunmayan partiyaların təmsilçiləriylə qapalı görüş keçirib. Partiya təmsilçilərinə hökumətin mövqeyini əks etdirən rəsmi məktub təqdim edib. Onun məğzi açıqlanmayıb.

Bundan dərhal sonra Ermənistanda 13 siyasi partiya operativ qərargah yaradılması və bu orqana qərarlar qəbul edilməsi səlahiyyətinin verilməsi ilə bağlı Paşinyan hökumətinə təklif göndərilib. Məktubu Daşnaksutyun partiyasının vəzifəli şəxsi İşxan Saqatelyan təqdim edib.

Daşnaksutyun partiyasına qoşulan partiyaların arasında keçmiş hakim Respublika və bu yaxınlarda yaradılmış Vətən partiyaları da var. Vətən partiyasına Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan rəhbərlik edir.

Təklifin ikinci maddəsində deyilir ki, sözügedən orqana Ermənistanın və Dağlıq Qarabağın keçmiş və indiki prezidentləri, baş nazirləri, müdafiə və xarici işlər nazirləri, habelə siyasi və hərbi təcrübəsi olan başqa şəxslər daxil olmalıdır.

Ermənistan parlamentində hakim “Mənim addımım” fraksiyasının rəhbəri Vahan Tevosyan 13 partiyanın təklifinin anti-konstitusya mahiyyəti daşıdığını deyib: “Mən burda konstitusiya quruluşunun devrilməsi nüanslarını görürəm... Hesab edirəm ki, hazırda hərbi-siyasi hakimiyyət öz işini yaxşı yerinə yetirir və belə bir orqana ehtiyac yoxdur, üstəlik də bu orqan anti-konstitusiondur”. Bununla belə Tevosyan deyib ki, sözügedən partiyalar hansısa məşvərətçi xidmət göstərə bilərlər. O, bir daha vurğulayıb ki, təklif olunan orqanın yaradılması xüsusilə də hərbi vəziyyət zamanı təhlükəlidir.

Bu təklifə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da münasibət bildirib. O deyib: “Məni ciddi və kütləvi partiyalar sayılan Daşnaksutyun və Respublika partiyalarının bir ovuc məsuliyyətsiz partiyanın təsirinə uyması təəccübləndirir. Bununla belə mən bəzilərinin düşündüyü kimi hesab etmirəm ki, bu bəyanatın təsəbbüşkarlarının məqsədi dövlət çevrilişidir. Düşünürəm ki, bu təklif onların "Artsax" və Ermənistanın taleyindən dərin narahatlığından doğub”. Ter-Petrosyan əlavə edib ki, hazırkı vəziyyətdə hərbi-siyasi didişmə arzuolunmazdır: “Biz bununla düşmənə çox təhlükəli siqnal verərik”.

Daşnakların təşəbbüsünə 1998-1999-cu illərdə Ermənistanın baş naziri olmuş Armen Darbinyan da "Twitter"-də reaksiya verib: “13 partiyanın təklifini nəinki yersiz, həm də ziyanlı hesab edirəm. Ölkənin rəhbəri var və o vəziyyət üçün tam məsuliyyət daşıyır. Əgər məqsədəuyğun bilsə, kiminlə istəsə məsləhətləşə bilər. Keçmiş baş nazir kimi mən hər hansı belə formatda iştirakdan imtina edirəm”.

Göründüyü kimi, Paşinyanın müxtəlif manevrlərlə məğlubiyyətin məsuliyyətini bölüşmək cəhdləri Ermənistanda siyasi atmosferi gərginləşdirib. Hətta baş nazirin öz partiyasından da bu niyyətə qarşı açıq çıxışlar var. Petrosyanın şəxsində keçmiş siyasi elita da məsuliyyəti Ermənistanın hazırki rəhbərinin daşıdığını vurğulayır.

Şübhəsiz ki, düşmən cəbhəsində baş verən didişmələr Azərbaycanda diqqətlə izlənilir. Ermənistanın hərbi-siyasi məğlubiyyəti Bakıda eyforiya yaratmır, əksinə həm cəbhədə, həm də diplomatiyada soyuqqanlılıqla hədəfə doğru addımlar atılır. Strateji məqsədlərdən biri Ermənistana təslimçiliyi minimum itkilərlə gerçəkləşdirməyə imkan verməməkdir. Bu tarixi fürsətdən istifadə edib düşmənə bütün sahələrdə elə zərbələr endiriləcək ki, erməni məsələsi birdəfəlik qapansın.

Oktyabrın 23-də Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşü var. Həmin tarixdə ATƏT-in Minsk Qrupu həmsədrləri və Ermənistanın Xarici İşlər naziri Mnatsakanyan da ABŞ-da olacaqlar. Azərbaycan həmişə problemin sülhlə həlli yolunu açıq saxlayıb. Vaşintondakı müzakirələrdə rəsmi Bakı qarşı tərəfin son 27 ildə destruktuv mövqeyini, öhdəliklərə əməl etməməsini və danışıqların səmərəsizliyini əsas götürüb, yeni danışıqların ilkin şərti kimi Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Ağdamın döyüşsüz boşaldılmasını tələb etməlidir. Bu danışıqlara başlamağın şərti kimi irəli sürülməlidir.

Qarabağın tamamilə azad edilməsi və Azərbaycanın şərtləri əsasında hansısa status verilməsi bundan sonra müzakirə mövzusu ola bilər... /Azpolitika.info


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilər Paşinyanın qızını bu paylaşımına görə qınadı: “Xəyallarımız puç oldu…”

    Ermənilər Paşinyanın qızını bu paylaşımına görə ...

    20-10-2020, 14:37

  • 
  • Paşinyan oğlunu Qarabağa – ön cəbhəyə yolladı

    Paşinyan oğlunu Qarabağa – ön cəbhəyə yolladı ...

    29-05-2018, 10:05

  • 
  • Nikol Paşinyan: Yalnız yerli paltar geyir, yerli saat taxıram!

    Nikol Paşinyan: Yalnız yerli paltar geyir, yerli ...

    1-10-2018, 12:49

  • 
  • Nikol Paşinyan Strasburqa gedib

    Nikol Paşinyan Strasburqa gedib ...

    11-04-2019, 12:46

  • 
  • Paşinyan və ailəsini ofisiant koronavirusa yoluxdurub

    Paşinyan və ailəsini ofisiant koronavirusa ...

    1-06-2020, 14:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu