GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sülhpərvər cütlüyün militaristə çevrilməsi – bir vaxt göyərçin idilər, yoluq qarğaya döndülər

Sülhpərvər cütlüyün militaristə çevrilməsi – bir vaxt göyərçin idilər, yoluq qarğaya döndülər

Tarix: 11-11-2020, 14:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 333
Sülhpərvər cütlüyün militaristə çevrilməsi – bir vaxt göyərçin idilər, yoluq qarğaya döndülər


Müharibə dəhşətlərinin bizdə yaratdığı emosional ovqatla düşünərək, ekssentrik hərəkətlər edən, gəvəzə-gəvəzə, hərzə-hədyan danışan, yalana, iftiraya dəm verən baş düşmənimiz Nikol Paşinyan barədə “kəmağıl”, “dəli”, “paranoik” kimi ağır sözlər işlətdiyimizə baxmayın, əslində müasir erməni siyasətçilərinin içində ən ağıllısı və ciddisi elə odur. O birilərdən xəbərimiz yoxdur.

Paşinyanın 10 il əvvəl parlamentdə danışdığı sözlərə fikir verin. Adam sülhdən, güzəştdən danışır. Deyək ki, o vaxt saqqalı yox idi, sözü ötmürdü. Ondan 8 il sonra adam baş nazir seçildi, üstəlik, çalsaqqal (yarıağ, yarıqara) oldu, amma yenə sözü ötmədi.

Hələ 15-16 il əvvəl Tiflisdə azərbaycanlı jurnalistlərlə hansısa konfransa görüşərkən sülhpərvər mövqedən çıxış edən Nikol Vovayeviç yenicə hakimiyyətə gələndə də bir müddət sülhdən, qarşılıqlı razılaşmadan danışırdı. Pşinyanın həyat yoldaşı Anna Akopyan da ona qoşulmuşdu, o da özünü sülh elçisi kimi aparırdı, azərbaycanlı analara sülh çağırışları edirdi.

Əslində bu cütlük öz çağırışlarında səmimi idi, fəqət onlar Azərbaycanla qalıcı sülhü belə təsəvvür edirdilər ki, biz işğal olunmuş torpaqlarımızdan vaz keçirik və regiona sülh gəlir. Bəlkə də Paşinyan-Akopyan cütlüyü bizim üçün xırda-para güzəştlər də nəzərdə tuturdu, amma nə o güzəştlər bizim yaramızı sağaldırdı, nə də yerdə qalan erməni siyasətçiləri və ziyalıları biz bir qırnıq güzəştə getmək fikrindəydilər. Onlar həmişəki kimi, “qan töküb torpaq almışıq, hamısı özümüzündür” modundaydılar.

Ona görə də 2018-ci ildə Ermənistanda azsaylı sülhpərvər adamlardan biri olan Paşinyan yavaş-yavaş mürtəceləşdi. Erməni isteblişmenti, generaliteti bu yazıq adamı qabağına qatıb apardı, sülhpərvəri qova-qova militarist etdi. Anna Akopyan bu dəfə də onun yanında oldu. Bu “sülh göyərçini” əyninə əsgər paltarı geydi, əlnə tüfəng götürdü, səngərdə uzanıb bizə sarı silah tuşladı, poza verdi...

Onlar öz hakimiyyətləri xatirinə hər gün bir az daha artıq şiddətdə Azərbaycana, sülhə, hər hansı güzəştə qarşı olduqlarını isbat etməyə çalışırdılar. Amma bu cütlük, eləcə də Paşinyanın iqtidar komandası mindikləri hərb maşınını harada əyləməyi bilmədilər və Cıdır düzündən üzü aşağı yuvarlandılar.

İndiki duruma baxın. Hələ də Ermənistanda ən ağıllı siyasətçi Paşinyandır. Adam səhvini anlayıb, harada nəyi etməməli olduğunu aşağı-yuxarı başa düşüb, uduzduğunu, reallığı qəbul edir.

Ancaq başqaları, xüsusilə də onun rəqibləri hələ də qan-qan deyir, revanş arzusuyla alışıb-yanırlar. Onlar daha axmaq adamlardır, ölkənin güclü Azərbaycanla müharibə aparmaq üçün heç bir resursunun (nə hərbi texnika, nə döyüşçü sayı, nə döyüş əzmi sarıdan) olmadığını anlamırlar. Eləcə, onları dilə gətirən içlərindəki məkr və hikkədir.

Bu militarist şəxslərin yeganə niyyəti millətin olan-qalan resursunu hərəkətə gətirərək irəli atılmaqdır. Bu da təbii ki, öz xalqını qırğına vermək deməkdir.

Paşinyan anlayır ki, bu gedişlə Ermənistan qısa müddətə çökər, erməni xalqının genefonduna sarsılmaz zərbə vurular, amma onun rəqibləri real təhlükənin ciddiyətini anlamırlar. Gərək dənizin suyunun şor olduğuna özləri də hərəyə bir vedrə içərək əmin olsunlar.

17 müxalif partiyanın Paşinyanı devirərək, Qarabağ ətrafındakı situasiyanı öz xeyirlərinə dəyişə biləcəkləri düşüncəsinə qapılması məhz o korafəhm militaristliyin nəticəsidir. Hələ onlara Paşinyanın komandasından da dəstək verənlər var.
Yəni biz oturub gözləsək ki, sabah Ermənistanda başqa biri hakimiyyətə gələcək və o, Qarabağ münaqişəsi ətrafında bu saatdan sonra yaranmış situasiya ilə barışacaq, xalqını məhvə aparmaqdan imtina edəcək, sülhə gələcək, yanılarıq.

Ermənilər sona qədər dirəşəcəklər, müxtəlif hiylələr fikirləşəcəklər, hazırlanan sənədlərdə vergül, tire söhbəti edəcək, qalıcı sülh əldə olunmaması üçün əllərindən gələni beş qaba paylaşdıracaq, revanş ehtimalını həmişə ağıllarında saxlayacaqlar.
İndi militarist ermənilər (siyasi liderlər, ictimai-siyasi fəallar) kütləvi şəkildə xəyanətdən danışırlar. Amma fərqində deyillər ki, əsl xəyanətkar onlar özləridir, Azərbaycanın təslimçi sülhə heç vaxt razılaşmayacağını bilə-bilə Paşinyanın komandasını qeyri-bərabər döyüşə təhrik etdilər və biabırçı məğlubiyyətə uğradılar. Onlar hakimiyyətə yeni gələn şəxsləri də belə edəcəklər, onlar da ağıllı olmasalar, fitnəyə getsələr, lap axırda hamısı anlayacaq ki, yeganə qurtuluş sülh imiş. \\musavat.com\\
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyanın oğlu Qarabağda döyüşməkdən imtina etdi

    Paşinyanın oğlu Qarabağda döyüşməkdən imtina etdi ...

    30-09-2020, 12:38

  • 
  • Paşinyanın həyat yoldaşının saxta sülh çağırışı - Qarabağda xidmət edən Aşot - ŞƏRH

    Paşinyanın həyat yoldaşının saxta sülh çağırışı - ...

    9-04-2019, 14:24

  • 
  • Cavid İsmayıl Paşinyanın həyat yoldaşını çətin sual qarşısında qoyub

    Cavid İsmayıl Paşinyanın həyat yoldaşını çətin ...

    24-05-2019, 15:04

  • 
  • Nikol Paşinyan Strasburqa gedib

    Nikol Paşinyan Strasburqa gedib ...

    11-04-2019, 12:46

  • 
  • Arvadını Azərbaycanda müharibə aparmağa göndərən Paşinyan nəyi etiraf etdi?

    Arvadını Azərbaycanda müharibə aparmağa göndərən ...

    4-09-2020, 16:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (279)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu