GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Milli Məclis Prezidentə və xalqa müraciət etdi (TAM MƏTN/YENİLƏNİB)

Milli Məclis Prezidentə və xalqa müraciət etdi (TAM MƏTN/YENİLƏNİB)

Tarix: 13-11-2020, 15:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 361
Milli Məclis Prezidentə və xalqa müraciət etdi (TAM MƏTN/YENİLƏNİB)


Milli Məclis noyabrın 13-də keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib.

GundemXeber.Az xəbər verir ki, müraciəti Milli Məclisin deputat Nigar Arpadarai oxuyub.

Müraciətdə deyilir: "Son 100 ildən artıq dövrdə Azərbaycan xalqı "böyük Ermənistan” yaratmaq xülyasına düşmüş erməni şovinist dairələrinin etnik təmizləmə, soyqrım və işğalçılıq siyasətinin fəlakətli nəticələrini mütəmadi yaşamalı olub. Mərhələ-mərhələ həyata keçirilən bu siyasət ötən əsrin əvvəlində Cənubi Qafqazda 100 minlərlə azərbaycanlı və digər xalqların nümayəndələrinin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilməsinə gətirib çıxarıb. Çar Rusiyasının süqutunun ardınca keçmiş İrəvan xanlığı, sonrakı İrəvan quberniyasının ərazsində erməni dövləti yaradılıb.

Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən, Qərbi Zəngəzur, Qazax qəzasının dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri Ermənistana verilib və nəticədə onun ərazisi 9 min kv km-dan 29,8 min kv km-ə çatdırılıb. Ermənistan ərazisində qalan ata-baba torpaqlarında elliklə yaşayan 100 minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda Azərbaycan ərazisində sayı onlardan dəfələrlə az olan ermənilər üçün 1923-cü ildə "Qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilib.

Beləliklə, erməni millətçilərinin Azərbaaycana qarşı gələcək ərazi iddiaları üçün meydan açlımış və Cənubi Qafqazda baş verəcək yeni faciələrin əsası qoyulub. 1948-1953-cü illərin Corakert deportasiyası nəticəsində Ermənistan SSRİ-dən yarım milyona yaxın azərbaycanlı qovulmuş, onların bütün əmlakı talan edilmişdir.


1991-ci ildə Sovet ittifaqının süqutundan sonra geniş miqyas almış işğalçılıq müharibəsinin gedişində Azərbaycan ərazisinin 20 faizi - yəni, Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 20 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə soydaşımız yaralanıb və əlil olub.


Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovularaq didərgin salınıb. İşğalçılıq müharibəsi zamanı erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı bir sıra soyqırım cinayətləri törədiblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində əsrin ən dəhşətli faciələrindən biri baş verib. Soyqırım aktı nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən, 68 qadının və 26 uşağın taleyi bugünədək məlum deyil. Ermənsitanın etnik təmizləmə, soyqırım və işğalçılıq siyasətinə qarşı müqavimət cəhdi 1993-cü ilin iyul ayında böyük siyasi və dövlət xadimi Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra təşkil edilib. Ordu quruculuğu və silahlı qüvvələrin möhkəmləndirilməsi tarixində görülən düşünülmüş tədbirlər Ermənistan hərbi birləşmələrinin axır zərbələr endirmək və işğal altında olan bəzi ərazilərimizi, o cümlədən, Füzuli rayonunun strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsini azad etməyə imkan verib. Azərbaycanla daha silah dili ilə danışmağın mükün olmadığını görən Ermənistan 1994-cü ilin mayında atəşkəs imzalamağa məcbur olub. Beləliklə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üçün mötəbər beynəlxalq təşkilatların köməkliyilə aparılan adanışıqlara əlverişli şərait yaranmış, həmin təşkilatların qəbul etdikləri sənədlər münaqşənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil edib. BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrdən, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62-243 nömrəli qətnamədə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib. Azərbaycan Ordusunun aldığı qüvvətli zərbələrdən lazımı nətciələr çıxarmayan Ermənistan rəhbərliyi sentyabrın 27-də növbəti planlaşdırılmış təxribata əl atıb. İşğalçı ölkənin silahlı qüvvələri müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini bir neçə istiqamətdən atəşə tutublar. Mülki əhali və hərbi qulluqçular arasında ölən və yaralananlar olub. Ermənistanın bu xain hücumu işğalçı ölkənin hərbi və siyasi rəhbərliyinin beynəlxalq hüquqa qarşı saymazyana münasibətinin növbəti təzahürüdür. Azərbaycanla aparılan sülh danışıqlarını pozaraq münaqişəni öz xeyrinə birdəfəlik həll etmək üçün niyyətinin yeni ifadəsi olub. Düşmənin hücumuna cavab olaraq Azərbaycan BMT-nin nizamnaməsinə uyğun olaraq və özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarın sülhə məcbur etmək məqsədilə əks-hücuma başlayıb. Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən əməliyyat gedişində möhtəşəm qələbələ əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazıb. Silahlı Qüvvələrin modernləşdirilməsi ilə bağlı son 17 il ərzində həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapıb. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzladıqları bəyanat uzun illərdən bəri davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoyub, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətinin yeni formatını təqdim edib. Bəyanatın müddəalarına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub. Bu ilin dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələr-mərhələ Azərbaycana qaytarılacaq. Atəşkəsə nzəarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Türkiyə və Rusiya hərbu qulluqçularının birgə fəaliyyəti nəzarətə tutulub. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaq. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçiriləcək. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Tarixi əhəmiyyət daşıyan bu bəyanat çoxillik münaqişə və müharibədə Azərbaycan xalqının şanlı qələbəsini nümayiş etdirik. Tarixi ədalət öz yerini tutdu. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu möhtəşəm qələbəyə görə möhtərəm cənab Prezident, Sizə sonsuz minnətdarlığımızı bildiririk. Sizin uzaqgörən rəhbərliyiniz ilə Azərbaycanın böyük iqtisadi potensialı yaradılıb, müasir hərb nəzəriyyəsinin və taktikasının tələblərinə cavab verən güclü Azərbaycan Silahlı Qüvvələri qurulub. Sizin dəmir iradəsiniz, sarsılmaz əzminiz və digər qətiiyətiniz sayəsində həm döyüş meydanında, həm danışıqlar masasında parlaq nailiyyət qazanılıb.


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları və prinsipləri əsasında başa çatdırmaqda, tarixi düşmənə qarşı əsrlik mübarizədə məğlubiyyət sindromunu aradan qaldırmaqda öz inamı, hörməti, məhəbbəti və dəstəyi ilə əziz Xalqımız sizi böyük qələbə münasibətilə ürəkdən təbrik edirik. Biz inanırıq ki, uzun illər ərzində ölkəmizin müstəqilliyi və təhlükəsizliyi üçün böyük təhdid mənbəyi olmuş Dağlıq Qarabağ probleminin həlli ilə Azərbaycan daha yüksək sürətlə inkişaf edərək regional güc mərkəzlərinə və qüdrətli dünya dövlətlərinin birinə çevriləcək. Biz bu yolda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev başda olmaqla xalqımıza yeni-yeni uğurlar arzulayırıq. Eşq olsun, Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun, Müzəffər Ordusuna! Yaşasın, Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”

13.20

Parlamentin bu gün keçirilən iclasında Milli Məclis Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib.

Muraciəti Milli Məclisin deputat Nigar Arpadarai təqdim edib.

Müraciətdə deyilir: "1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycanın 20 faiz ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 20 mindən çox soydaşımız qətlə yetirilib, 1 milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkün salınıb. 1992-ci ilin fevralın 26-da Xocalı soyqrımı törədilib...


...2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Azərbaycan torpaqlarının işğalına son qoyulub. Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Tarixi ədalət öz yerini tutub. Bu möhtəşəm qələbəyə görə cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk. Əziz xalqımız sizi böyük qələbə münasibətilə təbrik edirik. Eşq olsun Ali Baş Komandan İlham Əliyevə, yaşasın Azərbaycan xalqı, Qarabağ Azərbaycandır!”

Müraciət səsverməyə çıxarılaraq qəbul edilib.

11:52

Milli Məclisin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edilməsi ilə bağlı komissiya yaradılıb.

Bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova məlumat verib.

Komissiyanın tərkibinə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Erkin Qədirli, Nizami Cəfərov, Nigar Arapadarai, Tural Gəncəliyev daxil edilib.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Məclis yeni cəzaları təsdiq etdi

    Milli Məclis yeni cəzaları təsdiq etdi ...

    6-05-2016, 14:32

  • 
  • Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət - MƏTN

    Azərbaycandan erməni mülki əhali və hərbçilərə ...

    26-10-2020, 13:16

  • 
  • Erməni nazir müavinindən Avropada həyasızlıq

    Erməni nazir müavinindən Avropada həyasızlıq ...

    5-10-2017, 16:41

  • 
  • KONSTİTUSİYA MƏHKƏMƏSİ QƏRAR VERDİ - Milli Məclisin buraxılması...

    KONSTİTUSİYA MƏHKƏMƏSİ QƏRAR VERDİ - Milli ...

    4-12-2019, 14:26

  • 
  • Prezident 1918-ci ilin mart soyqırımı haqqında sərəncam imzaladı

    Prezident 1918-ci ilin mart soyqırımı haqqında ...

    19-01-2018, 11:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu