GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakı Baş Gömrük İdarəsinin rəisi sahibkardan rüşvət istəyir? - Kənan Məmmədovla bağlı Prezidentə müraciət

Bakı Baş Gömrük İdarəsinin rəisi sahibkardan rüşvət istəyir? - Kənan Məmmədovla bağlı Prezidentə müraciət

Tarix: 14-11-2020, 12:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 377
Bakı Baş Gömrük İdarəsinin rəisi sahibkardan rüşvət istəyir? - Kənan Məmmədovla bağlı Prezidentə müraciət


"Lion Centre" MMC-nin direktoru, iş adamı Ramil Aslanov Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun qanunsuz əməlləri ilə bağlı ölkə rəhbərliyinə müraciət edib.

İş adamı müraciətində Kənan Məmmədovun Bakı Baş Gömrük İdarəsində yaratdığı monopoliya, bürokratik əngəllər və sahibkarları incitmə hallarından bəhs edir.

Özünün də bu problemlərlə qarşılaşdığını vurğulayan sahibkar qeyd edir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov ondan qanunsuz olaraq əlavə vəsait istəyir.

Sahibkar Ramil Aslanovun Prezident İlham Əliyevə ünvanladığı müraciətini təqdim edirik:

"Hörmətli cənab Prezident,

Bakı Baş Gömrük İdarəsi rəhbərliyi və tabeliyində olan işçilər direktoru olduğum "Lion Centre" MMC-nin adına gələn malın 01201000326352 saylı bəyannamə üzrə rəsmiləşdirmədən sonra əsassız iddialarla qanunsuz şəkildə malımı saxlayıblar. Məsələ barədə Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədova şikayət etsəm də, o məndən dövlət rüsümüundən əlavə 7 min manata yaxın vəsait istəyib. Mən bu pulu ona ödəmədiyim üçün Bakı Baş Gömrük İdarəsinin Mahir adlı əməkdaşı Abşeron Logistika Mərkəzində mənə qarşı məqəsdli şəkildə süründürməçilik və əngəllər yaradır. Mənim sahibkarlıq fəaliyyətimə açıq və qanunsuz şəkildə müdaxilə edən Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun və onun işçilərinin özbaşınalığı ilə bağlı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev cənablarına və digər müvafiq səlahiyyətli şəxslərə müraciət etmişəm. Ancaq Kənan Məmmədov açıq şəkildə cənab Səfər Mehdiyevi saymır, mənə qarşı öz qanunsuz əməllərini davam etdirir.

Bunun nəticəsidir ki, müraciətlərimə baxmayaraq artıq 10 günə yaxındır ki, problem həllini tapmayıb və gətirdiyim mallar hələ də Bakı Baş Gömrük İdarəsi əməkdaşları tərəfindən saxlanılır.

Məlumat üçün bildirim ki, hazırda Türkiyədən mebel, Rusiyadan Azərbaycana gətirilən "Neskafe" məhsullarının monopoliyasına məhz Kənan Məmmədov nəzarət edir.

Möhtərəm Cənab Prezident,

Sizin rəhbərliyiniz altında son illər Azərbaycanda saysız-hesabsız böyük işlər görülür, biz iş adamlarına şərait yaradılır, dövlətimiz sahibkarlığın inkişafına dəstək verir.

Eyni zamanda çıxışlarınızda hər dəfə qeyd etmisiniz ki, bəzi məmurların sahibkarlara qarşı qanunsuz müdaxilələrinə son qoyulması və bunun qarşısının alınması istiqamətində lazımı addımlar atılır.

Sizdən xahiş edirəm ki, Bakı Baş Gömrük İdarəsi rəhbərliyi və əməkdaşları tərəfindən mənə və digər sahibkarlara qarşı edilən özbaşınalıq və qanunsuz müdaxilələrlə bağlı da müvafiq tapşırıqlarınızı verəsiniz".

Şikayətdə adı keçən Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun fikirlərini öyrənməyə çalışsaq da, onunla əlaqə yaratmaq cəhdlərimiz alınmayıb. \\Demokrat.az\\
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı Baş Gömrük İdarəsində nə baş verir? - KƏNAN MƏMMƏDOV SAHİBKARLARI MÜFLİS EDİR

    Bakı Baş Gömrük İdarəsində nə baş verir? - KƏNAN ...

    29-05-2020, 12:25

  • 
  • Tovuz Gömrük İdarəsində tabesizlik

    Tovuz Gömrük İdarəsində tabesizlik ...

    18-01-2014, 11:15

  • 
  • Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı sərəncam imzaladı

    Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı ...

    17-11-2018, 17:11

  • 
  • Yeni sədr rəislərin yerini dəyişdi

    Yeni sədr rəislərin yerini dəyişdi ...

    4-05-2018, 16:21

  • 
  • Səfər Mehdiyevin kadrı prezidentin siyasətinə qarşı... - Bakı şəhər Baş Gömrük İdarəsində sahibkarların malları hara yoxa çıxır?

    Səfər Mehdiyevin kadrı prezidentin siyasətinə ...

    15-08-2018, 12:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu