GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ermənistan Putinə qarşı - əgər sənədin bir sözünü belə yerinə yetirməsələr...

Ermənistan Putinə qarşı - əgər sənədin bir sözünü belə yerinə yetirməsələr...

Tarix: 16-11-2020, 15:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 462
Ermənistan Putinə qarşı - əgər sənədin bir sözünü belə yerinə yetirməsələr...


Əgər kimsə düşünürsə ki, imzalanmış üçtərəfli sənədin hər hansı bəndi yerinə yetirilməzsə, Rusiya sülhməramlıları orada qala, yeni savaşa imkan verməyə bilər, zənnimcə, yanılır

Birbaşa mətləbə keçək. Ermənistanın diz çökdürülmüş ordusunun dekabrın 1-dək Azərbaycanın işğal olunmuş üç rayonundan çıxarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyəcəyi barədə narahatlığın ciddi əsası yoxdur. Əlbəttə, Azərbaycan xalqında, yurd-yuva həsrəti ilə illərdir ürəkləri qubar olmuş məcburi köçkünlərdə belə narahatlığın səbəbi var. Düşmən xislətini dəyişməyib, əvvəlki kimi hiyləğər və məkrlidir. Amma diqqət edin, yalnız hiyləğırdir, yalnız məkrlidir. Bundan o tərəfə Ermənistan da, onun ordusu da heç nədir. Boş qazandırlar, danqıldayırlar indi.

O səbəbdən diqqət etsəniz, Ermənistanda da, xüsusilə Qarabağda qalmış bir ovuc erməni də bu kimi iddialardan elə bizimkilər qədər narahatdırlar. Çünki öhdəliyin yerinə yetirilməməsi yeni savaşa meydan vermək deməkdir. Bu isə yarımcan Ermənistan üçün özünə ölüm fərmanı vermək deməkdir!

Əgər kimsə düşünürsə ki, imzalanmış üçtərəfli sənədin hər hansı bəndi yerinə yetirilməzsə, Rusiya sülhməramlıları orada qala, yeni savaşa imkan verməyə bilər, zənnimcə, yanılır. Üçtərəfli sazişdəki maddələr bir-birinə bağlıdır, biri yerinə yetirilməzsə, başqa bir bəndin icrası qeyri-mümkündür. O halda avtomatik Rusiya sülhməramlıları da Qarabağda qala bilməz. Bu baxımdan, “ermənilər rayonlardan çıxmayacaq”, “bəzi başıpozuq erməni hərbi birləşmələri 3 rayonu tərk etməmək üçün hətta sülhməramlılara müqavimət göstərməyə başlayıb” kimi iddialar bundan sonra da nə Azərbaycan Ordusunun iradəsini, nə Prezident İlham Əliyevin əzmini qıra bilər. Daha keçdi yalançı danışıqlarda bizim əsəblərlə oynadıqları günlər...

Hələ ermənilər döyüş meydanında qalan yüzlərlə meyitlərini toplamayıblar. Bunlar kimə və necə müqavimət göstərə bilərlər axı? Bunlar nəyə və kimə arxayın olub imzalanmış sənədi geri oxuda bilərlər?

Ermənistan vətəndaş müharibəsi astanasındadır. Nikol Paşinyan hakimiyyətini qorumaq üçün ona sadiq beş-on silahlını da İrəvana çağırıb. Erməni ordusunun bel sütunu dağıdılıb, erməni cəmiyyəti darmadağındır- bir-birlərini qırırlar, ittiham edirlər, bağırırlar, dərin depressiya və ruh düşgünlüyü içərisindədirlər. Nə edəcəklərini, bundan sonra necə toparlanacaqlarının yolunu tapmayan ölkənin daha “naz etmək” kimi lüksu yoxdur. Ermənilər Qarabağda indi Rusiya sülhməramlılarının qanadı altında belə bundan sonra nə edəcəklərini bilmirlər, tam bir ümidsizlik, müəmma içərisində qalıblar.

Neçə gündür Paşinyanı devirməkdən danışırlar, söyürlər, “xain, get!" deyirlər Amma fikir verin, heç kim irəli çıxıb “mən bundan sonrakı məsuliyyəti üzərimə götürürəm” demir. Niyə? Çünki indi Ermənistanda vəziyyət müharibə günlərindən də ağırdır. İndi bir neçə ay əvvələdək xəstə ideyalarla yaşayan millət əslində, ölüb, o toplumu Azərbaycan Ordusu elə əzib, elə məhv edib ki, bu zibil mirasa heç kim yiyə durmaq istəməz. Paşinyanı da ürəkli edən elə bu səbəbdir. Paşinyan bilir ki, özünün ifadə etdiyi kimi, “divar dibində ulayanlar” vəziyyəti dəyişə, sənədə müqavimət göstərmək gücündə deyillər, lap keşiş Qaragenin bacısı oğlu hakimiyyətə gəlsə də, Ermənistanı bu ağır durumdan asanlıqla çıxara bilməyəcək.

İlk növbədə erməni xalqı məğlubiyyətini Paşinyan kimi qəbul etməlidir. Razıyıq, Azərbaycan Ordusunun Ermənistana və işğalçı ermənilərə vurduğu zərbəni “bir batman balla” da yemək olmaz. Amma bu məğlubiyyəti də, gerçəkliyi də “yeməlidirlər”. Nə qədər gec deyil, əllərində qalan o çürük ölkəni də məhv etməyiblər, küçədən yığışıb ağıllanmalı, Ter-Petrosyanın dəqiqliklə ifadə etdiyi “bir qarış torpaq da vermərik...” kimi sarsaq yuxulardan ayılıb özlərinə yığışmalıdırlar.

Ermənistanın üçtərəfli müqaviləyə qarşı hər hansı mümkün addımı isə bizə qarşı olmayacaq. Bu, Ermənistanın Rusiyaya qarşı öz ağıllarınca müqaviməti olacaq. Bizi zatən düşmən bilirlər, indi o sıraya Rusiyanı və onun prezidenti Vladimir Putinin də adını yazıblar. “Rossiya-24” kanalında ötən gecə keçirilən müzakirədə də bunu rusiyalı ekspertlər açıq dilə gətirdilər. Dedilər ki, Ermənistandakı mitinqlərdə Rusiya “asıb-kəsilir”, “bizi satdı” kimi qanmaz ittihamlar irəli sürürlər. Elə həmin kanalda yenə ötən gecə “Kreml. Putin” proqramında Rusiya prezidentinin üçtərəfli sənədi imzalanması mərasimi zamanı ”bunu mən yazmışam, nəyini oxuyum?” replikası Ermənistanın bir daha belinin qırılması deməkdir. Bu, reallıq hissini itirərək öz sahibinin əlində ona tərəf çəmkirən(hürən) ağılsız millətə açıq mesajdır.

Ermənilər nəinki o razılaşmanın bir bəndini, hətta bir sözünü belə icra etməsə, bu ilk növbədə Rusiyaya qarşı, onun prezidentinə qarşı çıxmaq demək olacaq. Azərbaycan belə bir vəziyyətdə nə edəcəyini dəqiq bilir. Ermənilər isə Putinin imzasına “kəllə atacaq” qədər ağıllarını itiriblərsə, vay onların halına, nə xoş Azərbaycan Ordusuna.../musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin üçtərəfli görüşlə bağlı açıqlama verdi

    Putin üçtərəfli görüşlə bağlı açıqlama verdi ...

    10-08-2014, 18:39

  • 
  • Ermənistanın “MƏXFİ” qriflə gizlətdiyi SİRLƏR ÜZƏ ÇIXDI - Düşmən ordusu DARDA

    Ermənistanın “MƏXFİ” qriflə gizlətdiyi SİRLƏR ÜZƏ ...

    4-10-2017, 11:38

  • 
  • Suriya erməniləri Qarabağda

    Suriya erməniləri Qarabağda ...

    26-12-2012, 16:37

  • 
  • Şahin Hacıyev: Ermənistan ciddi destabilizasiya ərəfəsindədir

    Şahin Hacıyev: Ermənistan ciddi destabilizasiya ...

    25-04-2018, 15:31

  • 
  • Tofiq Zülfüqarov: Minsk qrupunun həmsədr dövlətlərinin bəyanatında yeni fikir yoxdur

    Tofiq Zülfüqarov: Minsk qrupunun həmsədr ...

    8-12-2017, 20:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu