Azərbaycan ordusu qəsbkar,terrorist və vandallıqları ilə dünyada "məşhur" olan erməni ordusuna elə bir dərs verdi ki,bugün də təsirindən ayıla bilmirlər.
Danılmazdır ki,xalq adına layiq olmayan erməni "ulaq" yığınını idarə edən bir sıra dövlətlər var ki,insanlıq əlehinə olan bir təşkilatı maliyyələşdirməklə yanaşı himayə də edirlər. Bütün bunlara baxmayaraq Azərbaycan dövlətinin Ali Baş Komandanı,müdrik siyasətçi və yenilməz sərkərdə cənab İlham Əliyev beynəlxalq hüquq normalarına əsasən siyasi,diplomatik və hərbi yolla əldə etdiyi şanlı zəfərə imza atmışdır. Təbii ki,bu qələbə həm ölkəmizdə,həm də dünyanın bir çox dövlətlərində böyük coşqu və sevinclə qeyd olunmuşdur. Bəli, açıq etiraf edirik ki,dövlətimizin əldə etdiyi uğur və nəaliyyətlərə hamı kimi biz də çox sevinirik.
Amma çox əfsuslar olsun ki,bəzi dövlət qurumları var ki,şəxsi mənafeyi naminə bəzi qanunsuz işləri çəkinmədən həyata keçirirlər. Belə olduğu təqdirdə isə, əldə olunan nəaliyyətlərə müxtəlif formada xələl gətirilir. Əlbəttə ki,belə qurumlar zaman-zaman ifşa olunub və qanun qarşısında hesab veriblər. Dəyərli “DogruXeber.az” informasiya agentliyinin izləyiciləri, bu gün diqqətinizə çatdıracağımız mühim bir məsələ var ki,bizi çox narahat edir və bunun üçün də belə bir qərara gəldik ki,sizlərlə bölüşək. Belə ki,bir neçə gün öncə redaksiyamıza Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsindən maraqlı bir videomaterial daxil olmuşdur. Məlumatın ciddiliyi bizi özünə çox cəlb etdi və kütləvi informasiya haqqında qanunun 8-ci maddəsini rəhbər tutaraq,sözügedən müəssisəyə 28.10.2020-ci il tarixdə rəsmi sorğu göndərdi.
Üzərindən bir neçə gün keçdikdən sonra Sumqayıt Şəhər Prokurorluğundan əlaqə nömrəmizə zəng gəldi. Dəstəyi qaldırdıqda özünü Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi kimi təqdim edən Elviz adlı şəxs,Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə ünvanladığımız müraciətlə bağlı Sumqayıt Prokurorluğuna gəlməyimiz və izahat verməyimizi bildirdi. Doğrusu, bu məsələ bizə çox təəccüblü gəldiyi üçün,rəsmi bildirişə ehtiyac duymadan getməyi qərara aldıq. Ertəsi gün səhər saatlarında Elviz müəllimin yanında olduq və məsələ ilə bağlı müəyyən qədər söhbət etdikdən sonra,izahat yazıb qurumu tərk etdik.
Bir məsələni də diqqətinizə çatdıraq ki,28.10.2020-ci il tarixindən Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə bildirişli ünvanladığımız sorğunun 12.11.2020-cil il tarixində cavabını deyil,sadəcə bildirişini almışıq. Bu günə qədər sözügedən qurum məsələ ilə bağlı müraciətimizə cavab verməyib. Məsələnin maraqlı olan tərəfi burasıdır ki, Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə ünvanladığımız müraciəti Sumqayıt Prokurorluğuna göndərməkdə məqsədləri,şöbədə qeydə alınmış kadrın kim tərəfindən həyata keçirilməsi olmuşdur. Bu isə gülüş doğuran bir məsələdir. Təəccüblüsü budur ki,dövlət müəssəsində qanuna zidd əməllərlə məşğul olan dövlət görəvçiləri onların çirkin əməllərini qeydə alanları axtarır. Atalar yaxşı demiş “öz gözündə tiri görməyən özgə gözündə tük axtarır” Nəzərinizə çatdıraq ki,tərəfimizdən bütün aidiyyatı qurumlara rəsmi sorğular hazırlamışıq. Və qısa müddət ərzində mərhələli şəkildə ünvanlara göndərilməsi təmin ediləcəkdir. Redaksiya hər bir halda qarşı tərəfin söz haqqını tanıyır./“DogruXeber.az”/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?