GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İlham Əliyev: "Ölkəmizdə dini, milli zəmində heç vaxt münaqişə olmayıb”

İlham Əliyev: "Ölkəmizdə dini, milli zəmində heç vaxt münaqişə olmayıb”

Tarix: 9-06-2016, 00:12 Bölmə :Siyasət Baxış: 0
İlham Əliyev: "Ölkəmizdə dini, milli zəmində heç vaxt münaqişə olmayıb”

Prezident Ramazan ayı münasibətilə müsəlman ölkələrinin səfirlərini qəbul edib

Bu gün Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib.
Dövlət başçısı görüşdə çıxış edib.
Müqəddəs Ramazan ayının başlaması münasibətilə görüş iştirakçılarını təbrik edən Prezident İlham Əliyev Ramazan ayında belə görüşlərin gözəl ənənəyə çevrildiyini bildirib. Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayının artmasının əhəmiyyətini qeyd edən dövlət başçısı bunun dostluğumuzu və həmrəyliyimizi nümayiş etdirdiyini deyib. Prezident İlham Əliyev bildirdi ki, görüş iştirakçılarının təmsil etdiyi ölkələrin Azərbaycan ilə həm ikitərəfli, həm çoxtərəfli formatda əlaqələri qurulub. Gələcəkdə bu əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı onu da vurğuladı ki, beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq var. Prezident İlham Əliyev aprel ayında İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən Zirvə görüşündə bu həmrəyliyin bir daha nümayiş olunduğunu diqqətə çatdıraraq həmin tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi sənədin qəbul edildiyini, aprel ayında Azərbaycana qarşı törədilən erməni təxribatının pislənildiyini qeyd etdi. “Biz bu addımları çox yüksək qiymətləndiririk və bunlara görə müsəlman ölkələrinə minnətdarlığımızı bildiririk”, - deyən dövlətimizin başçısı bu münaqişənin region üçün böyük təhlükə olduğunu diqqətə çatdırdı, onun fəsadları barədə danışdı, Ermənistanın bizə qarşı etnik təmizləmə siyasəti apardığını, Xocalı soyqırımını törətdiyini, işğal edilən torpaqlarda bütün tarixi və dini abidələri dağıtdığını söylədi. Ermənistan rəhbərliyinin Avropa ölkələrinə münaqişə ilə bağlı daim təhrif edilən məlumatlar verdiyini və eyni zamanda, bu münaqişəyə dini don geyindirməyə çalışdığını deyən dövlətimizin başçısı diqqətə çatdırdı ki, bir çox hallarda onlar üç müsəlman ölkəsi əhatəsində xristian dəyərlərini müdafiə etdiklərini də iddia edirlər. “Bu, böyük riyakarlıqdır. Siz - Azərbaycanda yaşayan insanlar, yaxşı bilirsiniz ki, ölkəmizdə dini, milli zəmində heç vaxt münaqişə olmayıb”, - deyən Prezident ilham Əliyev ölkəmizdə məscidlərlə yanaşı, kilsələrin və sinaqoqların fəaliyyət göstərdiyini, erməni kilsəsinin şəhərin mərkəzində toxunulmaz qaldığını və Azərbaycan dövlətinin bu kilsənin təmirinə vəsait ayırdığını da bildirdi, Ermənistan rəhbərliyinin bu ucuz və nalayiq çıxışlarının riyakarlığın təzahürü olduğunu vurğuladı. Dövlətimizin başçısı onu da dedi ki, bu, bir daha Ermənistan rəhbərliyinin müsəlman ölkələrinə düşmən gözü il baxdığını təsdiq edir. Prezident İlham Əliyev həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həm də digər məsələlərlə bağlı bütün müsəlman aləminin birlik, həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğuladı.
2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini deyən Prezident İlham Əliyev bu il ölkəmizdə keçirilən BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun nəticələrini Azərbaycanın bu yolda böyük uğurlara imza atdığını sübut edən daha bir amil kimi dəyərləndirdi. Bakıda ötən il birinci Avropa Oyunlarının baş tutduğunu, gələn il isə İslam Həmrəylik Oyunlarının keçiriləcəyini deyən dövlətimizin başçısı İslam Həmrəylik Oyunlarının tarixdə təkcə idman yarışı kimi qalmayacağına, bu Oyunların bütün dünyaya İslamın birliyə, sülhə, əmin-amanlığa çağırışını nümayiş etdirəcəyinə əminliyini ifadə etdi. Bu Oyunlardan bir il sonra Naxçıvanın İslam mədəniyyəti paytaxtı elan olunacağını, bir neçə il əvvəl Bakının bu şərəfli ada layiq görüldüyünü deyən Prezident İlham Əliyev Azərbaycanın İslam ölkələri arasında birliyin gücləndirilməsi istiqamətində səyləri davam etdiriləcəyini vurğuladı.
Görüşə görə Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirən Mərakeş Krallığının ölkəmizdəki səfiri Həsən Hami müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərləri adından Azərbaycan xalqına müqəddəs Ramazan ayı və qarşıdan gələn Ramazan bayramı münasibətilə ən xoş arzularını çatdırdı, müstəqilliyimizin bərpa olunmasının qarşıdan gələn 25-ci ildönümü münasibətilə təbrik etdi.
Səfir Azərbaycanın uğurlarından danışdı, bu uğurların müsəlman dünyasında yüksək dəyərləndirildiyini bildirdi. O, İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan ölkələrin bir daha Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə etdi və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam əməl olunması ilə həllinin tərəfdarı olduğunu vurğuladı.

İlham Əliyev: "Ölkəmizdə dini, milli zəmində heç vaxt münaqişə olmayıb”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev: "Ölkəmizdə dini, milli zəmində heç vaxt münaqişə olmayıb”

    İlham Əliyev: "Ölkəmizdə dini, milli zəmində ...

    9-06-2016, 00:14

  • 
  • Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib - FOTO

    Prezident İlham Əliyev müsəlman ölkələrinin ...

    13-06-2017, 12:42

  • 
  • Ərdoğan prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

    Ərdoğan prezident İlham Əliyevi Ramazan bayramı ...

    5-07-2016, 12:48

  • 
  • İlham Əliyev Ramazan bayramı münasibətilə xalqı təbrik edib

    İlham Əliyev Ramazan bayramı münasibətilə xalqı ...

    14-06-2018, 11:15

  • 
  • Şeyx iftar verdi - (Fotosessiya)

    Şeyx iftar verdi - (Fotosessiya) ...

    25-07-2013, 01:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu