GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Apellyasiya Məhkəməsinin hakimindən ədliyyə nazirinə şikayət - "Hakim Elnur Həsənov tamah məqsədiylə..."

Apellyasiya Məhkəməsinin hakimindən ədliyyə nazirinə şikayət - "Hakim Elnur Həsənov tamah məqsədiylə..."

Tarix: 5-12-2020, 17:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 870
 Apellyasiya Məhkəməsinin hakimindən ədliyyə nazirinə şikayət - "Hakim Elnur Həsənov tamah məqsədiylə..."


Elşən Ağa oğlu Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun fəaliyyətindən şikayətlənib. Belə ki, Elşən Hüseynovun sözlərinə görə, adıçəkilən hakim iddiaçı Rəna Müştəba qızı Kərimova ilə onun və digər cavabdeh Tural Rizvan oğlu Əsgərov arasında olan məhkəmə işini ədalətli aparmayıb və qərəzli qərar qəbul edib.

“Hakim Qəhrəman Allahverdiyev tərəfindən 2018-ci ildə verilən qərar ləğv edilərək, işin obyektiv baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib, lakin Elnur Həsənov…”

Ali Məhkəmənin Mülki İşlər Kollegiyasına Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8822/2018 saylı, 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verdiyini deyən Elşən Hüseynov bildirib ki, Ali Məhkəmənin Mülki İşlər Kollegiyası 2(102)-1871/2019 saylı 03 aprel 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətini təmin edib, apellyasiya məhkəməsinin qətnaməsini ləğv edib, işi təkrar apellyasiya baxışına göndərib: “Beləliklə də hakim Qəhrəman Allahverdiyev tərəfindən 2018-ci ildə verilən qərar ləğv edilərək, işin obyektiv baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Onu da qeyd edim ki, Ali Məhkəmənin Mülki İşlər Kollegiyası işi apellyasiya baxışına göndərərkən Bakı Apellyasiya Məhkəməsinə göstəriş vermişdir ki, Suraxanı rayon və Bakı Apellyasiya məhkəmələri işə baxarkən cavabdehlərin – Hüseynov Elşən Ağa oğlunun və Əsgərov Tural Rizvan oğlunun istifadəsində olan mübahisəli torpaq sahəsinə baxış keçirməmiş, mübahisəli torpaq sahəsinin Suraxanı rayon ərazisində deyil, Nizami rayon ərazisində yerləşməsinə dair dəllilərinə qiymət verməmiş və həmin dəlilləri qəbul etməmələrinin səbəblərini əsaslandırmamış, işdə olan mütəxəssis rəyinə istinad etmişdir. O cümlədən Ali Məhkəmənin Mülki Kollegiyası işin yeni apellyasiya baxışı zamanı həqiqətə nail olmaq üçün mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq ekspertiza təyin edilməklə rəy alınması və cavabdehlərin dəlillərini obyektiv yoxlamaqla qiymətləndirilməsini Bakı Apellyasiya Məhkəməsinə tapşırmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənov iş üzrə məhkəmə qətnaməsindən verdiyim apellyasiya şikayətinə baxarkən tamah məqsədi ilə qanunun tələblərini kobudcasına pozaraq Ali Məhkəmənin 2(102)-1871/2019 saylı 03 aprel 2019-cu il tarixli qərarındakı göstərişləri yerinə yetirməyib və iş üzrə dövlətin adına xələl gətirən qanunsuz, əsassız 2(010)-1017/2017 saylı, 22 noyabr 2019-cu il tarixli qətnaməsini çıxarıb. Yəni hakim Elnur Həsənov tamah məqsədi ilə qanunun tələbini pozub, mübahisəli torpaq sahəsinə baxış keçirmədən, torpaq sahəsinin hansı rayonun inzibati ərazisində yerləşməsini müəyyən etmədən və torpaq sahəsi üzrə ekspertiza təyin etmədən, Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-8419/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsini çıxarıb”.

“Qanununvericilik hakimlərdən bir başa tələb edir ki, məhkəmələr torpaq sahələri üzrə mubahisələrə baxarkən torpaq sahəsinə baxış keçirməli və torpaq sahəsinin statusunu müəyyən etməli, bundan sonra mübahisəyə mahiyyəti üzrə baxmalıdır”

Elşən Hüseynov qeyd edib ki, o və digər cavabdeh Tural Rizvan oğlu Əsgərov, eyni zamanda vəkilləri məhkəmə iclaslarında hakim Elnur Həsənovdan iddiaçı Rəna Müştəba qızı Kərimovanın iddia etdiyi mübahisəli torpaq sahəsinə baxış keçirilməsini xahiş edib: “Lakin hakim Elnur Həsənov vəsatətimizi təmin etmədi və iddiaçının, cavabdehlərin torpaq sahələri üzrə zərururi olan sənədləri əldə etmədən, ekspetiza keçirmədən və torpaq sahəsinə baxış keçirmədən qanunsuz qətnamə çıxarıb. Halbuki, qanununvericilik hakimlərdən bir başa tələb edir ki, məhkəmələr torpaq sahələri üzrə mubahisələrə baxarkən bir mənalı formada torpaq sahəsinə baxış keçirməli və torpaq sahəsinin statusunu müəyyən etməli, bundan sonra mübahisəyə mahiyyəti üzrə baxmalıdır. Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənov isə hansı marağa görə, qanunvericiliyin və Ali Məhkəmənin qərarındakı tələblərə məhəl qoymayıb. Bundan başqa, hakim Elnur Həsənovun qanunsuzluğunu təsdiq edən faktlardan biri də ondan ibarətdir ki, o, Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsindən vermiş olduğum kassasiya şikayətinə və ötürülmüş müddətin bərpasına dair vermiş olduğum ərizəyə baxılmasına dair işi 12 noyabr 2020-ci il saat 12:25-ə təyin edib. Lakin hakim qeyd olunan tarixə təyin edilmiş məhkəmə iclası barədə bildirişi 4 noyabr 2020-ci il tarixdə poçt vasitəsi ilə göndərmiş və həmin bildiriş mənə 23 noyabr 2020-ci il tarixdə poçt işçiləri tərəfindən qəbzə imza etdirilməklə təqdim edilib”. Bildirişi aldıqdan sonra Bakı Apellyasiya Məhkəməsi ilə əlaqə saxladığını vurğulayan Elşən Hüseynovun sözlərinə görə, o zaman məlum olub ki, hakim Elnur Həsənov onun iştirakını təmin etmədən işə baxıb: “Bütün bunlar bir daha onu göstərir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənov tamah məqsədiylə və ya kimlərinsə tapşırığı əsasında məhkəmə işini ədalətli aparmayıb və sonda iddiaçı Rəna Müştəba qızı Kərimovanın xeyrinə qərar verib. Məhz bu səbəbdən də “Hürriyyət” qəzeti vasitəsiylə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə müraciət edir, onlardan qanunun tələblərini pozduğuna görə hakim Elnur Həsənovun cəzalandırılmasını, dövlətin adına xələl gətirən qətnamənin nəzarət qaydasında yoxlanılmasına, Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsindən vermiş olduğum kassasiya şikayəti üzrə ötürülmüş müddətin bərpası ilə bağlı məhkəmə iclasının yenidən təyin edilməsinə və pozulmuş hüquqlarımın bərpa edilməsinə köməklik etmələrini xahiş edirəm”.

“Elnur Həsənov və digər hakimlər icraatlarındakı işə ədalətlə baxmalı, bu zaman “Məhkəmələr və hakimlər haqqında” Qanunun 95-ci və 99-cu maddəsində əks olunan mühüm məqamları nəzərə almalıdır”

Beləliklə, sonda Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun nəzərinə çatdırmaq istərdik ki, hər bir hakim icraatında olan işə baxarkən, “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələblərini unutmamalı və Azərbaycan dövləti adından qərar verdiyini göz önünə almalıdır. Çünki onların çıxaracaqları qərar ədalətsiz olarsa, bu, Azərbaycan dövlətinin adına, onun beynəlxalq imicinə xələl gətirə, hətta Avropa Məhkəməsinin ölkəmizlə bağlı arzuolunmaz qərar qəbul etməsinə səbəb ola bilər. Məhz buna görə də Elnur Həsənov və digər hakimlər icraatlarındakı işə ədalətlə baxmalı, bu zaman “Məhkəmələr və hakimlər haqqında” Qanunun 95-ci maddəsində qeyd olunan hakimlərin andını, o cümlədən 99-cu maddədə əks olunan mühüm məqamları nəzərə almalıdır./“Hürriyyət”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ali Məhkəmə Mehman Hüseynovun kassasiya şikayətini təmin etməyib

    Ali Məhkəmə Mehman Hüseynovun kassasiya ...

    25-06-2018, 17:23

  • 
  • Bloger Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib

    Bloger Mehman Hüseynovun apellyasiya şikayəti ...

    15-12-2017, 17:40

  • 
  • Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib

    Mehman Hüseynovun apellyasiya şikayəti təmin ...

    17-10-2018, 18:08

  • 
  • Ali Məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi

    Ali Məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi ...

    29-09-2017, 13:00

  • 
  • Sabah Pərviz Həşimlinin məhkəməsidir

    Sabah Pərviz Həşimlinin məhkəməsidir ...

    23-12-2014, 23:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (82)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu