Azərbaycanda məmur övladlarının gənc yaşlarında milyonluq mülklərə sahib olmaları dəb halını alıb. Əgər sual olunsa ki, bu qədər var-dövlət haradandır?
O halda cavab belə olar: Ya nazir nəvəsidir, ya da ki, rəis balasıdır. Belə yerdə yaxşı deyiblər ki, vətən oliqarx məmurların deyil, kasıblarındır. Bu nümunənin də sonuncu vətən uğrunda gedən müharibədə şahidi olduq. Beləliklə, jurnalist Cavanşir Həsənlinin araşdırması nəticəsində ortalığa çıxan foto-faktları və qısa mətni GundemXeber.Az-ın çoxsaylı oxucularına təqdim edirik: "Şəkildə, yaxud Şəkidə gördüyünüz istirahət mərkəzi - Şəki Park hotel kompleksi 4 hektar ərazini əhatə edir. Tikili sahəsi 5213 kv m. olan mehmanxana və kotteclərdən ibarətdir. Sahibi?
Sahibi baş nazirin keçmiş müavini Abid Şərifovun dediyi kimi "alabala"-filan deyil! Abid Şərifovun Londonda yaşayan öz nəvəsi 29 yaşlı Nicat Mahmudovdur. Nicat 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur, 20 yaşından İngiltərə paytaxtında bizneslə məşğul olur."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?