GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qazaxda səhiyyə sistemi “can üstədir” - ŞOK FAKTLAR

Qazaxda səhiyyə sistemi “can üstədir” - ŞOK FAKTLAR

Tarix: 9-12-2020, 08:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 527
Qazaxda səhiyyə sistemi “can üstədir” - ŞOK FAKTLAR


Yalana o qədər öyrəşmişik ki, düz söz deyəndə insanlarımız təəccüblənir və şübhələnir. Bax elə bədbəxtçiliyimiz də bundadır. Hər bir ölkə özünün təhsili, elmi, mədəniyyəti və səhiyyəsi ilə tanınır. Bu proses yerlərdə də belədir. Hərçənd ki, Qazaxda səhiyyə sistemi yox dərəcəsindədir. Səhiyyənin bütün sistemlərində rüşvətxorluq baş alıb gedir. Necə deyərlər, yığan yığanındır. Qəribədir ki, nazirlik və TƏBİB bu əməliyyatı bilə-bilə, görə-görə görməməzliyə vurur. Bu ancaq sadə vətəndaşları “sarımaqdan”, ölkə başçısına yalan danışmaqdan başqa bir şey deyil.

Bu günlərdə uzun müddətdir Qazax səhiyyəsində çalışan, 2-ci Qarabağ savaşında şəhid ailəsi kimi status almış əczaçı Füzuli Vəlizadənin ürək dağlayan, barıt qoxulu sözlərini dinləyəndə adam özünə hakim kəsilə bilmir. Ağır ürək xəstəsi, yaşı 60-a yaxın olan Vəlizadə, bu günə kimi səhiyyənin müdiri (Qazax Rayon Mərkəzi Xəstəxanası, Publik Hüquqi Şəxsi Sevda Məmmədova) Sevda Məmmədova ilə bir ailəli kimi yaşayan, Səhiyyə Həmkarlar Təşkilatı Qazax Rayon Komitəsinin sədri, həm də təcili təxirəsalınmaz tibbi yardım stansiyasının baş tibb bacısı vəzifəsində işləyən Sevda Həsənovadan dincəlmək üçün heç bir yerə göndəriş ala bilməməsi əsl faciədir. Füzuli Vəlizadə müsahibə verdikcə bu yaşda gözlərindən süzülən nifrət yaşları, sanki həmkar Sevda Həsənovanın xəstəxanaya gəldiyi yollara çilənirdi. Onun “putyovkaları” necə satdığını, Qazaxın Qarapapaq kəndində aldığı mülkləri, Bakıda qurduğu dəbdəbəli şəraiti, həmkarların hesabında olan küllü miqdarda vəsaiti əsası olmayan yerlərə xərclənməsini, yardım etdiyi səhiyyə işçiləri ilə yarbayarı iş görməsini, həyat yoldaşı Məhərrəm Həsənovun xəstəxanada 2 ştatda otuzdurulmasını (həm bağban, həm də xəstəxananın baş həkimin müavininin sürücüsü), “Çinarın dibi” deyilən yaşadığı məhəllədə ailə üzvlərinin hər birinin minik avtomobillərinin olamsını dilə gətirdikcə, xəyallara dalmalı olursan. Yəni bu qədər dağıntılar edən adicə bir həmkar, özündən başqa kimi düşünməliydi ki? Bəstəboy bir qadına, orta ixtisas təhsilli bir tibb bacısına bu qədər səlahiyyət verən kimlər olub? Görəsən, Sevda Həsənova həmkarlar təşkilatının nizamnaməsindən xəbəri varmı ki, həmkar sözü nə deməkdir, və kimlərin qayğısına qalınmalıdır? Kimlərin haqqı müdafiə edilməlidir? Və yaxud, bu qadının bu günə kimi hər vaxt baş həkim Sevda Məmmədovanın təzyiqlərinə məruz qalanlardan kimləri müdafiə edib? Əsla, inana bilmərik ki, müdafiə də edə... Çünki, baş həkimlə bir yatmaqları ayrı olan Sevda Həsənova Sevda Məmmədovanı qoyaraq, bir haqqı tapdananı müdafiə etməyə haradan cürət tapa bilərdi? Yaxşı olardı ki, bu suala Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı cənab Səttar Mehbalıyev cavab verəydi... ( Bu barədə cənab Mehbalıyevə rəsmi sorğu da ünvanlanacaq).
Yazı çapa hazırlanarkən Sevda Məmmədova ilə Sevda Həsənovanın həyat yoldaşları ilə birgə, bu yay Qəbələdə dincəlməkləri xəbərini də aldıq. Deyilənə görə, həmin dəstə ötən il Ukraynanın səfalı yerlərindən birində olublar.
... Qazax Mərkəzi Xəstəxanası istifadəyə veriləndən bir neçə ay sonra, Qazaxda olan TƏBİB-in sədri Ramin Bayramlı, haqlı olaraq Sevda Məmmədovanın yaşla əlaqədar ərizəsini verməsini dilə gətirib. Bədbəxtçiliyimiz bundadır ki, ölkədə hər bir adamın pis-yaxşı adamı var. Sonradan bu söhbət müəyyən səbələrdən uzanıb. Adicə bu karantin dövründə Qazax vətəndaşlarının səhiyyənin xətti ilə Bakıya getmələri yoxlanılsa, yalnız səhiyyənin əsassız yerə verdiyi arayışların hesabına nə qədər sakinlərin Bakıya üz tutması müəyyən olunar. Təəssüflər ki, əlaqədar orqanlar bu işlə məşğul olmurlar. Həmin xəstə adı altında Bakıya gedənlərə arayışlar heç də elə - belə verilməyib.

Qazaxda səhiyyə sistemi “can üstədir” - ŞOK FAKTLAR


Baş Nazir cənab Əli Əsədovun sərəncamı ilə koronavirusla bağlı əlaqədar səhiyyə işçilərinə ayrılan vəsait Qazax səhiyyəsində Sevda Həsənovanın göstərişi ilə cablərinə axıdılır. Aidiyyəti olanlardan çox, aidiyyəti olmayan tibb işçilərinə əlavə pullar yazılaraq dövlət vəsaiti dağıdlıb və mənimsənilib. Yuxarıda adını qeyd etdiyimiz əzcaçı, şəhid ailəsi Füzuli Vəlizadə bildirir GundemXeber.Az-a bildirir ki, “necə olur ki, mən də xəstəxananın əzcaçısıyam, Şaiq Nəsibov da. Mən bu il əlillərə, koronavirusa tutulanlara, veteranlara və sairə kimilərinə dərman buraxmaqla 800 xəstə ilə təmasada olduğum halda, əczaçı Şaiq Nəsibov və onun “sanitarkasına” korona ilə bağlı əlavə pul verilir, mənə yox? Yaxud, xəstəxananın sürücülərindən bir neçəsinə əlavə pul verilir, digərlərinə yox? Necə olur ki, Sevda Məmmədova korona ilə əlaqədar sürücüsü Zahid adlı şəxsə əlavə pul yazdırır, mənə yox?”
O da vurğulanır ki, Sevda Məmmədova bütün işləri Sevda Həsənova ilə birgə həyata keçirir. Xəstəxanada vətəndaşların müayinəsindən və müalicəsindən söhbət gedə bilməz. Hər iki qadın xəstəxanaya gəlir mənbəyi kimi baxır. Sevda Məmmədovanın Qazaxın “Əriklik” deyilən yerdə göz oxşayan hələlik dəyəri 50 min manat vəsait tələb edən villasının tikintisi də, belə bir tikintinin heç də maaşla başa gəlmədiyndən xəbər verir.
Koronavirusla bağlı xəstəxana “hakimiyyətinin” dövlət tərəfindən ayrılan vəsaitin necə talan edilməsinə diqqət çəkilməli, günahkarlar cəzalandırılmalıdır. Təəssüflər ki, hansı səbəbdənsə hələ ki, bu məsələyə toxunulmur.
Qazax Mərkəzi Xəstəxanasında bu günə kimi işçilərin əmək haqqının verilməsi də müşkülə dönüb. İşçilər haqqını tələb edən kimi, mənasız hədə-qorxularla üzləşirlər. Səhiyyənin baş mühasibi Məhəmməd adlı şəxs isə əməkhaqqının verilməməsində Qazax səhiyyəsinə hələ ki rəhbərlik edən Sevda Məmmədovanı günahlandırır. Əslində isə bunun baş mühasib Məhəmmədlə Sevda Məmmədovanın öz oyunlarının olması kimi danışılır. Fakt ondadır ki, səhiyyə işçiləri əmək haqqılarını ala bilmirlər.
Vəli Kosayev

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan ən pis səhiyyəsi olan ölkələr arasındadır

    Azərbaycan ən pis səhiyyəsi olan ölkələr ...

    29-09-2016, 21:55

  • 
  • Qazax şəhər poliklinikasında “anarxiya”

    Qazax şəhər poliklinikasında “anarxiya” ...

    16-08-2016, 13:22

  • 
  • Qazaxda  səhmdarların  etirazi

    Qazaxda səhmdarların etirazi ...

    29-12-2012, 10:48

  • 
  • Qazax Mərkəzi xəstəxanası ilə bağlı şok iddia

    Qazax Mərkəzi xəstəxanası ilə bağlı şok iddia ...

    3-12-2013, 10:28

  • 
  • Qazaxda diaqnostika mərkəzinin baş həkimi cərrah həkimi bıçaqladı

    Qazaxda diaqnostika mərkəzinin baş həkimi cərrah ...

    31-08-2013, 12:52


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu