gundemxeber.az Redaksiyamıza ən çox şikayət məktubları Qazax rayonundan gəlir. Bir qrup rayon sakini başlarına gələn rəzalətdən yazırlar. Qazax rayon sərnişin daşıma ATC-nin 5 nəfər səhmdarı Mustafayev İsmayıl, Mustafayev Valeh, Əsgərov Ayaz, İbrahimov İlham, Mustafayev Vahid bildirirlər ki, çalışdıqları sərnişin daşıma nəqliyyat müəssisəsinin rəisi İsmayılov Hümbət onlardan xəbərsiz olaraq, müəssisəni işi adamı Carçıyev Elçinə şəxsi mülki kimi satmışdır. Nəticədə səhmdarların mülkiyyət hüquqları pozulmuşdur. O da bildirilir ki, adı çəkilən iş adamı Qazaxda gözünə dəyən nə varsa özününküləşdirir. Şikayətçilər Qazax rayon məhkəməsinə müraciət etsələr də, iş hələ də ədalətli həllini tapmamışdır. Məhkəmə dartışmasından xəbər tutan ATC-nin 140 nəfər işçisi də öz etirazlarını bildirirlər. Qazax rayon məhkəməsi işi bilərəkdən yubadır ki, şikayətçilər bezib öz iddialarından əl çəksinlər. Şikayətçilər öz tələblərində sonadək israrlıdırlar. Səhmdarlar onu da bildirdilər ki, ölkə Prezidenti İlham Əliyevə müraciət edəcəklər, tələbləri öz həllini tapmasa kütləvi etiraz aksiyalarına başlayacaqlar.
Sorğu
Yeni dizaynımız necədir?