GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qazax şəhər poliklinikasında “anarxiya”

Qazax şəhər poliklinikasında “anarxiya”

Tarix: 16-08-2016, 13:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 903
Qazax şəhər poliklinikasında “anarxiya”

Qazax Rayon Mərkəzi Xətəxanasının nəzdində fəaliyyət göstərən poliklinika nadir hallarda müdir sarıdan yarıyıb. Uzun illər şəhər poliklinikasının müdiri olmuş, mərhum Şaiq Mehdiyevin zamnında sözügedən səhiyyə ocağında necə deyərlər, din-bərəkət olub. Ələlxüsus da poliklinikaya Şaiq Mehdiyevin şəxsi gücü naminə nazirlikdən ayrılan külli miqdarda vəsait onun yüksək səviyyədə təmirini başa çatdıra bilmişdi. Yoxsa uzun illərdi təmirsiz qalan bu səhiyyə ocağı ayıb olmasın, ifadəmə görə üzr istəyirəm, “toyuq damını” xatırlayardı. Nə isə... Bu gün haqq dünyasında olan Şaiq Mehdiyevə bir daha Allah rəhmət eləsin!

... Hazırda isə poliklinikada vəziyyət acınacaqlı və bərbaddır. Uzun müddət poliklinikada şəkərli-diabet xəstəliyinin guya müalicəsi ilə məşğul olmuş, sonradan avanqard kimi qələmə verilən həkim Sevda Məmmədovanın baş həkimliyi yarıtmaz bir şəkil alıb. Xanımın işi səhər 5 dəqiqəliyindən sonra yerindəcə əyləşib “pul qırmaqdır”. Xəstələrdə olan xəstəliyi də bir anda “heç nə yoxdur!” kəlməsini istənilən vaxt deməyə hazır olan Sevda Məmmədova “əl-ayaq” kadrların yerləşdirilməsində də ciddi nöqsanlara yol verir. Məsələn, şəkərli-diabet xəstələri üçün ayrılan dərman və preparat vətəndaşlara elə zorla verilir ki, adamın şəkəri 2 dəfə qalxmasa qarşısındakında dinclik yaranmır. Gülməlidir ki, poliklinikanın aptekində bir vaxtlar saxta diplom verən, sonradan bağlanılması məqsədəuyğun sayılan Ekologiya İnstitutunun Qazax Filialının yox bir tibb fakültəsini bitirmiş Hacıyeva Samirə adlı bir xanım əyləşib. İnanın ki, bu adam adicə tetratsiklini də tanımır. Görünür bir vaxtlar şəkər dərmanını da açıqca satışa çıxaran Sevda xanım bu kadrı da özü təyin edib. Əks halda bunu necə izah etmək mümkündür? Eyni zamanda, xanımdan dərman alanlar da beziblər. Belə ki, xanım vətəndaşlardan o qədər sənəd tələb edir ki, elə bil özünə şəkər dərmanı deyil, sosial yardım üçün sənəd düzəldirsən. Belə gülünc və acınacaqlı vəziyyət harada görünüb?

Məsələ ilə bağlı Sevda Məmmədova ilə “kurortda”da olsa telefon əlaqəsi saxladıq. O, bizə kinayəli şəkildə bildirdi ki, “dedikləriniz tam doğrudur. Lakin onun diplomunu vaxtı ilə Qazaxda fəaliyyət göstərən Ekologiya İnstitutu versə də nazirlik təsdiqləyib, həm də həmin qadın kursda olub”. Başa düşmədik: “Gəmi hara, zəmi hara?” Ekologiya hara, tibb diplomu hara?..

Nə etməli, bizə əlac isə yenidən bu barədə səhiyyə nazirliyinə sorğu göndərmək qalıb.

Poliklinikada baş alıb-gedən antisanitariyadan da danışmaq yerinə düşərdi. Hələ poliklinikada su sistemi yoxdur. Çürümüş dəmir boruları heç olmasa Sevda Məmmədova “ikinci hesabından” təmir elətdirsə daha yaxşı olardı. Yəqin xanım baş həkim yeganə gəlir mənbəyi olan Qazax Şəhər Poliklinikasında hansı vəzifədə olmasını da unudub. Bir sual da meydan çıxır: necə olur ki, hər il ev-eşiyini yüksək şəkildə, aylarla təmir etdirən Sevda Məmmədova poliklinikaya da öz evi kimi baxmır?

Qeyd etdiyimiz kimi, xəstəxanaları və poliklinika kimi sahələri susuz təsəvvür etmək qeyri-mümkündür. Qazax Şəhər Poliklinikasının həyətində isə daşdan hörülmə su qabı mövcuddur. İşçilər nahar zamanı qab-qaşıqlarını yalnız bu su qabının hesabına yumalı olurlar. Məsələ burasıdır ki, poliklinikada çalışanların 90

faizi qadınlardır. Su qabının krandı isə demək olar ki, yerə bitişikdir. Utana –utana qadınların millətin içində əyilib-qalxaraq qab-qaşıq yuması hansı milli mentolitetimizə uyğundur? Bir halda ki, Sevda Məmmədova qadındırsa onda bu məsələyə yaxşı olar ki, özü qiymət versin...

Poliklinikanın ayaqyolu da acınacaqlı vəziyyətdədir. Heç “nuh nəbidə” də bu cür ayaqyolu olmayıb. Necə olur ki, hər il ölkəmizin ən bahalı istirahət yarlərində dincələn poliklinika müdiri bir günlük vəsaitini də buradan əsirgəyib?

Qarşı tərəfin fikrini də dinləməyə hazırıq.

Mövzunu davam etdirəcəyik.

İlham Hacalı

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qazax stomotoloji poliklinikasında dərəbəylik

    Qazax stomotoloji poliklinikasında dərəbəylik ...

    5-12-2012, 09:22

  • 
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    3-05-2016, 18:58

  • 
  • Bakıdakı 23 nömrəli poliklinikada özbaşınalıq

    Bakıdakı 23 nömrəli poliklinikada özbaşınalıq ...

    22-09-2014, 12:32

  • 
  • Xətaidəki 7 saylı poliklinikada rüşvət fırtınası

    Xətaidəki 7 saylı poliklinikada rüşvət fırtınası ...

    21-06-2013, 00:49

  • 
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    29-04-2016, 17:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu