GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Proqress 2016” sakinlərə necə kələk gəlib? - Bakıda tikinti mafiozu

“Proqress 2016” sakinlərə necə kələk gəlib? - Bakıda tikinti mafiozu

Tarix: 15-12-2020, 14:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 342
“Proqress 2016” sakinlərə necə kələk gəlib? - Bakıda tikinti mafiozu


Bakıda tikinti mafiyasının qurbanları günbəgün artır. Hüquq-mühafizə orqanları onlarla mütəşəkkil səviyyədə mübarizə aparsa da, dələduz inşaat firmalarının, rəhbərlərinin sayı azalmaq bilmir ki, artmaqdadır.

Belə şirkətlərdən biri “Proqress 2016” MTK-dır. Bu şirkət neçə ildir ki, payçıları aldatmaqdadır.
Əldə etdiyimiz məlumatda deyilir ki, şirkətin faktiki sahibi, “Hayan E ” MMC-nin də hüquqi sədri olan Səməndərov Emil Tofiq oğlu mənzil sahiblərinə fırıldaqda gəlməkdə davam edir və havadarlarına güvənir.
Bu özbaşınalıq və dələduzluq faktı istintaq tərəfindən təsdiqini taparsa, E.Səməndərovu uzunmüddətli dörd divarlıq hücrə həyatı gözləyir.
Amma nə şirkət rəhbəri mənzil alan vətəndaşların problemini həll edir, nə də onu qoruyan “sehirli əllər” şikayətçilərin səsinin yuxarılara laızmi səviyyədə çatmasına imkan verir.

Şikayətçilərdən birinin video müsahibəsində dediyinə görə, 2018-ci ilin dekabrında 39 min manat nağd ödəniş edərək “Proqress 2016” MTK-dan mənzil alıb.

Mənzil aldığına sevinən payçı təmir işləri aparmaq istəyəndə ona məlum olur ki, ev hələ 2008-ci ildə “Hayan E ” MMC-nin rəhbəri olmuş Tağıyev Elman tərəfindən Məsimov Səyyar Ələkbər oğlu adlı fiziki şəxsə satılıbmış.
Sonra bu və buna bənzər digər əməllərinə görə E.Tağıyev korrupsiya faktı ilə həbs edilib. Amma illər sonra – 2017-ci ildə Nəsirov Rafiq adlı səlahiyyətli şəxs tərəfindən həmin mənzil yenə Səyyar Məsimova satılıb.
Beləliklə, bir gündə iki hüquqi qüvvəsi olmayan sənəd imzalanıb. Faktiki şikayətçinin sözlərinə görə, bu, ciddi qanun pozuntusudur. Çünki bir müqaviləyə xitam verilməmiş, digəri imzalanıb.



Gundemxeber.Az reportyor.info-ya istinadla məlumat verir ki, mənzili nağd aldığı üçün hazırkı ev sahibi hüquq predmetləri çərçivəsində mülkiyyətin ona aid olduğunu söyləyir.
Sitat: “Ancaq indiyə qədər binaya mismar vurulmayıb, ailələr, körpəsi, yaşlısı olan adamlar kirayələrdə qalmışıq.
Bizim ölkə rəhbərliyindən, hüquq-mühafizə orqanlarından xahişimiz budur ki, binamız Emil Səməndərov və quldur dəstəsindən alınsın”.
Eyni problemlə üzləşən digər payçı 30 min manat ödəyib və 2019-cu ildən mənzilini gözləməkdədir. Onu kimi xeyli sayda ailə oxşar aqibətlə üzləşib.
Sakinlərin sözlərinə görə, “Proqress 2016” MTK-nın sahibi E.Səməndərov bir mənzili bir neçə şəxsə satıb.

Bu da fırıldaq və dələduzluq əməli hesab edilir. Bakıda bir neçə şirkət rəhbəri belə ittihamla mühakimə olunub və ağır həbs cəzası alıb.
Sakinlər bildirirlər ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi, eləcə də Abşeron Rayon İcra Hakimiyyəti məsələdən məlumatlıdırlar. Amma nəticəsi yoxdur. “Biz neçə ildir ki, binanın təhvil verilməsini gözləyirik”, – deyə sakinlər gileylənirlər.
Sakinlərin dediyinə görə, iş Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində Şəhriyar adlı rütbəli şəxsin nəzarətindədir, onun isə E.Səməndərovla yaxın əlaqəsi var və şirkət rəhbərini bu günə kimi qorumaqdadır.
Sakinlər deyirlər ki, Vətən müharibəsi günlərində susublar, problemi qabartmayıblar, Orduya, dövlətə dəstək olaraq bir müddət gözləyiblər.
“Biz bina sakinlərinin siyahısının blokda lövhədə yerləşdirilməsini tələb etmişik. Amma yerinə yetirilməyib.
Şirkət rəhbəri elə adamdır ki, mühafizəçilərlə gəzir, ona yaxınlaşmaq mümkün deyil, qoluzorluları binanın fəhlələrindən də çoxdur.
Ümumiyyətlə, sözügedən şirkətin adı bir sıra qanunsuzluqlarda çəkilir, ittiham olunur. Məsələn, “Proqress 2016” MTK-nın sahibi olan Emil Səməndərov 2018 ilin iyulunda Binəqədi rayon məhkəməsinin hakimi Vüqar Məmmədovun (iş №1(001)-185/2018 saylı) hökmü ilə Cinayət məcəlləsinin 178.2.2. və 178.2.4. maddələr ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilib. \
AR CM-in 69.4.-cu maddəsinə görə onun 14 iyun 2017-ci il tarixindən 15 iyul 2017-ci il tarixə qədər saxlandığı 1 (bir) gün müddət alınaraq ona təyin edilmiş cəzanın məbləği azaldılaraq üzərində 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdı
Halbuki məhkəmə artıq dəfələrlə məhkum edilən Emil Səməndərov barədə həbs qəti imkan tədbiri seçməli, həmçinin azadlıqdan məhrum etmə cəzası verməli olduğu halda nədənsə bu qanunları “görməzdən” gəlmişdi.
Yeri gəlmişkən, “Proqress-2016” MTK-da mənzil alıb, ancaq mənzillərinə köçə bilməyənlər Korrusiyaya qarşı Baş Mübarizə İdarəsinin önünə toplaşıblar.
Emil Səməndərov binanın tikintisini başa çatdırmadan 1000-dən çox insana mənzilləri yenidən başqa insanlara satıb.
Aldadılmış sakinlər mənzilləri görmək üçün binaya gedərkən Emil Səməndərov və onun adamları tərəfindən hədə-qorxu ilə üzləşiblər.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda bir mənzil bir neçə şəxsə satılıb

    Bakıda bir mənzil bir neçə şəxsə satılıb ...

    6-12-2016, 23:34

  • 
  • Bakıda 200 min maaş alan şirkət rəhbəri kimdir?

    Bakıda 200 min maaş alan şirkət rəhbəri kimdir? ...

    30-07-2019, 13:40

  • 
  • Nazir oğlu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil hədiyyə edib

    Nazir oğlu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil ...

    5-03-2018, 17:07

  • 
  • İcra başçısı Bakıxanovu tikinti şirkətlərinə peşkəş edib

    İcra başçısı Bakıxanovu tikinti şirkətlərinə ...

    15-02-2018, 16:15

  • 
  • Bakıda güllələnən şirkət rəhbərindən yeni şikayət var

    Bakıda güllələnən şirkət rəhbərindən yeni şikayət ...

    8-11-2013, 11:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu