Özünü tikinti şirkətinin təsisçisi kimi təqdim edən şəxs Bakı sakininə qarşı dələduzluq edib.
1963-cü il təvəllüdlü Musavət Şirinov Xətai Rayon Polis İdarəsinə müraciət edərək dələduzluq faktı ilə üzləşdiyini bildirib. M.Şirinov qeyd edib ki, 2013-cü ilin avqust ayında ozünü "Mega Holding" MMC-nin təsisçisi kimi təqdim edən Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Aqil Qədirov 55 min ABŞ dollarına mənzil satıb. Lakin sonradan həmin mənzilin digər şəxslərə də satıldığı məlum olub.
"Mega Holding" MMC-dən "Report"a bildirilib ki, Aqil Qədirov kimi tanınan şəxs MMC-də işləməyib: "Ola bilsin ki, həmin şəxs dəllal kimi fəaliyyət göstərib".
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?