GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ

Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ

Tarix: 18-12-2020, 15:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 896
Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ


Cənubi Qafqazın işğalçı ölkəsi adı ilə tanınan və uzun illər ərzində Azərbaycana qarşı davam etdirdiyi iyrənc siyasəti nəticəsində baş verən 44 günlük “Vətən müharibəsi”, məhz bir çox həqiqətləri üzə çıxartdı.


Belə ki, müzəffər Azərbaycan ordusunun 27 sentyabrdan başlayaraq həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində, otuz ilə yaxın müddət ərzində işğalçı Ermənistanın tapdaqlar altında saxladığı dədə-baba torpaqlarımız yağı düşməndən təmizləndi və ​ sonda bu ölkənin hərbi-siyasi rəhbərliyi məğlub olduqlarını etiraf etməli oldu.

Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ


Sözsüz ki, həmin vaxtlarda silahlı qüvvələrimiz cəbhəboyu bütün ərazilərdə yağı düşmənin “başını əzdi”, arxa cəbhədə olanlar isə, məhz döyüşkən ordumuza arxa-dayaq oldular. Bütün bunlar isə, məhz şanlı Azərbaycan ordusunun işğalçı ordu birləşmələri üzərində qələbələr çalmasına əsas verən səbəblər oldu. Bu sırada ölkəmizin səhiyyə müəssisələrində yorulmaq bilmədən çalışan, “gecəsini gündüzünə qatan”, hər an, hər dəqiqə yaralı hərbçilərimizin yanında olub lazımi köməkliyini göstərən, bir növ onlara valideyinlik qayğısını əsirgəməyən ​ həkimlərimizin, tibb bacılarının və s. əməyini heç vaxt, heç zaman unutmaq olmaz.




​
44 günlük “Vətən müharibəsi”nin ilk günlərindən bütün giriş qapılarını yaralı hərbçilərimizin üzünə açan, peşəkar kollektivi ilə zabitlərimizə, əsgərlərimizə hər cür köməkliyini göstərən səhiyyə müəssisələrindən biri də,​ Azərbaycan Tibb Universitetinin​ Tədris Cərrahiyyə Klinikası​ oldu. Elə ki, dünən GundemXeber.Az və DoğruXeber.Az saytı olaraq adı çəkilən bu klinikanın​ Oftalmologiya​ şöbəsində olduq və şöbə müdiri,​ assistent​ Qurban İsmayılovla söhbətləşdik, o hada əsl həqiqətlər bizə bəlli oldu.


Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ


Yəni, bəlli oldu ki,​ ATU-nun​ Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin​ müdiri Qurban​ İsmayılov da,​ II Qarabağ müharibəsində​ yaralı​ əsgər​ və zabitlərimizə​ yüksək səviyyədə​ tibbi​ xidmət​ göstərən fədakar​ həkmlərimizdəndir.​ Belə ki, yaralı əsgərlərlə ümumi görüş zamanı​ Qurban​ İsmayılov qeyd etdi ki, “Mənim​ I Qarabağ müharibəsində​ də lazımi xidmətlərim olub və hal-hazırda da oxşar xidmətlərimi vicdanla yerinə yetirməyə çalışıram. ​

Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ


“Vətən müharibəsi”nin ilk günlərindən​ Tədris Cərrahiyyə Klinikası​ yaralı hərbçilərimizə xidmət göstərir və indiyə kimi 118 nəfər hərbçimiz üzərində əməliyyat aparmışıq. Bu gün Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdar olduğumu bildirirəm ki, o, müdrik siyasəti və qətiyyətli iradəsi ilə hərbi əməliyyatlara rəhbərlik etdi, düşmən üzərində qələbə çalmağımıza əsas səbəb oldu və biz üzərimizdən “məğlub xalq” adını götürə bildik. Düzdür,​ 44 günlük “Vətən müharibəsi”ndə şəhidlərimiz, yaralılarımız oldu, buna baxmayaraq bu gün bir xalq olaraq başıuca, alnıaçıq gəzə bilirik. Allahdan arzu edərdim ki, bir daha xalqımıza müharibə nəsib etməsin. Bildirim ki, ötən illər ərzində hərbçilərimizə həm maddi, həm də mənəvi cəhətdən dayaq olmaq başılca istəyim olub. Daha çox gənclik illərimdə xalqımıza, dövlətimizə xidmət etmişəm və bu gün də xidmət etməkdəyəm”.

Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ


​
“Vətən müharibəsi”nin ilk günlərindən​ Tədris Cərrahiyyə Klinikasında​ müayinə və müalicə olunan yaralı hərçilərimizlə söhbət zamanı isə onlar bildirdilər ki, “Bu Klinikada bizə qarşı münasibət ən yüksək səviyyədədir. Yəni, şöbə​ müdiri Qurban​ İsmayılov başda olmaqla həkimlər, tibb bacıları, digər texniki işçilər və s. gündəlik qayğımıza qalıb, bizə lazımi səviyyədə xidmət göstərirlər.


Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ


Məsələn, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ-in) sıralarında hərbi xidmətdə olan və Şuşa şəhərinin alınması zamanı baş nahiyəsindən ağır yaralanan İbrahimov Şahid Samir oğlunun,​ Füzuli rayonunun azad olunmasında fədəkarlıqlar göstərən və ayaq hissəsindən yaralanan Quliyev Turan Mühyəddin oğlunun, MAXE olan və Şuşa şəhərinin yağı düşmən qüvvələrindən azad olunması zamanı işğalçı ordu birləşmələrinin atdığı minomyotun qəlpələrindən ağır xəsarət alan, ilk əvvəl döyüş yoldaşı Vüqar Qəmbərovun köməklik göstərdiyi yaralı Lələyev Kənan Məhərrəm oğlunun, 2016-2019-cu illər ərzində mərhum general Polad Həşimovun rəhbərlik etdiyi hərbi hissədə hərbi xidmətdə olan, bir qədər vaxt keçdikdən sonra isə könüllü hərbi xidmətə başlamaq qərarı verən, 44 günlük “Vətən müharibəsi”ndə bədəninin müxtəlif hissələrindən olmazın xəsarətlər alan və belə bir səbəb üzündən də, əlinin və ayağının biri işləməyən Orucov Samir Surxay oğlunun, Cəbrayıl rayonunun erməni işğalçı ordu birləşmələrindən azad olunması zamanı misli-bərabəri olmayan qəhrəmanlıqlar göstərən, həmin savaşın gedişi zamanı qorxu hissi nə olduğunu bilməyən və müharibənin şiddətli anlarında hər iki gözünü itirib Vətən yolunda bu işıqlı dünyaya həsrət qalan Baxşezadə Kamran Tariyel oğlunun, MAXE olan və Füzuli rayonun azad olunması yolunda canından keçməyə hazır olduğunu bildirən, keçirilən əks-hücum əməliyyatları zamanı ağır yaralanan Sadiq Xeyrəddin oğlunun, Hadrut qəsəbəsinin yağı düşmən tapdağından təmizlənməsi zamanı yaralanan və yaralı vəziyyətdə olsa belə, hərbi əməliyyatlarda bir daha iştirak etmək istəyini ortaya qoyan Əli Əliyevin, əslən İmişli rayonundan olan və Qubadlı rayonu uğrunda keçirilən qanlı döyüşlər zamanı baş nahiyəsindən ağır yaralanan, MAXE ​ Nicat Əmirlinin, həmçinin Cəbrayılın, Qubadlın düşmən qüvvələrindən təmizlənməsi zamanı böyük şücaətlər göstərən, işğalçı ordu birləşmələrinin zabit və əsgər heyyətinin hər birini anında məhv etməyə qadir olan, şiddətli döyüşlərin birində hər iki ayağnın diz hissəsindən aşağısını itirən, lazım olacağı təqdirdə bir daha döyüşə getməyə hazır olduğunu bildirən Salahov Natiq Rasim oğlunun danışdıqlarını dinlədikcə, sanki heyran qaldıq.


Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ


O halda dərk etdik ki, “Vətən müqəddəsdir, onun hər qarış torpağını göz bəbəyi kimi qorumağa borclu olmalıyıq” deyib, ərazilərimizin bütövlüyü uğrunda qəhrəmanlıqlar göstərən zabit və əsgərlərimiz, həqiqətən də bu gün “canlı tarix” yazdılar. Düşünürük ki, onların atdıqları addımlar gələcək nəsllər üçün bir örnək olmaqla bərabər, həm də xalqımıza məxsus tarixin silinməz şanlı səhifəsi olacaq
.

Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ


​
​ ​Bütün bunlara baxmayaraq, 44 günlük “Vətən müharibəsi”nin gedişi zamanı canı-qanı bahasına torpaqlarımızı düşmən tapdağından azad edən, “canlı xariqələr” yaradan və hal-hazırda Azərbaycan Tibb Universitetinin​ Tədris Cərrahiyyə Klinikasında müayinə və müalicə olunan yaralı hərbçilərimiz “TƏBİB”lə bağlı haqlı iradlarını bildirməkdən də çəkinmədilər. Belə ki, ümumi söhbət zamanı onlar “Bu gün bizi Tədris Cərrahiyyə Klinikasından çıxartmaq istəyirlər. Yəni, bizim bəzilərimizi evə buraxmaq istəyirlər, bəzilərimizi isə, başqa xəstəxanalara yerləşdirmək qərarına gəliblər.


Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ


Hər birimiz belə bir addımın atılmasına narazılıq edirik. Eşitdiyimizə görə bununla bağlı “TƏBİB” qərar da qəbul edib. Hətta, bir neçə gün bundan öncə adı çəkilən qurumun bir nəfər əməkdaşı Tədris Cərrahiyyə Klinikasının şöbələrində olmuş, palatalara baxış keçirmiş və rəhbərliklərinə lazımi məlumatları çatdırmışdır. Heç cür başa düşə bilmirik ki, adı çəkilən bu qurumun rəhbərliyində olan şəxslərin bizə qarşı belə bir münasibətlərinə səbəb nədir? Axı, biz sağlamlığımızı bu Vətən yolunda itirmişik, “TƏBİB”in rəhbərliyində olanlar isə, məhz müharibənin şiddətli günlərində isti kreslolarında əyləşmişdilər.

Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ


Ona görə də, bu gün ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevdən xahiş edirik ki, bu məsələni diqqətdə saxlasın və “TƏBİB”in bizimlə bağlı qərarının ləğvi istiqamətində aidiyyatı üzrə lazımi tapşırığını da versin. Düşünürük ki, ölkə rəhbəri bu məsələdən xəbərdar olan kimi, müvafiq addımını atıb, lazımi qərarını da açıqlayacaq”.

Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ


GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İşğalçı Ermənistan tanklara görə nə qədər pul itirib? - QİYMƏT

    İşğalçı Ermənistan tanklara görə nə qədər pul ...

    27-10-2020, 13:57

  • 
  • Azərbaycanın qələbəsinin, Ermənistanın məğlubiyyətinin 1 ayı tamam oldu

    Azərbaycanın qələbəsinin, Ermənistanın ...

    10-12-2020, 11:30

  • 
  • Millət vəkili: ""Ordumuz düşmənin başını əzdi""

    Millət vəkili: ""Ordumuz düşmənin ...

    4-04-2016, 00:10

  • 
  • David Tonoyanın hərbi strategiya, müdafiə, hücum barədə dərin anlayışı yoxdur - Vaqif Dərgahlı

    David Tonoyanın hərbi strategiya, müdafiə, hücum ...

    28-02-2019, 15:01

  • 
  • Deputat: “Ermənistan həm cəbhədə, həm də diplomatiya meydanında sarsıdıcı zərbə alıb”

    Deputat: “Ermənistan həm cəbhədə, həm də ...

    18-07-2020, 19:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu