Bu günlərdə redaksiyamıza bədəninin çanax sümüyünün üst hissəsindən yaralanmış və belə bir səbəb üzündən də, hal-hazırda xidməti vəzifəsini heç cür davam etdirmək imkanı olmayan Bayramov Sənan Arzu oğlu tərəfindən GundemXeber.Az-a müraciət daxil olub. MAXE qulluqçusu olaraq o, yazdığı müraciətində qeyd edir:
“Mən 05 avqust 2020-ci il tarixdə SHXÇDX Göygöl rayon idarəsindən hərbi xidmətə cağırlmışam və həmin gündən indiyə kimi Murovdağ ərazisində xidmətdəyəm. 44 günlük Vətən muharibəsinin gedişi zamanı Kəlbəcərin bəzi ərazilərində baş verən döyüşlər zamanı çanax sümüyümün üst hissəsindən yaralandım. Bu gün hərbi xidmətdən təxris olunmağımla bağlı cənab Prezdentin əmrini səbirsizliklə gözləyirəm.
Çünki, çanax sümüyünün üst hissəsindən yaralanmağım səbəbindən hal-hazırda ayaqüstə dura bilmirəm və pastel şəraitində yataq xəstəsi olmuşam. Bilirəm ki, cənab Prezidentimiz hər zaman xalqın, ədalətin yanında olur. Mən bədənimdəki qəlpələrin ağrısından tez-tez əsəbləşirəm və qarşımda duran hər kəsə xəsarət yetirmək həddinə çatıram. Hal-hazırda hərbi xidmətdəyəm və yenə də məni xidmətə yararlı yazıblar. Bilirəm ki, birbaşa evə getsəm sənədlərimi fərari deyə səndləşdirəcəklər.
Elə ki, həkimlərə deyirəm ki, bədənimdəki qəlpələr məni incdir, belə bir səbəb üzündən də xidməti vəzifəmi davam etdirə bilmirəm. Deyirlər ki, xidmədən boyun qaçırsan barəndə cinayət işi açılacaq. Mən də qalmışam intizarda, bu gün nə edəcəyimi bilmirəm. Xahiş edirəm ki, mənim haqq səsimi hər kəsə çatdırasınız”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?