GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İcbari Sığorta Bürosunda nələr baş verir? – Hərrac oyunları, korrupsiya…

İcbari Sığorta Bürosunda nələr baş verir? – Hərrac oyunları, korrupsiya…

Tarix: 25-12-2020, 15:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 615
İcbari Sığorta Bürosunda nələr baş verir? – Hərrac oyunları, korrupsiya…


Son vaxtlar fəaliyyətində ciddi nöqsanların olduğu hesab edilən qurumlardan biri də İcbari Sığorta Bürosudur.

Gundemxeber.Az daxil olan məlumatlar əsasında büronun fəaliyyəti ilə bağlı “BakuPost”-un araşdırmasını təqdim edir.

İcbari Sığorta Bürosu “dostlar bürosu”na çevriləndə…

Büro 2011-ci ildə Hüquqi Şəxslərin İttifaqı kimi yaradılıb. Yaradılmasındakı başlıca məqsəd isə ölkənin sığorta bazarının vahid informasiya sisteminin qurulması və bazarın inkişafı yönündə əsaslı tədbirlərin görülməsidir.

Büroya 2018-ci ildə icraçı direktor təyin olunan Rəşad Əhmədov çıxışlarında bir neçə dəfə vurğulayıb ki, rəhbərlik etdiyi qurum müxtəlif təşkilatlarla inteqrasiya edəcək, icbari sığorta bazarı tamamilə elektronlaşdırılacaq. Lakin bir balaca araşdırma apardıqda məlum olur ki, R.Əhmədov qurumun Himayəçilər Şurası tərəfindən verilən qərarları belə yerinə yetirməyib.

Məsələn, mütəxəssislər 2019-cu ilin birinci yarısından külli miqdarda vəsait hesabına istismara verilən İstehsalatda Bədbəxt Hadisələr üzrə layihənin tamamilə effektsiz olduğunu düşünürlər. 2020-ci ilin birinci yarısında təhvil verilən vahid informasiya sistemi istismara buraxıldıqdan sonra isə 5 icbari sığorta növünün hamısı elektronlaşdırılmali idi. Lakin bu iş də nəticəsiz qalıb. Yeni sistem uğur qazandırmaq bir yana, heç əvvəlki illərdə göstərilən performansı da təkrarlaya bilməyib. İddialara görə, bu uğursuzluğun əsas səbəbi direktorun işi mütəxəssislər yerinə, öz köhnə dost-tanışına həvalə etməsidir.

İddialar arasında İcbari Sığorta Bürosunun vəsaitlərindən gərəksiz xərcləmələrin olduğu da yer alır.

Açıq görünən hərrac oyunları, mənimsənilən milyonlar

R.Əhmədovun fəaliyyətinə nəzər salanda diqqətçəkən məqamlardan biri də “Standard İnsurance” sığorta şirkətinin ləğvi və əmlakının hərraca çıxarılması prosesidir. Şirkətin ləğv edicisi R.Əhmədovdur.
Direktor bütün hərrac məsələlərini Bakı Hərrac Mərkəzi vasitəsilə həll edir. Hazırda da bu Mərkəzin rəsmi saytında İcbari Sığorta Bürosunun sifarişçisi olduğu bir neçə avtomobil satışa çıxarılıb.

Elanlarda (http://www.bakuauksion.com/auctions/elanlar/lot-011-20-3-ni-va-vaz21214-90-pv-348, http://www.bakuauksion.com/auctions/elanlar/lot-010-20-3-hundai-accent-10-pj-964, http://bakuauksion.az/auctions/elanlar/lot-013-20-3-toyota-camry-90-pu-799)

Sifarişçi qismində İcbari Sığorta Bürosunun qeyd edilməsi haqlı şübhələrə yol açır, çünki Büronun belə avtomobilləri yoxdur.

Problem tam aydın görünsün deyə, “Standard İnsurance” sığorta şirkətinin ləğvi prosesinə nəzər salaq. Ləğvetmə prosesi 21 may 2020-ci il tarixində şirkətin ödəmə qabiliyyətinin olmamasına görə başlayıb. Ləğvetmə komissiyasına sədrliyi isə R.Əhmədov fərdi şəkildə öz öhdəsinə götürüb. “İcbari sığortar haqqında” qanuna əsasən, sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə əmlaka və sağlamlığa dəyən zərərə görə Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi İcbari Sığorta Bürosuna həvalə edilir. Ancaq “Standard Insurance” Sığorta Şirkətinin timsalında ləğv edilən qurumda qərarverici şəxslə bütün ödənişləri həyata keçirməyə məsul olan İcbari Sığorta Bürosu əslində, eyni şəxs, yəni R.Əhmədovdur. Başqa sözlə, kompensasiyaların ödənilməsi zamanı qərar verənlə vəsaiti ödəyən adam eynidir, yəni maraqlı tərəfdir. Direktorun iki öhdəliyi birdən öz üzərinə götürməsi isə haqlı suallara və şübhələrə yol açır.

Yenidən gələk hərrac mərkəzinin verdiyi elanlara. Elanlardan da göründüyü kimi, əmlakın mülkiyyətçisi ləğv prosesində olan “Standard Insurance” şirkəti, sifarişçisi isə İcbari Sığorta Bürosudur. Halbuki bu, qeyri-qanunidir. Hər iki qurumun rəhbərinin R.Əhmədov olması belə ona bu müstəsna imkanı verməməlidir. Hərrac addımı olaraq isə konkret 500 manat göstərilib. Lakin yüksək dəyəri olmayan əmlaklarda bu cür yüksək hərrac addımının təyin edilməsi hərrac məntiqinə ziddir. Bu da belə bir düşüncənin yaranmasına əsas verir ki, yüksək məbləğ iştirakçıların iştirak imkanlarının məqsədli şəkildə məhdudlaşdırılmasına, iştirakdan imtina etməsinə hesablanıb.

Elanda satışa çıxarılan əmlakın hansı qiymətləndirmə şirkəti tərəfindən hansı kriteriyalar çərçivəsində qiymətləndirilməsinə dair isə heç bir məlumat yoxdur. Belə çıxır ki, bu da R.Əhmədovun şəxsi təşəbbüsünə buraxılıb.

Ən qaranlıq məqamlardan biri isə elanlardan da göründüyü kimi, hərracda iştirak etmək məqsədilə ödəniləcək iştirak haqqı məbləğinin sifarişçi ilə razılaşdırılmalı olmasıdır. Hərçənd ki, iştirak haqqı hərrac təşkilatının xidmət haqqıdır və hərrac təşkilatı tərəfindən əvvəlcədən konkret rəqəmlə təyin olunmalıdır. Bu isə onu düşünməyə əsas verir ki, iştirak etmək istəyənlər R.Əhmədovla qeyri-müəyyən sövdələşmələrə razılaşdırıldıqdan sonra hərraca buraxılacaqlar.

Hərracla bağlı heç bir mətbu orqanda, internet resurslarda elan verilmir. Bütün bunlar da ləğvetmə zamanı “Standard İnsurance” şirkətinin balansında olan əmlakların rahat qazanc qazanmaq məqsədilə satıldığına dair əsaslı şübhələr yaradır.

Buna görə də iddia edilir ki, əmlakların qiymətləri bazar təcrübəsi olmayan, lakin R.Əhmədova bağlılığı ilə seçilən qiymətləndirmə şirkəti tərəfindən həyata keçirilib. Zərər hadisələrinin ödənilməsini ört-basdır etmək üçünsə toplu ödənişlərə üstünlük verilib…

Dost işçilərə yüksək maaş və məhkəmə çəkişmələri

İcbari Sığorta Bürosundakı başqa bir qanun pozuntusu isə maaşlarla bağlıdı. Yeni işə götürülən əməkdaşların əksəri direktorun köhnə işçiləridir və onlardan bir neçəsinə Himayəçilər Şurası tərəfindən təsdiqlənən ştat cədvəlindəki maksimum əmək haqqından daha artıq maaş verilir. Bu da təbii ki, kobud qanun pozuntusudur. Çünki Himayəçilər Şurası tərəfindən təsdiq edilməmiş əmək haqqı işçiyə verilə bilməz.

Bundan başqa, bəzi köhnə işçilər R.Əhmədovun rəhbərliyi dövründə qeyri-qanuni şəkildə cəzalandırıldıqlarını və işdən çıxarılmaq məqsədilə əsassız töhmətlər aldıqlarını iddia edirlər. Buna görə də hüquqlarının bərpa edilməsi tələbi ilə İcbari Sığorta Bürosunu məhkəməyə veriblər. Proses davam etməkdədir.

Digər problem isə hesabatlılıqla bağlıdır. Bildiyimiz kimi, İcbari Sığorta Bürosu ictimai təşkilatdır və qarantiya fondudur. Buna görə də vəsaitlərin idarə olunması, xərclənməsi barədə ictimaiyyət davamlı şəkildə məlumatladırılmalıdır.
Ancaq Büronun saytında 2018-ci ildən bəri heç bir maliyyə hesabatı (audit hesabatından başqa) (https://isb.az/hesabatlar-ve-statistika/ ) dərc edilmir. Halbuki ondan öncəki illərin hamısında bütün maliyyə hesabatları rəsmi formada dərc olunurdu.

Mütəxəssis nə deyir?

Yuxarıda təqdim edilən faktları şərh edən banklar üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirir ki, qanunvericilikdə olan bəzi boşluqlar bu sahədə korrupsiya əməllərinin həyata keçirilməsini asanlaşdırır:

“Qeyri-şəffaf fəaliyyət göstərən qurumlarda olduğu kimi, İcbari Sığorta Bürosunda da hansısa pozuntular var. Bu, xüsusilə də maliyyə sektorunda bu ona görə daha çox hiss olunur ki, bu qurumların diskresyon səlahiyyəti var, yəni nə edəcəyini qurum özü seçir. Biri var qanun dediyi kimi edəsən, biri də var bu cür diskresyon səlahiyyət çərçivəsində. Bu, sui-istifadə, pozuntu, korrupsiya və digər halların baş verməsinə apara bilir. Buna görə nə etmək lazımdır? Bütün dünyada olduğu kimi şəffaf olmaq lazımdır ki, biz bilək, bəli, sənin səlahiyyətin var, qərar verə bilərsən.

Amma niyə belə etdin? Bunun açıqlaması olmalıdır. Biz bunu konkret obyektlərlə yoxlayıb üzə çıxarmalıyıq”.

Hərrac məsələsinə gəlincə, hüquqşünas bildirib ki, burada qanun pozuntusunun olması açıq-aşkar görünür: “Sığorta fəaliyyəti haqqında deyir ki, ləğvetmə komissiyası olmalıdır. Bu komissiya da Mərkəzi Bankın təqdimatına əsasən, məhkəmə tərəfindən formalaşdırılır. Mərkəzi Bank özünə əziyyət verməyib, banklarda necədirsə burda da eyni yolla gedib. Banklar buna məcburdur, çünki qanun deyir belə olmalıdır. Burda isə qanun demir ki, mütləq Büronun sədri komissiyanın rəhbəri olmalıdır. Hərraclarda nəyə sifarişçinin İcbari Sığorta Bürosunun olduğu başadüşülən deyil. Sığorta təşkilatının əmlakını kim satışa çıxarır? Onun ləğvetmə komissiyası, Sığorta Bürosu yox. Aydındır ki, Əmanətlərin Sığortalanması Fondunda Fond özü ləğv edicidir, komissiya yoxdur.

Burda axı, qanun deyir ki, komissiya var. Düzdür, komissiyanın rəhbəri Büronun sədridir, amma yenə də İcbari Sığorta Bürosu satmalı deyil. Bu, ümumiyyətlə düzgün deyil. Digər məsələ 500 manat. Hesab edirəm ki, bu məbləğ çoxdur. Hərrac təşkilatında nə xərc var ki, bu qədər məbləğ lazım ola. 50-100 manat ola bilərdi. Bu araşdırılmalıdır ki, niyə bu qədər çoxdur. Ümumən isə bu həm banklara, həm də sığortaçılara aiddir.

Ləğv prosesi istənilən firma, şirkət, bank və sığortaçının çox mürəkkəb, korrupsionegen prosesdir. Orada yeyinti, oğurluq üçün geniş səlahiyyət var. Əcəb yeyinti yeridir. Ləğv edicinin işi bundan ibarətdir ki, həmin ləğv edilən şəxsin bankın, yaxud sığortaçının əmlakını hərracda satmalıdır. Mümkün qədər baha sat ki, bu şirkət müflis olub, bağlanıb, burda kimlərinsə pulları qalıb.

Onların pullarının qaytarılması üçün gərək, sən əmlakı maksimal qiymətlə satasan. Sən isə hərracı şəffaf etməyəndə şübhə yaranır ki, burda əmlakı altdan-altdan satırsan. Məsələn, 50 minlik əmlakı formal olaraq 10 minə satırsan və 25 min də cibinə basırlar. Yəni 50 minlik əmlakı faktiki olaraq 35 minə satdı. Təşkilata, kreditorlara isə 10 min gəlib çıxdı. Kreditorlar da müflisləşmiş ləğv olan şəxslərdə, banklarda, sığortaçılarda pulu qalanlardı. Əgər sənin üzərində ictimai nəzarət yoxdursa, oyunlar oynamağa başlayırsan.

Kiminsə borcunu bağışlayırsan, kiməsə qarşı tədbir görmürsən, vaxtında məhkəməyə vermirsən, verəndə də bilə-bilə məhkəməni uduzursan və bunun əvəzində yaxşıca rüşvət alırsan. Çünki öz malın deyil ki, nəyinə lazımdır?! Pul olsun, əmlakı dağıdıb talayırsan. Əmanətlərin Sığortalanması Fondunda bunu çox görmüşük. Düzdür, Fonda yeni rəhbər gəlib və o vəziyyəti dəyişməyə cəhd edir. Ümid edirəm ki, cəhdləri uğurlu olar. Bunun üçün məhkəmə nəzarəti də lazım deyil. Çünki hakimlərin bundan başı çıxmır. Başları çıxsa belə o qədər vaxtları yoxdur. Hər satışa, borca nəzarət edə bilməz. Bunun yeganə yolu kreditorların ümumi yığıncağıdır və kreditorlar komitəsidir. Bütün dünyada belədir. İlk növbədə onların marağı var ki, pullar düzgün qaytarılsın, əmlak düzgün satılsın. Deməli, onların nəzarəti olmalıdır. Ümumiyyətlə, Azərbaycanda müflisləşmə və iflas haqqında qanun köklü dəyişməlidir”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər olub

    İcbari Sığorta Bürosunun rəhbərliyində ...

    1-04-2019, 11:00

  • 
  • İcbari tibbi sığorta ilə bağlı işçi qurupu yaradıldı

    İcbari tibbi sığorta ilə bağlı işçi qurupu ...

    26-02-2014, 12:29

  • 
  • Əli Əhmədov icbari tibbi sığortadan danışdı

    Əli Əhmədov icbari tibbi sığortadan danışdı ...

    14-06-2018, 16:27

  • 
  • İcbari tibbi sığorta haqları belə olacaq

    İcbari tibbi sığorta haqları belə olacaq ...

    25-11-2019, 11:56

  • 
  • Baş nazir icbari tibbi sığorta ilə bağlı müşavirə keçirdi

    Baş nazir icbari tibbi sığorta ilə bağlı müşavirə ...

    29-12-2019, 19:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu