Tərtərdə kuryoz hadisə baş verib. Qəhrəman rayonun icra başçısı Müstəqim Məmmədov Şuşa fatehinə qadın paltarı bağışlayıb.
Bu haqda mətbuatda məlumat yayılıb və fakt qazi tərəfindən təsdiqlənib, sosial şəbəkədə rezonans doğurub. Həmin döyüşçünün səsi yazısı mediada yayılıb və qazimiz təsdiqləyir ki, icra başçısı ona təşəkkür əvəzi qadın paltarı hədiyyə edib. O, M.Məmmədovun niyə belə etdiyini anlamadığını söyləyib və üzünə vurmadığını söyləyib. Adı açıqlanmayan Şuşa fatehinə qarşı bu hədiyyə haqda Tərtər Rayon İcra Hakimiyyəti heç bir izahat verməyib. Ən azı icra başçısının bu hərəkətinin texniki yanlışlıq olduğu deyilə bilərdi, Şuşa fatehindən üzrxahlıq edilərdi, rəsmi açıqlama verilərdi. Amma 44 gün gülləbaran edilən, bombardman olunan Tərtər kimi qəhrəman şəhərin qəhrəman oğlu Şuşanı azad edir və icra başçısı ona qadın paltarı bağışlayır. Yəni Müstəqim Məmmədovun ağlına başqa hədiyyə gəlmədi?! /Aktualxeber/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?