Gundemxeber.Az DİA.AZ-a istinadla bildirir ki, bu barədə Bakı sakini Tale Məmmədov şikayətində qeyd edir.
Daha sonra narazıl vətəndaş yazır: "Hal-hazırda yeni il kampaniyası adı altında müəyyən bir məhsulu 100 azn endirimdəymiş kimi göstərirlər, halbuki kampaniyadan əvvəl də o məhsulu 100 azn endirimlə ala bilirdik, nağd alışda. Sual yaranır, onda nə üçün bu yeni il kampaniyası adlandırılır? Hələ bir “3 yanvaradək” də yazıblar. 3 yanvaradək yeni il kampaniyası adı altında 100 azn endirim, daha sonra nağd alışda 100 azn endirim. Möhtəşəm dəyişiklik..."
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Sorğu
Yeni dizaynımız necədir?