İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev ev, 119 ünvanında yerləşən tam xarici investisiyalı "Barakalı Ltd" MMM-ə məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyən edilib.
Naziriliyin mətbuat xidmətindən verilən məlumata görə, belə ki, mağazanın giriş hissəsində satışda olan mallara endirim tətbiq olunması barədə "Endirim" və "Türkiyə qiymətləri ilə satış" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi müəyyən olunub.
Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar edilib.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və müəsissə barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Sorğu
Yeni dizaynımız necədir?