İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti endirim kampaniyaları ilə bağlı monitorinq həyata keçirib.
Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən “Neyjen” adlı uşaq geyimləri mağazasında aparılan yoxlama zamanı yalançı endirim reklamları ilə istehlakçıların aldadılması faktları aşkarlanıb. Məlum olub ki, mağazada yerləşdirilən reklamlar haqsız rəqabətə yol açıb. Mağazanın giriş hissəsində “10-50% endirim” məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, qiymət kağızlarında onların qiymətinə endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı müəyyən edilib. Haqsız rəqabətə yol verdiyinə görə mağaza sahibinə qarşı antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Qurum endirim kampaniyası keçirən mağazalarda yoxlamaları davam etdirəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?