Vətəndaşlar hüquqlarının müdafiə olunmasını kimdən tələb edəcəklərini bilmirlər.
GundemXeber.Az DİA. AZ-a istinadən bildirir ki, belə çarəsiz durumda qalanlardan biri də Zaqatala sakini Eldar Atayevdir.
O, şikayətində deyir ki, zəlzələdən sonra onun evinin tikintisinə ayrılmış vəsaitin məbləğini öyrənmək üçün dəfələrlə Fövqəladə Hallar Nazirliyinə ünvanladığı sorğuya cavab ala bilməyəndə kömək üçün Ombudsman Aparatına üz tutub: "Ombudsmanın geniş səlahiyyəti var, dövlət orqanlarını vətəndaşın istədiyi açıq məlumatları ona verməyə məcbur edə bilər. Bunu nəzərə alıb Ombudsman Aparatından bu məsələdə kömək istədim. Həm özüm, həm də vəkilim Ombudsmana məktub yazdıq. Nəticəsi olmadı...".
E.Atayev dekabrda FHN-in dövlət vəsaitləri haqda məlumatları verməməsi ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etmişdi. Həmin şikayət Zaqatala rayon Prokurorluğuna yönləndirilib. Şikayətçinin sözlərinə görə, Zaqatala rayonunun prokuroru Rasim Musayev dekabrın 26-da göndərdiyi cavab məktubunda ona ya məhkəməyə, ya da Ombudsmana müraciət etmək hüququnu xatırladıb: "Ombudsmana müraciət etmişdim də... Kömək eləmir".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?