GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Nə qazanıram ki, mənə 190 manat düşmür?" - GİLEY

"Nə qazanıram ki, mənə 190 manat düşmür?" - GİLEY

Tarix: 18-01-2021, 10:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 281
"Nə qazanıram ki, mənə 190 manat düşmür?" - GİLEY


Kürdəmir sakini Emin Xəlilov ağır vəziyyətdə yaşadığını deyir. Onun sözlərinə görə, ailəsinin heç bir gəliri yoxdur.

Gundemxeber.Az DİA.AZ-a istinadla xəbər verir ki, Emin Xəlilov həyat yoldaşı ilə birlikdə darısqal mənzildə məskunlaşıb. Heç biri işləmir. Kürdəmir sakini deyir ki, axırıncı dəfə sovet dövründə daimi işi olub. O vaxt dəmiryolunda işləyirmiş. Sonralar fəhləlik eləməyə başlayıb:

“Daha çox ustanın əlinin altında günəmuzd işləmişəm. Son bir ildə vəziyyət lap pisləşib. Karantin məni dilənçi gününə salıb. İnanın, rayonda tək mən deyiləm bu vəziyyətdə olan. Hamı işsizlikdən Bakıya qaçır. Heç Bakıda da iş yoxdu indi. Nə qədər yerə getmişəm, iş çıxmayıb”.

Emin Xəlilov danışır ki, uzun illərin ağır zəhməti onun sağlamlığını da sıradan çıxarıb. 51 yaşı var, səhhətindəki xeyli problemlər özünü göstərir. Buna baxmayaraq, məcbur qalsa, yenə çiynini ağır yükün altına verəcək.

“Dərd burasındadır ki, fəhlə işi də tapmaq mümkün deyil. Bağbanlıq bacarıram. Gözətçi də işləyə bilərəm. Yəni yaşıma uyğun işlərə gedə bilərəm. Mənə bu yaşda, belə sağlamlıqla ağır işlər də olmaz. Amma çarəsizlikdən hər şeyə hazıram. Neyləmək olar, evə heç bir pul gəlmir. Yemək tapa bilmirik. Bir az əvvəl soğanla kələm qovurmuşuq. Başqa heç nə yoxdu. Heç soyuducumuz da...”, - Emin Xəlilov danışır.

Nə qədər ağır olsa da, Emin Xəlilov məişət tullantıları yığılan yerlərdən enerji içkiləri qablarını toplayaraq satdığını etiraf edir. Həmin pula ər-arvad çörək alıb yeyir: “Gərək nə qədər qab toplayım ki, ortaya bir şey çıxsın. Bir manat, iki manat... Nə olsa, qənimətdi. Yoxsa acından ölürük. Daha çox “Hell” qabları çıxır qarşıma. Başqa şeylər də toplayıram. Yəni nəyə qəpik-quruş verərlərsə...”

Ailəyə qonşular biganə deyil. Emin Xəlilov onların vəziyyəti yaxşı başa düşdüyünü deyir: “Hərdən 50 qəpik, 1 manat verirlər. Sağ olsunlar, razıyam onlardan. Çox acınacaqlı vəziyyətdəyik. Gizlətmirəm, açıq-aşkar aclıq çəkirik. Sirrimi qohum-əqrəbaya da açmıram. Dərdimi danışmıram. Amma indi gizlətməyin də mənası yoxdu. Hər şey göz qabağındadı”.

Xəlilovların həm oğul, həm də qız övladı ailə həyatı qurub, ayrı yaşayırlar. Valideynlər deyir ki, uşaqların da sosial durumu qənaətbəxş deyil.

“Oğlum da iş tapa bilmir özünə”, - Emin Xəlilov əlavə edir.

Ailə yerli icra orqanlarına müraciət etməyi mənasız sayır. Çünki 190 manat yardımı almaq üçün müraciətə müsbət cavab verilməyib.

“Guya gedib hansısa idarənin qapısını döyəndə nə olacaq ki?! Bir qəpik gəliri olmayan, işsiz adama yardım vermirlər. Yoxlasınlar görüm mənim haradan gəlirim var? Harada işləyirəm? Nə qazanıram ki, mənə 190 manat düşmür? Bu məsələdə düzgünlük olmadığına görə adam nəyəsə ümid edə də bilmir. Hara getsək, əliboş qayıdacağıq”.

Emin Xəlilov sosial şəbəkələrdə ölkə rəhbərliyinə dəfələrlə müraciət edib. Rəsmi şəxslərin səhifələrinin rəy bölümündə vəziyyətinin ağır olduğunu yazsa da, heç bir reaksiya görməyib: “Hələ bir adam da əlaqə saxlamayıb. İnsan bilmir ki, həyatını necə davam etdirsin. Həyat yoldaşımın 47 yaşı var, o da xəstəliklərdən əziyyət çəkir. Əməliyyat olunmalıdı. Amma yemək tapa bilmirik deyə, bu haqda düşünmək alınmır. Təkcə onu düşünürük ki, görəsən bu gün nə yeyəcəyik...”

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Alimpaşa Məmmədovun bu ailədən xəbəri varmı? - GİLEY

    Alimpaşa Məmmədovun bu ailədən xəbəri varmı? - ...

    1-05-2020, 12:20

  • 
  • Bakı metrosunda DƏHŞƏT: Qatarın altında qalıb öldü

    Bakı metrosunda DƏHŞƏT: Qatarın altında qalıb öldü ...

    18-06-2017, 14:23

  • 
  • Emin Ağalarov Nabranda ayağını itirən uşağı himayəsinə götürdü

    Emin Ağalarov Nabranda ayağını itirən uşağı ...

    24-07-2013, 12:52

  • 
  • ​Bakıda fəhlə faciəvi şəkildə ÖLDÜ

    ​Bakıda fəhlə faciəvi şəkildə ÖLDÜ ...

    16-11-2017, 15:16

  • 
  • Kürdəmir Məşğulluq Mərkəzi nəyə lazımdır? - "Bəlkə rüşvət istəyir?"

    Kürdəmir Məşğulluq Mərkəzi nəyə lazımdır? - ...

    13-11-2020, 12:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu