GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Dövlət Komitəsi bu xainləri niyə susdurmur? - YOLU VARMI?

Dövlət Komitəsi bu xainləri niyə susdurmur? - YOLU VARMI?

Tarix: 22-01-2021, 11:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 506
Dövlət Komitəsi bu xainləri niyə susdurmur? - YOLU VARMI?


Ölkə mətbuatı kimi, araz.az xəbər portalı tərəfindən də, xeyli vaxtdır ictimaiyyətin diqqətinə çıxarılan diaspor mövzulu bir sıra araşdırma yazılarında, Rusiya Federasiyasının ayrı-ayrı regionlarında məskunlaşan soydaşlarımızın ətraflarında birləşdikləri diaspor təşkilatlarının, artıq, separatçı təfəkkürə malik həmyerlilərimizin əvvəlcədən düşünülmüş iyrənc planlı təhlükələri ilə üz-üzə qalmaları xüsusi vurğulanıb. Elə, oxucularımızın diqqətinə çatdırdığımız bundan əvvəlki iki yazımızda da, xüsusi olaraq onu qeyd etmişik ki, artıq, xarici dövlətlərdə, ələlxüsus, dünyanın Rusiya Federasiyası kimi ən nəhəng bir ölkəsində məskunlaşan soydaşlarımız, bir ara, bütün dünyada Azərbaycan diasporunun birləşməsi məsələsində böyük ümidlər bəslədikləri "Azərbaycanlıların Federal Milli -- Mədəni Muxtariyyəti" -- "AzərRos" da belə bir təhlükə ilə üz-üzə qalıb.

1999-cu ildə Rusiyada təsis edilən və az bir müddət ərzində çox sayda diaspor təşkilatını özündə birləşdirə bilən, lakin uzun zaman ayrı-ayrı fərdlərin əlində alətə çevrilərək, getdikcə qazandığı nüfuzunu itirən "AzərRos"un Moskvada yerləşən mərkəzi ofisi də, separat təfəkkürlü belə həmyerlilərimizin "hücumlarına məruz qalıb" və onlar bu qurumun prezidenti postunda da, məkrli niyyət sahibi olan Xanoğlan Əliyev ad-soyadlı bir iş adamını əyləşdirə biliblər. Dəhşət ondadır ki, Rusiya vətəndaşı olan bu həmyerlimiz də, ötən illər ərzində Azərbaycanın maraqları əleyhinə fəaliyyət göstərən imkan sahibi kimi tanınıb. Azərbaycan qarşısında onun da vətəndaş məsuliyyəti hansısa vətənpərvərlik əməlində heç vaxt nəzərə çarpmayıb.

Dövlət Komitəsi bu xainləri niyə susdurmur? - YOLU VARMI?


Daha dəqiq desək, Xanoğlan Əliyev öz ətrafı ilə birlikdə, həmişə, ölkəmizin cənub bölgəsində bir vaxtlar "Talış -- Muğan Respublikası" adlı qondarma bir qurum yaratmağa cəhd edən, buna görə layiqli cəzasını alan, həbsdən çıxandan sonra isə, xaricdə özünə "siyasi sığınacaq" tapan Əlikram Hümbətovun dəstəkçisi kimi də tanınıblar. Hətta onlar Rusiyada da, milli maraqlarımız əleyhinə olan belə bir qurum yaradıblar. Bu azmış kimi, Əlikram Hümbətovla tez-tez görüşlər keçirib, öz iyrənc məqsədlərinə daha tez çatmaq üçün ondan məsləhətlər alıblar. Həmin yazılarımızda, əlimizdə olan foto-şəkilləri də, video-görüntüləri də, Xanoğlan Əliyevin və onun ətrafının öz Facebook səhifələrindəki status-yazışmalarını da, deyilənlərin sübutu kimi ortaya qoyub, dərc etmişik...WhatsApp Image 2021 01 21 at 01.12.01
...Rusiyanın Samara boyda böyük bir vilayətində diaspor təşkilatı rəhbəri kimi özünü təqdim edən Şirvan Kərimov barəsində araz.az-ın bu yaxınlarda dərc etdiyi digər iki yazı da, yuxarıda haqqında danışdığımız acı həqiqətlərimizi özündə əks etdirir. Azərbaycanın bu böyük regiondakı diasporunun uğursuz taleyindən yazanda, öncə onu qeyd etmişik ki, bu xoşagəlməzliklərin əsas günahkarı, 15 ildən çoxdur Rusiyada rəsmi qeydiyyatdan keçmədən, qanunsuz olaraq fəaliyyət göstərən "Rusiya Azərbaycanlıları Liqası" adlı bir təşkilatın bu vilayətdəki rəhbəri kürsüsünü əlində bərk-bərk tutub, buraxmayan və indiyədək ona heç bir uğur qazandırmayan, bu azmış kimi, Federasiyanın dörd bir yanında məskunlaşan və ölkəmiz əleyhinə olan separatçı təfəkkürə malik həmyerliləri ilə hər yöndən əlaqə qurub, ortaq işləməkdən belə çəkinməyən həmin şəxsdir. Hər kəsin: "Şirvan Kərimov kimdir?" -- sualına ətraflı cavab tapması üçün, araz.az-ın onun haqqında dərc etdiyi həmin yazıları oxuması kifayətdir.

Dövlət Komitəsi bu xainləri niyə susdurmur? - YOLU VARMI?


Doğrudan da, onun iç üzünü açan əksər yazılarda, o, "sapı özümüzdən olan balta", yarımədəni bir insan kimi təqdim edilib. Və İlk növbədə, Azərbaycan diasporunun belələrindən yaxa qurtarmasının vacibliyi önə çəkilib. Xüsusi olaraq o da vurğulanıb ki, əks təqdirdə, həqiqətin və reallığın nə olduğunu anlayan heç bir azərbaycanlı belə birisinin başında durduğu, heç rəsmi dövlət qeydiyyatından da keçməyən "Rusiya Azərbaycanlıları Liqası" adlı bu saxta və qondarma təşkilata gəlməyəcək. Həm də ona görə ki, Samarada fəaliyyət göstərdiyi müddət ərzində, yalnız intriqalar yaradan Şirvan Kərimov, diasporumuzu parçalayan bir nəfər kimi yadda qalıb. Bir sözlə, diasporumuzun işinin normal inkişafına əngəl yaradanların, eləcə də, xaricdə nüfuz sahibi olan soydaşlarımızın əleyhinə iyrənc planlar əsasında başladılan qəbuledilməz qarayaxma kampaniyalarının təşkilatçıları sırasında, onun da adı başda çəkilib. Konkret desək, diaspor fəalları arasında düşünülmüş şəkildə "ortaya qarşıdurma toxumu səpmək", eləcə də şahidi olduğumuz saysız-hesabsız intriqa və ədavətlər çox vaxt onun da adına çıxılıb.
Həmin yazılarda cəmiyyətin diqqətinə onu da çatdırmışıq ki, ümumiyyətlə, Şirvan Kərimovun diasporumuzun işinə əngəl yaradan bəd əməlləri, həm də, düşmən "dəyirmanına su tökməkdən" betər bir biabırçılıq, milli diasporumuzun tarixinə vurulan qara bir ləkədir. Özünə, ailəsinə, xalqına sayğı duyan hər kəs isə, Şirvan Kərimovun belə bəd və murdar əməllərinə qarşı həmişə vaxtında reaksiya göstərib. Di gəl ki, heç bir rəsmi dövlət qurumu, bu ad altında min oyundan çıxan, istədiyini edən bu arzuolunmaz şəxs haqqında indiyədək ciddi ölçü götürməyib. Konkret desək, hələ də onun xətrinə dəyən tapılmayıb. Bütün bunlar azmış kimi, diasporumuzun taleyi ilə oynayan, "Rusiya Azərbaycanlıları Liqası" adı altında milli maraqlarımız əleyhinə getməkdən çəkinməyən, diasporumuzun imicinə yalnız böyük ziyanlar vuran bu arzuolunmaz şəxs, hətta "Diaspor fəaliyyətində xidmətə görə” medalına da layiq görülüb. Axı, bu medala layiq görülməsi üçün, Şirvan Kərimovda diaspor rəhbərinə xas hansısa bir xarizmatik xarakter belə yoxdur. Onun Samaradakı mövcud "diaspor təşkilatı" isə, özündəndeyən müxtəlif şəxslərin 90-cı illərin əvvəllərində ölkəmizdə mövcud olmuş “batalyon” və “dəstə”lərini xatırladıb, yada salır. Elə, bunlara görə də, o, diaspor təşkilatı adı altında etdiklərinə görə, medala yox, qatı cinayətkar kimi ciddi cəzaya layiqdir.

Dövlət Komitəsi bu xainləri niyə susdurmur? - YOLU VARMI?


Çünki diasporumuzun liderlərindən biri kimi özünü qələmə verən və reputasiyası təmiz olmayan belə birisinin, diaspor fəalı kimi yaxşı tanıdığımız çox soydaşımızın da yaşadıqları bu vilayətin respublikamızla əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə ölkəmizlə bağlı obyektiv informasiyaların yayılmasında, eləcə də doğma dilimizin və mədəniyyətimizin xarici ölkələrdə təbliğində, doğma Vətənimizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında yaxşı mənada yadda qalası heç bir xidməti olmayıb. Konkret desək, bunlar barəsində indiyədək ortada hansısa bir məlumat da yoxdur. Şirvan Kərimov haqqında yazılan əksər mətbu materiallarda da, həmişə belə qeyd edilib ki, onun rəhbəri olduğu təşkilat adından heç vaxt ölkəmizin haqlı mövqeyi müdafiə edilməyib, düşmən təxribatlarına bütün səviyyələrdə layiqli cavab verilməyib. Bunlar azmış kimi, o, saxtakar erməni tarixçisinə istinad etməklə, milli maraqlarımıza ciddi zərbələr vuran çıxışlar etməkdən də çəkinməyib. Erməni sevgisi hədsiz güclü olan Şirvan Kərimov, hətta, Samarada buraxdırdığı "Ocaq" adlı mətbu nəşrin əksər yazılarında dövlətimizin atributlarını, rəmzlərini, eləcə də məsul vəzifələrdə çalışanları təhqir etməkdən, millətimizin qatı düşməni, Ermənistan adlı murdar bir dövlətə bir vaxtlar rəhbərlik etmiş Serj Sarkisyanla sevinclə badə qaldırmaqdan belə çəkinməyib...

Dövlət Komitəsi bu xainləri niyə susdurmur? - YOLU VARMI?


...Azərbaycanda doğulan və barələrində yuxarıda bir daha danışdığımız iki şəxsi -- Xanoğlan Əliyevi və Şirvan Kərimovu bu yazımızın da "qəhrəmanları" etməkdə əsas məqsədimiz, onları bir daha ittiham etmək, qaralamaq, fəaliyyətlərinə kölgə salmaq deyil. Biz, yeri gəlmişkən, sadəcə, onu da bildirmək istəyirik ki, bu iki şəxsin, bu günkü yazımızın reputasiyaları çirkli "əsas qəhrəmanları" ilə də, hərtərəfli əlaqələri var. O "qəhrəmanlarla" ki, yaratdıqları təşkilatın adıyla, nifrət doğuran fəaliyyətlərini birbaşa Azərbaycanın dövlət maraqları əleyhinə yönəldiblər, hətta öz siyasi ambisiyalarını həyata keçirmək üçün, ən çirkin məqsədlərə əl atmaqdan,
milli ləyaqəti alçaldan, ortaya düşmənçilik "toxumu səpən", hədsiz narahatlıqlar yaradan... milli və irqi çağırışlar etməkdən belə çəkinmirlər. Bu yerdə, nə qədər acı olsa da, bir daha qeyd etmək istəyirik ki, Xanoğlan Əliyevlə Şirvan Kərimov hal-hazırda Rusiya Federasiyasının Kemerovo vilayətində məskunlaşan və Azərbaycanın maraqları əleyhinə işləyən separat təfəkkürlü bu həmyerlilərinin milli diasporumuza qarşı iyrənc planlarının həyata keçməsinə də yardımçıdırlar.WhatsApp Image 2021
Yeri gəlmişkən, artıq, onu da qeyd etmək istəyirik ki, Xanoğlan Əliyevin və Şirvan Kərimovun separatçı həmin ortaqları, Kuzbas kimi yaxşı tanıdığımız Kemerovo vilayətində 2020-ci ilin may ayının 14-də "Talış Federal Milli-Mədəni Muxtariyyəti" adlı təşkilat yaradıblar. Mərkəzi ofisi vilayətin mərkəzi şəhəri Novokuznetskdə yerləşən bu qurumun təsisçisi Müşfiq Cahangir oğlu Abbasovdur. Onun və ətrafına topladığı separatçıların əllərində, hətta, "Azad Talışıstan Televiziyası" adlı internet televiziya kanalı da var. Onlar bu adlar altında Azərbaycan əleyhinə istədiklərini etməkdən belə çəkinmirlər.

Dövlət Komitəsi bu xainləri niyə susdurmur? - YOLU VARMI?


Dəhşət ondadır ki, bu separat düşüncə sahibləri də, özünü qondarma "Talış-Muğan Respublikası"nın prezidenti elan etmiş Əlikram Hümbətovla, eləcə də həmin "TMR"-in təsisçilərindən biri olan, Rusiyadan deportasiya edilərkən, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakı Hava Limanında saxlanılaraq, həbsə atılan, dövlət əleyhinə yönələn əməllərinə görə, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunan, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda suçlanan, istintaq zamanı özünün də bildirdiyi kimi, düşmən ölkəyə səfərləri zamanı xüsusi xidmət orqanı əməkdaşı ilə əlaqələr yaradıb, görüşlər keçirən, bu düşmən ölkədə keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq, respublikamız və onun ərazi bütövlüyü əleyhinə çağırışlar səsləndirən Fəxrəddin Abbasovla dəfələrlə görüşlər də keçiriblər.

Dövlət Komitəsi bu xainləri niyə susdurmur? - YOLU VARMI?


Həmin separatçıların xoşagəlməz fəaliyyətlərinin əksi olan və çoxdan əlimizdə olsa da, indi dərc etdiyimiz foto-şəkillər də, video-görüntülər də, onların öz Facebook səhifələrindəki status-yazışmaları da yuxarıda deyilənlərin sübutudur. Açıq-aydın göründüyü kimi, Kuzbasda məskunlaşan talışların adıyla Novokuznetsk şəhərinin ədliyyə orqanlarında təsis edilən bu diaspor təşkilatının adından, birmənalı olaraq, dövlətimizin maraqlarına qarşı istifadə olunur. Bütün bunlar barədə, etibarlı mənbələrdən araz.az-ın redaksiyasına daxil olan məlumatlardakı çoxsaylı faktların dəqiqləşdirilməsi üçün, araşdırmalarımızı davam etdiririk. Bu səbəbdən, bu barədə ətraflı yazıları yaxınlarda dərc etməyi planlaşdırırıq. Məqsədimiz kimlərləsə intriqa yaratmaq, düşmənçilik etmək yox, diasporumuzun birgə fəaliyyətinə nail olmaq, dövlətimizin maraqları əleyhinə olanlara qarşı vahid cəbhədən mübarizə aparmaqdır.

Dövlət Komitəsi bu xainləri niyə susdurmur? - YOLU VARMI?
Dövlət Komitəsi bu xainləri niyə susdurmur? - YOLU VARMI?
Dövlət Komitəsi bu xainləri niyə susdurmur? - YOLU VARMI?


Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Sankt-Peterburqda yaşayan soydaşlarımıza və Sankt-Peterburq ictimaiyyətinə

    Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ...

    16-05-2016, 19:10

  • 
  • Rusiyada Azərbaycan diaspor rəhbəri həbs edildi

    Rusiyada Azərbaycan diaspor rəhbəri həbs edildi ...

    24-02-2017, 11:37

  • 
  • Abbas Abbasov Rusiyada telekanal açır

    Abbas Abbasov Rusiyada telekanal açır ...

    15-01-2014, 12:41

  • 
  • Vahid Ələkbərov “Milyarderlər İttifaqı” heç kəsin əleyhinə yaradılmayıb”

    Vahid Ələkbərov “Milyarderlər İttifaqı” heç kəsin ...

    14-06-2013, 12:36

  • 
  • Rusiyada azərbaycanlı diaspor rəhbəri öldürüldü

    Rusiyada azərbaycanlı diaspor rəhbəri öldürüldü ...

    11-09-2017, 17:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu