Rusiyada yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyəti olan “AzərRos” təşkilatı “Birlik” nəşriyyat evi ilə birlikdə “Azərbaycan-TV-Rusiya” adlı yeni humanitar layihəyə başlayır.
Əsas məqsəd Azərbaycan milli mədəniyyətinin inkişafı, Rusiyada yaşayan azərbaycanlılar arasında ana dilinin yayılması, milli adət və ənənələrin qorunmasıdır.
Bu layihənin reallığa çevrilməsi Rusiya ərazisində “Albax TV” (9 Azərbaycan kanalı) adlı rəqəmsal televiziyasının yayılması və onun bazasında Rusiyada birinci beynəlxalq etno-mədəni (MEK) kanalın təsis olunması olub. Bu kanal müxtəlif etnoslara öz həyatlarını, adətlərini, məişət və mədəniyyətlərini işıqlandırmağa imkan verəcək.
MEK kanalının yaradılması və yayımı müxtəlif xalqların mədəniyyətinin təbliğatı ilə məşğul olan “Birlik” nəşriyyat evi tərəfindən həyata keçiriləcək.
Bu layihə çərçivəsində Rusiyadakı Azərbaycan ictimai təşkilatları üçün milli-mədəni problemlərin həllindəki fəaliyyətlərini işıqlandırmaq, regional-federal səviyyədə həmvətənləri, Rusiya-Azərbaycan münasibətləri barədə danışmaq imkanı əldə edir.
Albax TV rəqəmsal televiziyasının kanallarını seyr etmək üçün internetə giriş və xüsusi televiziya qurğusu əldə etmək kifayətdir.
Bundan əlavə, Albax TV abonentləri 180-dən artıq milli və populyar beynəlxalq telekanallara yüksək səs və görüntü keyfiyyətləri ilə baxa bilərlər. Tematik paketlərin də olduğu Albax TV servisi sadə və rahat quraşdırıla bilər.
Albax TV-nin rəqəmsal yayımına Azərbaycan, Türkiyə, Almaniya və s. ölkələrin sakinləri rahatlıqla baxa bilərlər.
Xatırladaq ki, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti (“AzərRos”un) Ağsaqqallar Şurasının sədri Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?