Azərbaycanlıların Regional Milli Mədəni Muxtariyyətinin Podmoskovyadakı nümayəndəliyinin rəhbəri Qalib Ağayev həbs edilib. “Life.ru” xəbər verir ki, Ağayev dələduzluqda ittiham edilir. Belə ki, o, 2015-ci ildə dövlət büdcəsinə aid olan 600 min rublu mənimsəyib. Ağayevin bu pulu qrant şəklində “Rusiya Türkiyə və Azərbaycan məktəblilərinin gözündə” layihəsinə görə alıb. Bu məbləğ Rus Dünyası Fonduna Təhsil Nazirliyi tərəfindən verilib. Fonddan isə Ağayevə ayrılıb. Layihəyə əsasən Ağayev məktəbliləri Rusiyaya gətirməli olsa da, bunu etməyib. Qeyd edək ki, Ağayevə qarşı cinayət işi bu ilin yanvarında başladılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?