GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vüsal Kərimlinin pul yığan qoçuları... - İTTİHAM

Vüsal Kərimlinin pul yığan qoçuları... - İTTİHAM

Tarix: 25-01-2021, 11:40 Bölmə :GündəmXəbər / Manşet Baxış: 300
Vüsal Kərimlinin pul yığan qoçuları... - İTTİHAM


Bakı Nəqliyyat Agentliyi son illərdə yaradılan strukturlar arasında ən uğursuz və fiaskoya uğramış qurumlardan biridir. Xeber.de-nin müşahidələrinə, mediada gedən məlumatlara əsasən məlum olur ki, ictimai nəqliyyatdakı xaosu aradan qaldırmaq, parklanmanı təşkil etmək üçün fəaliyyətə başlamış BNA iflas etmiş layihədir.

Vüsal Kərimlinin rəhbərlik etdiyi BNA bu illər ərzində nə normal parklanmanı təşkil edib, nə dayanacaqlardakı monitorların işləməsini təkmilləşdirib, nə dayanma-durma ilə bağlı cərimələrin yazılmasında dürüst fəaliyyət göstərir. Elə bunun nəticəsidir ki, Prezident dayanma-durma cəriməsinin yazılması səlahiyyətlərinin bir hissəsini BNA-dan alaraq təkrar Dövlət Yol Polisinə qaytarıb. Elə ilk gündən dayanma-durmanın DYP-dən alınıb BNA-ya verilməsi yanlış seçim idi. O baxımdan bu səlahiyyətlərin tamamilə alınaraq DYP-yə qaytarılması zamanıdır.

BNA qoçuları və cərimə yazıb qaçanlar…

Çünki bu müddət ərzində BNA onsuz da nə parklanma yerlərini təşkil edə bilib, nə nəqliyyat müfəttişləri doğru-düzgün işini həyata keçirirlər. Dəfələrlə video faktlar təqdim olunub, özünü Ziya Məmmədovun qoçuları kimi aparan BNA əməkdaşlarının xəlvətcə dayanma-durma cəriməsi yazıb aradan çıxması ifşa edilib. Parklanma düzgün qurulmadığı halda V.Kərimlinin pulyığanları sürücülərin əsəblərini tarıma çəkməklə, oğrun-oğrun avtomobillərin şəkillərini çəkib aradan çıxmaqla məşğuldurlar. Yeri gəlmişkən, BNA pandemiya dövründə də sınaqdan alnıaçıq çıxa bilməyib. Avtobuslarda sıxlıq, intervalda nöqsanlar, “Baku bus” sürücüləri isə özlərini ağa kimi aparırlar. Ümumiyyətlə, BNA rəhbəri Vüsal Kərimli dövlətin, prezidentin ümid etdiyi layihəni batırıb. Paytaxtda parklanma demək olar ki, heç 30 faiz təşkil edilməyib, yenə qanunsuz şəkildə sürücülərdən pul yığanlar var.

BNA isə onlarla heç bir mübarizə aparmır. Əvəzində çağırış edir ki, onlarla mübarizədə bizə kömək edin. Görəsən kim BNA-ya yardım etməlidir?

Qurum özü həmin şəxslərin öhdəsindən gəlmir, onlar isə sürücülərdən dayanma parkında pul yığır, sürücü isə arxayın olub harasa gedir, qayıdanda görür ki, BNA əməkdaşı cəriməni yazıb, aradan çıxıb. Halbuki Prezident bu sahədə narazılıq yaratmaq deyil, problemləri həll etməyi tapşırmışdı. Amma Vüsal Kərimli etimadı doğrultmur, narazılıqlar isə artmaqdadır.

Məmur oğlunun “Alpina”sı…

Xeber.de mətbuatda yayılan informasiyalara istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyi şübhəli tenderlərə də “imza” atmaqdadır.

Bu haqda cumhuriyyet.net yazıb ki, ötən ilin iyulun 9-da BNA tərəfindən keçirilən satınalmanın qalibi olan “Alpina Parking Consulting” MMC yüksək vəzifəli məmurun övladına məxsusdur. “Alpina Parking Consulting” MMC-nin qalib olduğu satınalmanın məbləği 2 milyon 124 min manat təşkil edir. Şirkət Bakı şəhərinin inzibati ərazisində yerləşən yoldan kənar parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldan kənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması üçün məsləhət və parklanma yerlərinin idarəedilməsi üzrə audit xidmətini həyata keçirəcək. “Alpina Parking Consulting” MMC 14.02.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 18A, qanuni təmsilçisi Əhmədzadə Sənan Rafiq oğludur. Bununla bağlı məlumata görə, 1992-ci il təvəllüdlü Əhmədzadə Sənan adi şirkət sahiblərindən sayılmır. Belə ki, Əhmədzadə Sənanın atası Rafik Əhmədov Nazirlər Kabineti Aparatının Beynəlxalq kredit və yardımlar üzrə şöbəsi müdirinin müavini vəzifəsində çalışır. İlginc məqam budur ki, BNA-nın keçiridyi sözügedən tender “Dövlət Satınalmaları Haqqında” Qanuna görə keçirilə bilməz. Buna səbəb isə Qanunun 13.1 maddəsinin tələblərinin pozulmasıdır. Belə ki, Dövlət Satınalmaları Haqqında” Qanunun 13.1-ci maddəsinə görə Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir. Məlum olduğu kimi, burada isə sifarişçi təşkilat olan Bakı Nəqliyyat Agentliyi qalib elan edilən təşkilatın qanuni təmsilçisinin atasının yüksək vəzifə tutduğu Nazirlər Kabinetinə tabeli qurumdur. Digər maraqlı məqam isə keçirilən tenderdə Maliyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələrinin yuxarıda qeyd olunan məqama diqqət etməmələridir. Qanunvericiliyə görə tender predmeti bir milyon manatdan artıq olduqda Maliyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələri tender komissiyasının tərkibinə mütləq daxil edilməlidir.

Adsız şirkətə milyonlar…

Ötən il Bakı Nəqliyyat Agentliyi marşrut xətlərinin planlaşdırılması, qrafik üzrə idarə olunması üçün proqram təminatının alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, dəyəri 3 milyon 498 min manat olan tenderin qalibi “Aris” MMC olub. Tenderin şərtlərində bildirilir ki, şirkət proqram təminatının öyrədilməsi üzrə təlim, Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatı (lisenziya), Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatının quraşdırılması və sazlanması, təqdim olunan struktur məlumatlarının emal olunaraq sistemə inteqrasiya olunmasını həyata keçirəcək. “Aris” MMC ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, əsasən suvarma sistemləri sahəsində ixtisaslaşan şirkət 19.03.2018 tarixində yaradılıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Ruslan Haqverdiyev Rüstəm oğludur. Qeyd edək ki, “Aris” MMC təkcə bu il nəqliyyat sektorunda keçirilən 4 tenderin qalibi olub. Belə ki, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi”nin “Telefoniya sistemi üçün avadanlıqlar, quraşdırılması və sazlama işləri” (41844.57 AZN) BNA-nın “İnformasiya və kommunikasiya texnologiyaları üzrə 12 (on iki) aylıq texniki xidmət (828360 AZN). Və “Bakubus” MMC-nin İnformasiya Texnologiyaları sahəsi üçün texniki dəstək xidmətlərinin satınalınması (220248.89 AZN) üzrə keçirilən tenderlərin qalibi olub. Şirkət başqa dövlət qurumlarının keçirdiyi satınalmaların qalibi olmayıb.

“ARİS” MMC ilə şübhəli tenderlər

Bakı Nəqliyyat Agentliyi “ARİS” MMC ilə maliyyə dəyəri 3 milyon 498 min 316.5 AZN olan müqavilə imzalayıb. Bunla bağlı müqaviləyə əsasən şirkət Bakıda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatını, iş və xidmətləri həyata keçirməli və bununla əlaqədar BNA-nı müvafiq mallarla təmin etməlidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “ARİS” MMC 19 mart 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayanu, Hüseyn Cavid pr, ev 87A, m 757-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Haqverdiyev Ruslan Rüstəm oğludur. Onunla bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur. “ARİS” MMC isə BNA-nın şübhəli tenderlərində iştirak edən şirkət kimi tanınır. Məsələ burasındadır ki, BNA bu ilin avqust ayında MMC ilə 828 min 360 AZN dəyərində müqavilə imzalayıb. Müqavilədə “ARİS” MMC-nin “İnformasiya və kommunikasiya texnologiyaları üzrə 12 (on iki) aylıq texniki xidmət” həyata keçirməsi nəzərdə tutulub. Mediada yayılan məlumatlara görə, “ARİS” MMC daha əvvəl də BNA-nın keçirdiyi tender müsabiqəsində qalib olub. Bu ilin fevralında qurum şirkətlə 220 min 248.89 AZN dəyərində müqavilə imzalayıb. “ARİS” MMC BNA üçün “Personal kompyuter, server, şəbəkə, telefoniya infrastrukturu və avtobuslarda ödəniş sistemlərinin yenidənqurulması və aylıq texniki xidmətləri” göstərib. 2019-cu ildə isə BNA ilə ARİS MMC arasında 2 müqavilə imzalanıb. İddialara görə, hər iki müqavilə satınalma proseduru keçirilmədən “ARIS” MMC-yə verilib. Maliyyə dəyəri 1 milyon 201.8 AZN olan birinci müqavilədə foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazlarının satın alınması və quraşdırılması nəzərdə tutulur. İkinci müqavilə isə şirkətin BNA-nı bu sistemin fəaliyyətini təmin etmək üçün serverlər və informasiya texnologiyaları avandanlıqları ilə təmin etməsi ilə bağlıdır. Müqavilənin maliyyə dəyəri 1 milyon 595.4 min AZN olub. Göründüyü kimi BNA “ARİS”ə vaxtaşırı müraciət edir. Bu da tenderlərin şəffaf keçirildiyinə şübhələri artırır. Digər tərəfdən, mediada gedən məlumatlara görə, “ARİS” MMC-nin dövlət büdcəsinə 68 min 836.62 manat vergi borcu var. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsi vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir. //jamaz.info//
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vüsal Kərimlinin pulyığanları "qan uddurur" : BNA-nın Prezidentə yalanları

    Vüsal Kərimlinin pulyığanları "qan ...

    23-01-2021, 14:56

  • 
  • BNA sədri nədən etimadı doğrulda bilmədi... - İLGİNC

    BNA sədri nədən etimadı doğrulda bilmədi... - ...

    6-08-2020, 13:03

  • 
  • DYP sürücülərə müraciət edib

    DYP sürücülərə müraciət edib ...

    12-01-2019, 20:23

  • 
  • Meriya parklanma yerlərini niyə təhvil vermir?...

    Meriya parklanma yerlərini niyə təhvil vermir?... ...

    17-12-2018, 10:50

  • 
  • Bakı ciddi nəzarət altında

    Bakı ciddi nəzarət altında ...

    4-02-2015, 12:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu