GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xəstə uşaq atası Gədəbəy icra hakimiyyətində ələ salındı -VİDEO

Xəstə uşaq atası Gədəbəy icra hakimiyyətində ələ salındı -VİDEO

Tarix: 26-01-2021, 14:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 639
Xəstə uşaq atası Gədəbəy icra hakimiyyətində ələ salındı -VİDEO


Respublikamızın müxtəlif rayonlarından,şəhər və kəndlərindən DogruXeber.az informasiya agentliyinin redaksiyasına müxtəlif xarakterli,müxtəlif səpkili məktublar gəlir.Onların əksəriyyətini şikayət məktubları təşkil edir.Haqqı-hüququ pozulan,haqsızlıqla üzləşən,incidilən,get-gələ salınan,süründürməçiliyə məruz qalan bu zavallı insanların məktublarını həyəcansız oxumaq mümkün deyil.Böyük ürək ağrısı ilə yazılmış bu şikayət məktublarını oxuduqca təsirlənir,acı təəssüf hissləri keçirirsən.Öz səlahiyyətlərini aşan,vəzifə borclarını yerinə yetirə bilməyən,məsuliyyət hissini itirən bəzi yerli məmurların yarıtmaz fəaliyyəti,özbaşınalığı,laqeydliyi nəticəsində narazı qalan insanların qapı-qapı başqa dövlət qurumlarına,ictimai təşkilatlara,hüquq müdafiəçilərinə üz tutmağa və şikayət etməyə səbəb olmuşdur.Hər cür yardıma,köməyə ehtiyacı olan,yaşadığı rayonun rəhbərliyi tərəfindən diqqətsizlik,etinasızlıqla qarşılanan,qapılara salınan insanlardan biri də Gədəbəy rayonu Çaldaş kənd sakini Kamil Yolçu oğlu Orucovdur.O,heç bir ali təhsil almayan,savadsız,sadə bir kənd adamıdır.Xəstə uşağından və bir də cənab Allahın ona verdiyi yaşamaq haqqından başqa heç nəyi yoxdur,olduqca kasıbdır.Amma elə böyük ürəyi var ki!...Danışdıqca kövrəlir gözləri dolur,haldan-hala düşürdü.Onun gözlərindən,danışığından,bir də səsindən böyük əziyyət çəkdiyini ağır və məşəqqətli həyat yaşadığını aydın hiss olurdu…
Bəs bu zavallı insanın arzusu istəyi nədir?İsti ev-eşiyindən uzaq düşüb.Böyük çətinliklə,sıxıntlarla redaksiyamıza gəlməyinə məcbur olan səbəb nədir?Nədən gileylənir,nədən şikayətlənir?...Əgər qısa sözlə ifadə etsək işsizlik! Bəli,bəli işsizlik!işsizliyin ağır məngənəsi onu elə sıxmışdır ki, getmədiyi yer,döymədiyi qapı qalmayıb.Bəs,dünya şöhrətli alimləri,ziyalıları,şairləri,yazıçıları ilə məhşur olan Gədəbəy rayonunda onu öz kölgəsi altına alan bir iş adamı,xeyirxah bir insan tapılmadımı?Onun qeydinə qalan, ərizəsini oxuyan,könlünü alan bir adam olmadımı?Bizim xalqımız həmişə öz milli-mənəvi dəyərləri,gözəl adət-ənənələri xeyirxahlığı yaxşılığı,insanpərvərliyi,qonaqpərvərliyi,əliaçıqlığı ilə bütün xalqlara nümunə olmuş və onların yaddaşında əbədi kök salmışdır.Daxili gözəllik və əxlaqi dəyərlər tarix boyu bizim xalqımızın,millətimizin,insanlarımızın mənəvi sərvəti olub və hesab edirik ki,öz qiymətini qoruyub saxlamaqdadır.Gədəbəy həmişə bizim qürur mənbəyimiz olub .O,yerlərin dağı,təbiəti kimi insanları da saf,təmiz və xeyirxahdır.Bəs indi nə olub?Kamil Orucov yazır ki,Gədəbəy rayonunda getmədiyim,qapısını döymədiyim bir idarə,bir müəssisə qalmadı.Amma heç kim mənə bir iş vermədi.Başa düşdüm ki,kasıba heç yerdə yer yoxdur.
Bəs Gədəbəy Rayon İcra Hakimiyyəti?
Biz bu barədə bir qədər ətraflı danışmaq istəyirik.İlk öncə şikayətçi Kamil Orucovun dediklərindən bəzi qeydləri hörmətli oxucularımızın diqqətinə çatdırırıq:”Dəfələrlə İcra Hakimiyyətinə getmişəm.Başçının qəbuluna düşmək mümkün deyil.Ümumiyyətlə o heç şikayətçiləri qəbul etmir.Müavinlər və başqa işçilər də kasıbları yaxın buraxmır.Ömründə bir dəfə müavinin qəbuluna düşdüm.Güya bilmirdi,soruşdu ki,nə istəyirsən,bura niyə gəlmisən?Dedim ki,işsizəm çoxdandı işləmirəm,xəstə uşağım var.O,güldü,məni ələ saldı.Xeyli güləndən sonra dedi ki,iş-zad yoxdur,get hara istəyirsən şikayət elə.Sonra məni ümidsiz yola saldı.”Bax belə! Kadr yerində olmayanda sadə zəhmət adamları əziyyət çəkir,qapılara düşür.Görünür o müavin evi ilə dövlət idarəsini səhv salıb.Əgər evinə gedib narahat etsəydilər,qapını döysəydilər,kömək etsəydilər, düşünərdik ki, bu onun öz şəxsi işidir,əgər bütün əxlaqi və mənəvi dəyərlərin üstündən xətt çəkib qapısına gələn insanı ələ salıb evindən əli boş qovursa,bu,onun insani xüsusiyyətlərindən uzaq daxili göstəricilərinin təzahürüdür.Amma İcra Hakimiyyətində qəbula gələn sadə insanlarla bu cür davranmaq qətiyyən olmaz və bu ali dövlət qurumunun adına,şərəfinə ləkə gətirən,onun nüfuzuna zərbə vuran kobud hərəkət və yanlış münasibətdir.İcra Hakimiyyətinin başçısı xalqdan uzaq düşəndə,təyin olunmuş qəbul qaydalarını pozanda,işçilər üzərində nəzarəti itirəndə,öz işinə məsuliyyətsiz,səthi,”dırnaqarası” yanaşanda nəticəsi belə olar.Yuxarıda qeyd etdiyimiz kimi rayonda elə bir dövlət idarəsi qalmayıb ki,Kamil Orucov iş üçün ora müraciət etməsin.Yəni doğrudanmı respublikamızda öz çəkisi,öz adı-sanı olan Gədəbəy rayonunda bir insan üçün adi bir iş yeri tapılmır?Xeyirxahlıq əsirlər boyu xalq kütlələrinin tərənnüm etdiyi və qoruyub saxladığı ən gözəl insani dəyərlərdən biridir.Xeyirxahlıq əxlaqi sərvətimizin əsası və insanların birgə yaşayışının təməl daşlarından və əsas xüsusiyyətlərindən biridir.Əgər bu dəyərləri İcra Başçısının müavini itiribsə, Başçının özü yəqin ki,bilməmiş deyil?Cənab Başçı İbrahim Mustafayev onu da bilməmiş deyil ki,vaxtı ilə Ulu Öndər Heydər Əliyev bir proqram,bir tezis kimi demişdir:sitat "Biz öz milli-mənəvi dəyərlimizlə fəxr etməliyik.Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında,yaşayışında,fəaliyyətində formalaşıbdır.Milli-mənəvi dəyərləri olmayan millət həqiqi xalq,həqiqi millət ola bilməz.” İ.Mustafayev unutmamalı idiki ümummilli lider milli-mənəvi dəyərlərimizin öyrənilməsini qorunub saxlanılmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü.O,həmçinin mədəniyyətimizi və milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox,həm də siyasi varlığımızın dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.Bunu ona görə xüsusilə vurğulayıraq ki, İcra Hkimiyyəti başçısının müavini qəbula gələn vətəndaşları ələ saləb aşağılayarkən ona öz həqiqi yerini göstərməli və cəzalandırmalı idi.Amma belə olmadı.Özünü elə apardı ki,guya onun belə işlərdən xəbəri yoxdur.Hansı ki,biz bu mövzuda və bu barədə hələ keçən il "DoğruXeber.az”saytı olaraq iki dəfə informasıya vermişdik.



Burdan belə nəticə çıxarmaq olar ki,Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Bu məsələyə ikinci dərəcəli bir iş kimi baxmış və əhəmiyyət verməmişdir.Buda onu deməyə əsas veririki vətəndaşların,sadə əmək adamlarının taleyi onu maraqlandırmır.Bu, İcra Başçısına maraq dairəsindən kənarda olan bir işdir.Bunu deməyi özümüzə borc hesab edirik ki,milli-mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran,inkişafa kömək edən bir amil davranışdır.Məhz bu dəyərlərin və davranış qaydalarının itirilməsinin ən bariz nümunəsidir ki,Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini kömək üçün onun qəbuluna gəlmiş vətəndaşlara o cür münasibət bəsləyir və bunun ən pisi isə İcra Başçısının heç bir ölçü götürməməsidir!Bu qədər yazılardan,söhbətdən sonra bir dəfə olsun maraqlanmadı ki,xəstə uşağını saxlamağa,müalicəsini aparmağa imkanı olmayan və buna görə də qapılara düşüb iş axtaran vətəndaşının taleyi necə oldu?İş tapdımı,yoxsa xəstə uşağını qucağına alıb əllərini göyə qaldıraraq ümüdini Allaha bağlamışdır?Əlbəttə milli-mənəvi dəyərləri itirmiş məmurlar üçün indi bunun əhəmiyyəti yoxdur.Amma ölkə başçısı Cənab Prezident İlaham Əliyevin təşəbbüsü ilə yaradılan "Mənəvi Dəyərlərin Təbliği”Fondu bu sahəyə sistemli dövlət qayğısının bariz nümunəsidir.Bununla Cənab Prezident dövlət məmurlarına mesaj vermişdir ki,işlərini məhz bu istiqamətdə qursunlar.Daha Gədəbəy kimi gözəl bir rayonun kasıb imkansız bir sakinini Bakının küçələrinə salıb iş üçün qəzet və saytlar vasitəsi ilə ölkə başçısına müraciət ünvanlamağa məcbur etməsinlər.
Mövzunu gündəmdə saxlayacağıq..

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ucar ƏSMM-də rüşvət və korrupsiya tüğyan edir

    Ucar ƏSMM-də rüşvət və korrupsiya tüğyan edir ...

    11-09-2015, 13:59

  • 
  • Nəsimi rayonunda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib

    Nəsimi rayonunda bağlı qapı arxasında qalan ...

    5-01-2019, 12:40

  • 
  • Beyləqanın icra başçısı ilk «qurbana» çevrilə bilər

    Beyləqanın icra başçısı ilk «qurbana» çevrilə ...

    27-12-2013, 00:55

  • 
  • İlham Əliyev Ağsuda şikayətləri şəxsən qəbul edir

    İlham Əliyev Ağsuda şikayətləri şəxsən qəbul edir ...

    7-03-2019, 12:29

  • 
  • Əziz Əzizovun Cəlilabad gestaposu

    Əziz Əzizovun Cəlilabad gestaposu ...

    15-12-2012, 14:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu