GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Elçi Bəy İnstitutundan milli birliyə ÇAĞIRIŞ

Elçi Bəy İnstitutundan milli birliyə ÇAĞIRIŞ

Tarix: 29-01-2021, 20:41 Bölmə :GündəmXəbər / Manşet Baxış: 723
Elçi Bəy İnstitutundan milli birliyə ÇAĞIRIŞ


Elçibəy İnstitutu Azərbaycan ordusu və əsgərinin 44 günlük Vətən müharibəsində qazandığı hərbi qələbənin siyasi- diplomatik, beynəlxalq hüquq baxımdan başa çatdırılması üçün xalqımızın, cəmiyyətimizin ən sıx şəkildə səfərbər olmasının, milli həmrəyliyin tələb olunduğu bir məqamda dövlət başçısı İ.Əliyevin öz ideoloji və siyasi opponentləri əleyhinə ən yeni tariximizi saxtalaşdırma məzmununda rəsmi göstərişlər vermə, Azərbaycanın müstəqilliyinin bərpası , totalitar kommunist rejiminə qarşı və demokratiya uğrunda xalq hərəkatının lideri Elçibəyə, hərəkatın ümummilli təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinə və Musavata qarşı dövlət ədəb, ərkanına, milli mənəvi dəyərlərə, tarixi faktlara uyğun olmayan fikirlər səsləndirib, ittiham formasında daxili cəbhələşməyə səbəb olacaq hərəkətlərinin ümumxalq və ümumdövlət maraq və mənafelərimiz baxımından təhlükəli nəticələrinə diqqəti cəlb edərək bununla bağlı narahatlığını və etirazını ifadə edir. Elçibəy İnstitutu Məsləhət Şurası üzvlərinin fərdi açıqlamalarındakı reaksiyalar ümumi mövqelər kimi qəbul edilməlidir.
İctimaiyyətin diqqətinə çatdırılır ki, Şuşanın işğalı ilə bağlı movcud iqtidarın hakimiyyəti dövründə bir neçə il davam edən çoxillik məhkəmə prosesi keçirilib hökmlər çıxarılmışdır. Əsas verən hər hansı hal olmadığından bu prosesə hətta şahid qismində belə AXC mərkəzi və rayon təşkilatlarının rəhbərliyinə daxil olan şəxslərdən heç kim cəlb edilməmişdir. Həmçinin ibtidai və məhkəmə istintaqı gedişində təhqiqatlar aparılmasına baxmayaraq, o vaxt müdafiə naziri vəzifəsində çalışan şəxsin də barəsində çıxarılan məhkəmə qətnaməsində onun Şuşanın düşmənə təhvil verməsi məzmununda hökm yoxdur. Əlavə olaraq bilinməlidir ki, həmin dövrdə Şuşanın müdafiəsinə rəhbərlik edən hərbçilərə qarşı da Şuşanın düşmənə təhvil verilməsində hər hansı cinyət əməli istinad olunmamış, onlar hazırkı iqtidar dövründə yüksək hərbi rütbələr alıb vəzifələr tutmaqda davam edirlər. Yeri gəlmişkən o dövr həmin şəxslərdən bəzilərinin dövlət və Müdafiə Nazirliyi rəhbərliyi ilə razılaşdırmadan Naxçıvan Ali Məclisi sədri H. Əliyevin yanına gedib gəlmələri haqqında təkzib olunmayan faktlar səsləndirilmişdir.
Elçibəy İnstitutu diqqəti ona cəlb edir ki, siyasi və ümummilli məqsədəuyğunluq baxımdan aktual görünməyən, hətta iqtidarın və İlham Əliyevin siyasi maraqları baxımından mübahisəli olan bu hərəkətlərin cəmiyyətdə qarşudurma yaradıb siyasi ədavəti, düşmənçiliyi qızışdıracağı, milli həmrəyliyi zədələyəcəyi və cəmiyyəti lüzumsuz diskussiylara cəlb edəcəyi aydın olduğu halda, bu addımlara gedilməsi cəmiyyətin ən azı bir hissəsində belə təəssürat yaradır ki, məqsəd cəmiyyətin diqqətini 3220 km2 ərazimizin hələ də dövlət suverenliyimizdən kənarda, de fakto işğalı altında qalması, Xankəndində terrorçu bayrağın dalğalanması, Xocavənddə əli minlərlə soydaşımızın qanına batmış, erməni faşistnin simvolu Nijdenin heykəlinin qoyulması faktlarından və sülhməramlı adı ilə Azərbaycanda yerləşdirilmiş Rusiya hərbi kontinigentinin müstəqilliyimiz üçün yaratdığı təhlükələrdən və ermənilərlə rusların nəzarəti altındakı torpaqlarımızla bağlı gizli planlardan yayındırmaqdır.
Elçibəy İnstitutu təəssüf edir ki, düşmən və havadarları arasında revanşist müharibə çağrışlarının gücləndiyi hazırkı məqamda, tariximizin müxtəlif siyasi qruplar tərəfindən fərqli qavranılan məsələlərin tarixin və tarixçilərin öhdəsinə buraxılması təkliflərinin iqtidar rəhbəri tərəfindən həmin məsələləri malalamaq cəhdi kimi təqdim edilərək, daxildə düşmən axtarışlarına girişilir. Bilinməlidir ki, belə hərəkətlər və Elçibəyə, AXC- yə, Musavata hücumlar həmin hərəkatın- təşkilatın üzvü olub Eıçibəyi indi də özünə mənəvi –siyasi lider kimi qəbul edən yüzminlərlə insanın şərəf, ləyaqət və heysiyyətlərinə toxunularaq təhqir edilməsi əks reaksiyasız və cavabsız qala bilməz.
Elçibəy İnstitutu hesab edir ki, uzunmüddətli dövr üçün əhəmiyyətsizliyi aydın olsa da tariximizin hakim siyasi qüvvənin məhdud korporativ maraqlarına uyğun olaraq saxtalaşdırma göstərişi zərərli nəticələrə gətirib çıxaracaq. Əgər iqtidar bu sahədə elmi araşdırılması tələb olunan problemlərin olduğunu düşünürsə, o zaman Elçibəy İnstitutu təklif edir ki, obyektiv alim və tarixçilərdən ibarət müstəqil elmi komissiya yaradılsın və öz tərəfindən həmin komissiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirir.
Elçibəy İnstitutu ən yeni tariximizin siyasi məqsədlərlə təhrif və saxtalaşdırılmasının, keçən əsrin 80- ci illərin sonu 90- cı illərin əvvəllərində AXC üzvü olan yüzminlərlə insanımızın maraq və mənafelərinə toxunduğuna diqqəti cəlb edərək, həmin dövrdə milli azadlıq hərəkatında, 1992-ci il hadisələrində və torpaqlarımzın müdafiəsində iştirak etmiş bütün insanlarımızı bu məsələdə fəal mövqe nümayiş etdirməyə, Elçibəy institutu ilə əməkdaşlığa çağırır.
Elçibəy İnstitutu bir daha iqtidar mənsublarını milli varlıq, milli güc, milli dövlətçilik üçün fəsadlar törədəcək qarşıdurma yolundan , saxta tarix yaratma cəhdlərindən çəkinməyə dəvət edir və xüsusi qeyd edir ki, Elçibəyin nəzəri, ideoloji, siyasi irsinin təhrif olunması və saxtalaşdırılmasına qarşı prinsipial şəkildə çıxmaqda davam edəcəkdir.
Eyni zamanda Elçibəy İnstitutu əsasnaməsi ilə müəyyən olunmuş məqsəd və prinsiplər istiqamətində fəaliyyəti göstərərək, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün tərəflərlə əməkdaşlığa davam edəcəyini bəyan edir.


28.01.2021

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ELÇİBƏY İNSTİTUTU MƏSLƏHƏT ŞURASININ TOPLANTISI KEÇRİLİB

    ELÇİBƏY İNSTİTUTU MƏSLƏHƏT ŞURASININ TOPLANTISI ...

    18-01-2021, 18:04

  • 
  • “Rəsulzadədən Elçibəyə - Azərbaycan davası”

    “Rəsulzadədən Elçibəyə - Azərbaycan davası” ...

    27-05-2013, 03:04

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    10-05-2016, 11:48

  • 
  • Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür

    Bu gün Azərbaycanın ümummilli lideri Heydər ...

    10-05-2015, 00:54

  • 
  • Prezident İlham Əliyev və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

    Prezident İlham Əliyev və ailə üzvləri ümummilli ...

    12-12-2016, 11:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu