GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Milyonları yollardan "yığan" Saleh Məmmədovun da hesab günü yaxınlaşır

Milyonları yollardan "yığan" Saleh Məmmədovun da hesab günü yaxınlaşır

Tarix: 5-02-2021, 12:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 393
Milyonları yollardan "yığan" Saleh Məmmədovun da hesab günü yaxınlaşır


Sübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir
Prezident İlham Əliyevin Azərbaycanın oliqarx məmurlarının ünvanına səsləndirdiyi tənqidlər medianın əsas mövzularından biridir.

Gundemxeber.Az yenisabah.az-a istinadən məlumat verir ki, əlbəttə ki, prezidentin tənqid etdiyi 6 məmurun hər biri haqda ictimaiyyətdə illərdir ümumiləşmiş fikir mövcuddur. Onlar hökumətin ən odioz məmurları sırasındadır.
Prezidentin tənqid hədəfi olan məmurlardan biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov oldu. Onun haqqında müstəqil mediada yüzlərlə tənqidi material, şikayət və korrupsiya faktları ilə bağlı informasiyalara rast gəlmək mümkündür. Oxucuların yaddaşını təzələmək üçün açıq mənbələrdə olan bəzi faktları yenidən təqdim edirik. Görün, bu məmur vəzifəyə təyin olunduğu 2015-ci ildən bu günə kimi necə böyük “uğurlar”a nail ola bilib, öz var-dövlətinin, mülklərinin sərhədlərini nə qədər genişləndirib. Hətta o qədər genişlənib ki, ölkə sərhədlərindən də kənara çıxıb...


Təxminən bir il yarım əvvəl S. Məmmədovun Nabranda yerləşən Prezident Sarayına oxşayan dəbdəbəli villasının görüntüləri yayıldı. Həmin villanın nağıllardakı kimi 40 otaqdan ibarət olduğu bildirilirdi. Onun tikilməsinə isə düz 12 milyon manat pul xərcləmişdi. Villa prezidentin dediyi kimi hündür hasara alınıb və tikanlı məftillərrlə əhatələnib. Ora heç quş da yaxınlaşa bilmir. O zaman bu villanın fotosu sosial şəbəkədə yayıldı. Lakin S. Məmmədov dostu olan PA-nın şöbə müdiri Əli Həsənovun vasitəsi ilə bu məlumatın mediada geniş yayılmasının qarşısını aldı.
Sözügedən məmur əldə etdiyi pulların böyük hissəsini xaricə daşımağı bacarıb. Bunu isə oğlu vasitəsi ilə həyata keçirib. S. Məmmədovun oğlu Sübhan Məmmədli ilə bağlı da mediada çox xəbərlərə rast gəlmək mümkündür. 22-23 yaşlı S. Məmmədli xaricdə yaşayır və atasının korrupsiya you ilə əldə etdiyi pulları diriltməklə məşğuldur.

Bu haqda jurnalist Cavanşir Həsənli apardığı araşdırmada məmur oğlunu 22 yaşlı milyonçu kimi təqdim etmişdi.
Həmin araşdırmaya görə, S. Məmmədli 20 yaşında Avstriyada, 21 yaşında İngiltərədə şirkət açıb, Londonun zənginləri sırasında ən gənc milyonerlərdən biri kimi tanınıb.
Britaniya ədliyyəsinə aid reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alıb və şirkətə şəriklik hüququ əldə edib. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir. Sübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir.
Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır.

Saleh Məmmədovun Türkiyədə də bir neçə kommersiya şirkəti var. O, İstanbuldakı dəyəri 1 400 000 lirə olan villasının eyvanından Formula 1 yarışlarının keçirildiyi şüşətək hamar trekdə şütüyən avtomobilləri asanlıqla izləyə bilər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İH sədri burada 300 kvadrat metrlik üçmərtəbəli (zirzəmisi və yeraltı avtoqarajı ilə birlikdə) villaya sahibdir.
Həmçinin “Pakville İstanbul” yaşayış və əyləncə kompleksində villa tipli 5 otaqlı mənzil alıb. Detallara varmadan S. Məmmədova və oğluna məxsus olan Türkiyədəki şirrkətlərrin siyahısını da təqdim edirik:
“Saha İnvestment Dış Ticaret Limited”
“Subhan Dış Ticaret Limited”
“Emineller Metal Sanayi ve Dış Ticaret A.Ş.”
“Subhan Turizm Yatırımları ve Dış Ticaret Limited”
“Azerturk İnvestment Dış Ticaret Limited”
Saleh Məmmədovun oğlunun Avstriyada “AZSN Servis GmbH”, Londonda “Splento Ltd” şirkətləri də mövcuddur.
Onu da qeyd edək ki, Saleh Məmmədov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbəri Rauf Vəliyevlə qudadır. Sübhan Məmmədli R. Vəliyevin qızı ilə ailə həyatı qurub.
Qeyd etdiyimiz kimi, S. Məmmədov əldə etdiyi pulların böyük hissəsini ölkədən xaricə daşımağı bacarıb. Hətta bunun necə həyata keçirilməsi haqda vaxtilə mediada məlumatlar yayılmış, Avropaya daşınan milyardların xəritəsi təsvir olunmuşdu.
Azərbaycanda gedən son proseslər onu göstərir ki, dövlətin pullarını oğurlayan məmurların heç birinə güüzəşt olunmayacaq. Hətta illər əvvəl vəzifəsindən azad olunan Səlim Müslümovun həbs xəbəri də bunu deməyə əsas verir. Müharibədən sonrakı iqtisadi durum xaricə daşınan pulların geri qaytarılması mexanizminin hazırlanmasını labüd edir. Bu məmurların taleyinin necə olacağı haqda sualın cavabı olaraq isə onu deyə bilərik ki, sələflərindən fərqli olmayacaq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu ilə bağlı daha bir ŞOK

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ...

    27-06-2019, 22:33

  • 
  • SALEH MƏMMƏDOVUN 22 YAŞLI OĞLU LONDONDA NECƏ MİLYONÇU OLDU? - Şok faktlar

    SALEH MƏMMƏDOVUN 22 YAŞLI OĞLU LONDONDA NECƏ ...

    6-02-2019, 14:18

  • 
  • Saleh Məmmədovun insan terroru (FOTO)

    Saleh Məmmədovun insan terroru (FOTO) ...

    2-07-2018, 11:57

  • 
  • Prezident bu dəfə Saleh Məmmədova irad tutdu - ŞİŞİRTMƏ RƏQƏMLƏRİ...

    Prezident bu dəfə Saleh Məmmədova irad tutdu - ...

    29-10-2019, 11:39

  • 
  • Oliqarx məmurun dustaq etdirdiyi jurnalist azadlıqda

    Oliqarx məmurun dustaq etdirdiyi jurnalist ...

    7-12-2017, 18:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu