Azərbaycanda məmurların merkantil maraqları fonunda insan hüquq və azadlıqları nəinki kobud şəkildə pozulur, hətta məmur özbaşınalıqları nəticəsində insanlar həlak olur. Bir qədər əvvəl Xəzər dənizində işləyən onlarla dənizçi məhz SOCAR rəhbərliyinin səhləkanlığı nəticəsində qasırğaya düşərək dənizdə boğuldular. Bakıda minimum əmək haqqı ilə çalışan süpürgəçilər zaman – zaman iş başında həlak olurlar. Bu yaxınlarda pambiqçıların kütləvi zəhərlənməsi olayları da məmurlar üçün sadə insanların həyatının qiymətinin çox ucuz olduğunu deməyə əsas verir.
Eyni vəziyyət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı-Sumqayıt yolunda apardığı təmir işləri zamanı yaşanır. Belə ki, istirahət günü olmasına baxmayaraq, Saleh Məmmədovun sədri olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 45 dərəcə istidə fəhlələri yolda təmir işləri aparmağa məcbur edir. Halbuki Əmək Məcəlləsi və digər qanunvericilik normativləri 41 dərəcədə istidə açıq havada işlərin dayandirılmasını tələb edir. Ancaq Saleh Məmmədovun işçiləri 45 dərəcə istidə asfalt çəkir. Bu insan terroru deyil, bəs nədir? Belə isti hava şəraitində işçilərin asfalt çəkməyə məcbur etmək onların həyatını riskə atmaq deməkdir. Allah eləməmiş isti havada işçilərə bir şey olsa, Saleh Məmmədov bunun cavabını verə biləcəkmi? Əlbəttə verməyəcək. Çünki Saleh Məmmədov kimi məmurlar üçün sadə insanların həyatının heç bir önəmi yoxdur.
Bakı-Sumqayıt yolununun asvalt örtüyü normal vəziyyətdə olduğu və hərəkətin intensivliyi üçün heç bir maneə olmadığı halda Saleh Məmmədovu nə məcbur edir ki, 45 dərəcə istidə yolda təmir işləri aparsın. Və onlarla işçinin həyatını təhlükəyə salsın. 45 dərəcə istidə Saleh Məmmədov öz it və pişiyini belə küçəyə çıxarmaz, amma işçilərini asvalt qatını dəyişdirməyə məcbur buraxır.
Görəsən, ölkədə yüzlərlə bərbad yolu olan kənd və qəsəbələr olduğu halda Bakı-Sumqayıt yolunu iki ildən bir təmir etdirmək, insanları tixaclarda saatlarla saxlayıb və onlarının gediş-gəlişinə mane olmaq nəyə xidmət edir? Yayın istisində işçilərinin həyatını təhlükəyə atan məmur bu cür işləri ilə işlər təmsil olunduğu siyasi hakimiyyətinin nüfuzunu böyük zərbələr vurur…
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?