GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Generalın müəmmalı qətli: Düymə Rusiyadan basılıb? - Sirr pərdəsi çəkilir

Generalın müəmmalı qətli: Düymə Rusiyadan basılıb? - Sirr pərdəsi çəkilir

Tarix: 17-02-2021, 10:54 Bölmə :GündəmXəbər / Manşet Baxış: 570
Generalın müəmmalı qətli: Düymə Rusiyadan basılıb? - Sirr pərdəsi çəkilir


Fevral ayının 11-də Müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətlindən 12 il ötdü. Lakin bu müddət ərzində nə generalın qatili, nə də sifarişçiləri tapılıb. Məlumat üçün qeyd edək ki, Rail Rzayev 1992-ci ildən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərib. O, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı – idarə rəisi kimi çalışıb.

R.Rzayev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin olunub. General 2009-cu ilin 11 fevralında evinin önündə, Bakı şəhəri, İsmayıl Bəy Qurtqaşınlı küçəsi 125, 172 nömrəli məktəbin yaxınlığında öz maşınında başından vurularaq qətlə yetirilib. R. Rzayev elə həmin gün torpağa tapşırılıb. Hətta onun ölümündən sonra özünə əvvəlcədən qəbir yeri aldığı şaiyələri yayılıb. Generalın məzarının öncədən hazır olduğu söylənilib. Məşum hadisədən bir müddət sonra sabiq Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında R.Rzayevin qətlinin ardınca onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Generalın köməkçisi Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Z.Qaralov onların həbs olunduqlarını qeyd edib. Baş prokuror həmçinin saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını deyib.

2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. (Aydın Rəfiyev 2016-cı ildə vaxtından əvvəl azadlığa buraxılıb).

Zakir Qaralov generalın qətlinin araşdırılmasında xarici ekspertlərin də iştirak edəcəyini açıqlayıb. Baxmayaraq ki, müəmmalı qətl hadisəsindən 12 il ötüb, lakin sirr pərdəsi çəkilməyib. O gündən indiyə qədər dolaşan bir neçə versiya var. Bunları o vaxt mətbuata müsahibəsində sabiq MTN şefi Eldar Mahmudov sadalayıb və generalın qətli ilə bağlı araşdırmaların 4 istiqamətdə getdiyini söyləyib.
Yazıda qeyd edilib ki, birinci versiyada Rail Rzayevin tikinti sektoru ilə bağlı öldürüldüyü düşünülürdü. Deyilirdi ki, mərhumun tikinti sektorundakı fəaliyyətinin bu sahəni monopoliyaya alan qüvvənin planları üst-üstə düşməyib. Rzayevin şimal qonşumuzun geosiyasi planlarının qurbanı olduğunu iddia edənlər də var idi. Bir də qətlindən qısa müddət sonra generalın ailə münaqişəsi zəminində öldürüldüyü söylənildi:

“İstintaqın generalın ikinci həyat yoldaşının yaxını tərəfindən öldürülməsi versiyasını əsas götürməsi ilə bağlı xəbərlər gəldi. Orada deyilirdi ki, Rzayevin iki ailəsi olub. Birinci ailəsini ölümündən xeyli əvvəl İsrailə göndərib. Özü də ora getmək fikrində imiş. Hətta qətlindən sonra istintaqçılar Rzayevin iş yerində sənədləri yoxlayarkən onun adına rəsmiləşdirilmiş İsrailə aviabilet də tapıb. Biletin üzərindəki tarix fevralın 12-sini göstərib. Digər versiya isə generalın hakimiyyətdə təmsil olunan generallarla mübahisəsinin nəticəsində aradan götürülməsidir. Şərti olaraq sonuncu versiya isə Rzayevin silah alveri ilə bağlı öldürülməsi idi. Bu versiyaya görə, silah alverindən əldə olunan gəlirin bir hissəsi yoxa çıxıb. Bunun hesabını isə Rzayevdən soracaqlarmış. Bu alverdə “əli” olanlar generalı aradan götürüb özlərini sorğu-sualdan yayındıra bilərdi”.

Qətlin araşdırmasında bir maraqlı məqam da diqqət çəkib. Demə generalın güllələndiyi ərazi elə Eldar Mahmudovun evinin yaxınlığında imiş. Hər tərəfdən kameralarla əhatə olunan bir ərazidə nazir müavininin öldürülməsi və qatilin tapılmaması da maraq doğurur. O vaxt xəbər yayılıb ki, R.Rzayev qətlindən bir həftə əvvəl izlənildiyini bilib, rəhbəri Səfər Əbiyevə raportla məlumat verib, tədbir görülməsini istəyib. Həmçinin o, MTN-ni də məlumatlandırıb. Sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkov da “ Röyters”ə Rzayevin qətlinin bir həftə öncəsindən izlənildiyini bildiklərini söyləyib.

Generalın sirr dolu qətli ilə bağlı “Sherg.az”a danışan hüquqşünas, vəkil Adəm Məmmədov məsələni belə şərh edib:

“Adətən belə hadisələrdə Baş prokuror və MTN naziri olay yerinə baxış zamanı birbaşa iştirak edirlər. Onların iştirak etməməsi də maraq doğurur. Hətta sonra oxudum ki, generalın qətlinin ardınca onun qohumlarını, qardaşını da işlərindən azad ediblər. Görmüşük ki, ölmüş insanın yaxınlarına hörmətlə yanaşarlar. Bu işdə əksinədir. Onun yaxınları, qohumları təqiblərə məruz qaldılar. Hələ bunu araşdırmaq lazımdır. Niyə? Səbəb nə idi?İndi onları təqib edənlər yaşayırlar, sağ-salamatdırlar. Soruşulmalıdır ki, niyə etdiniz? Sifarişini kim vermişdi? Bu gün 2 saat bəsdir ki, Dövlət Təhlükəsizlik Xidməti təqsirkar şəxsləri, qətlin sifarişçilərini müəyyənləşdirsin”.Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş MTN zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl qatilin və sifarişçilərin professional işlədiyini söyləyib:

“Bu günə qədər sirr pərdəsinin açılmama səbəbi isə istintaq tədbirlərinin zəif və ya heç aparılmamasıdır. Gündüz vaxtı bir generalın qətl edilməsinin belə gizli qalması mümkün deyil. Zənnimcə önəm verilmir. Rail Rzayevin dəfn mərasimindən də məsələyə ciddi yanaşılmadığı məlum idi. İstintaq tədbirləri aparılsa, qətlin sifarişçilərini də, qatili də tapmaq mümkündür. Burda çox fərziyyələr irəli sürmək olar. Görünür müəyyən səlahiyyətlərə malik şəxslərin rolu var və onlar imkan vermirlər. Amma onların kimliyindən asılı olmayaraq, qətlin səbəbləri və sifarişçiləri tapılmaldır. Bu dövlətin də xeyrinə olacaq. Əks halda kölgələr, şübhələr dövlətin səlahiyyətli şəxslərinin üzərinə atılar. Məsələn, o dövrdə Müdafiə naziri Səfər Əbiyev idi. Elə onun üstündə də qala bilər. Müdafiə nazirliyi ən çox maliyyə vəsaiti ayrılan sahələrdən biridir. Bəlkə, burda pul məsələsi olub. Bütün bunları araşdırmaq üçün xüsusi maraq göstərilmir. Beləliklə, bir sıra şübhələr yaranır. Ona görə Baş və ya Hərbi prokurorluq istintaq işlərini davam etdirməli, ictimaiyyəti də məlumatlandırmalıdır. Dolğun informasiya olmadıqca şübhələr qalacaqdır”.

Tanınmış politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu isə 2017-ci ildə bu məsələdən yazdığını və yazının effekt doğurduğunu deyib:

Bir sıra kütləvi informasiya vasitələrində məqaləmə kölgə salmaq üçün ortaya uydurma versiya atdılar. Guya kimsə R.Rzayevin qətlini boynuna alıb və hadisə hansısa məişət zəminində baş verib. Təbii ki, bu şayiə sonra öz təsdiqini tapmadı. Azərbaycanın müstəqillik dövründə R.Rzayevin ölümü ən müəammalı qətllərdən biridir. Kənardan düşünürsən ki, ölkənin Hərbi Hava Qüvvələrinin komandanı, Müdafiə Nazirinin müavini, general-leytenant qətlə yetirilir. Araşdırmalarım göstərdi ki, R.Rzayevin qətli Azərbaycanın müdafiə sahəsində xarici siyasət vektorunun dəyişməsi ilə bağlı idi. Yəni Azərbaycan bir müddət Rusiyadan uzaqlaşaraq İsraillə hərbi əməkdaşlıq qurmağa başladı. Rusiya ilə iş birliyinin miqyası xeyli məhdudlaşdı. Çünki Rusiya Azərbaycana çatdırılan silahların qarşılığını bir müttəfiqi, Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü kimi Ermənistana pay verirdi. Əlbəttə bu, Azərbaycanı qane edə bilməzdi. Azərbaycan daha müasir silahlar almaq üçün İsraillə iş birliyinə getdi. Biz də həm Türkiyə, həm də İsraillə əməkdaşlığın müsbət nəticələrini 2020-ci ildə gördük. Rusiya bunun qarşısını almaq üçün Azərbaycandakı şəbəkəsi, dövlət və hakimiyyət orqanlarındakı adamları vasitəsilə Rail Rzayevi qətlə yetirdi. Onun öldürülməsi Azərbaycan müdafiə və təhlükəsizlik siyasətinin dəyişməsinə Rusiyanın reaksiyası idi. Bu məsələ siyasidir, Rusiyada qıcıq, sərt reaksiya yarada bilər. Eyni zamanda qətlin araşdırılmaması, qatilin üzə çıxarılmaması belə cinayətlərin davamına gətirib çıxarır. İndi də Azərbaycan ordusuna qarşı cinayətləri, saxta ittihamları görürük. Bunlar bir zəncirdir, R.Rzayevin qətli də bura daxildir. Məqsəd isə Azərbaycanın müdafiəsini zəiflətmək, Rusiyadan asılı vəziyyətdə,onun təsir dairəsində saxlamaqdır. Ölkəmizin başqa potensial tərəfdaşları ilə əməkdaşlığına imkan verməməkdir. Düşünürəm ki, bu qətl hələ açılmayacaq. Azərbycanda birmənalı şəkildə anti-Rusiya siyasəti yürüdülsə, ortaya çıxar. İradə və qətiyyət tələb edir, indi isə çətin məsələdir. Azərbaycanda R.Rzayevin ölümündən sonra xarici əməkdaşlıq vektorunun Rusiyanın xeyrinə dəyişməsi qətlin səbəbinin dediyim kimi olduğunu sübut etdi”./sherg.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan müdafiə nazirinin yeni müavini təyin olunub

    Azərbaycan müdafiə nazirinin yeni müavini təyin ...

    24-10-2013, 21:25

  • 
  • Generalın qətli müəmmalı olaraq qalır

    Generalın qətli müəmmalı olaraq qalır ...

    1-10-2013, 11:45

  • 
  • Əvvəlcə Rail Rzayevlə qohumluğunu dandı, indi də özünü…

    Əvvəlcə Rail Rzayevlə qohumluğunu dandı, indi də ...

    8-02-2016, 15:48

  • 
  • Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir

    Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ...

    29-11-2017, 12:45

  • 
  • “Qarabağdakı müharibə göstərdi ki, hava hücumundan müdafiə sistemləri güclü olmalıdır” – Amerikalı general

    “Qarabağdakı müharibə göstərdi ki, hava ...

    12-10-2020, 11:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu