Müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin qətlindən yeddi il sonra qızı Rahilə Rzayeva açılmamış qətllə bağlı sükutu pozub.
İstintaqla bağlı sensasion faktlar açıqlayan Rahilə Rzayeva keçmiş Respublika Hərbi Komissarı Əliağa Hüseynovun Rail Rzayevlə qohumluğunu danmasından da danışıb: “Rail Rzayev öləndən sonra Əliağa Hüseynov müsahibə verərək onunla qohum yox, dost olduğunu deyir. Halbuki qətldən əvvəl hər yerdə deyirdi ki, Rail Rzayev mənim qudamdır. Rail Rzayevin birinci ailəsindən olan qızlarından biri onun qardaşının oğlunda ərdədir. Əliağa Hüseynov düz etmir. Vaxtilə sinəsinə vururdu ki, qudamdır. Ziya Məmmədovla qohum olandan sonra, Rail Rzayev qətlə yetiriləndən sonra qudalıq yaddan çıxdı”.
Moderator.az keçmiş Respublika Hərbi Komissarı Əliağa Hüseynovla əlaqə saxlayaraq Rahilə Rzayevanın dediklərinə aydınlıq gətirməyə çalışıb. Təəssüf ki, Əliağa Ağayev indi də öz nömrəsini danıb. Telefonunu açaraq müxtəlif səslərlə “Səhv düşmüsünüz” cavabını verib.
Sorğu
Yeni dizaynımız necədir?