Zakir Qaralov: “Rail Rzayevin qətlinin üstünün açılması istiqamətində heç bir yenilik yoxdur” Azərbaycan müdafiə nazirinin keçmiş müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin qətlinin üstünün açılması istiqamətində heç bir yenilik yoxdur.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, vaxtından asılı olmayaraq törədilən istənilən adam öldürmə faktı ilə bağlı cinayət işi açılır və istintaq aparılır: “Qəsdən adamöldürmə bağlı qalan bütün cinayət işləri bizim nəzarətimizdədir”.
Qeyd edək ki, Rail Rzayev 2009-cu il fevralın 11-də, saat 07.30 radələrində Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədəki evindən 300-400 metr aralıda, İsmayıl bəy Qutqaşınlı küçəsindəki 172 saylı orta məktəbin yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?