GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ramiz Mehdiyev Elton Məmmədovu kimlərə elçi salıb? - GİZLİ PLAN

Ramiz Mehdiyev Elton Məmmədovu kimlərə elçi salıb? - GİZLİ PLAN

Tarix: 19-02-2021, 19:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 629
Ramiz Mehdiyev Elton Məmmədovu kimlərə elçi salıb? - GİZLİ PLAN


"Boz kardinal" kimi ad çıxarmış Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev keçmişdə olduğu kimi indi də AMEA prezidenti postunda ölkənin siyasi gündəmini müəyyənləşdirməyə cəhdlər edir. Belə ki, elm məbədində "islahat” adı altında etdiyi yerdəyişmələrlə medianın diqqətini özünə çəkən Mehdiyev hələ də ölkə siyasətində önəmli rola sahib olduğunu sübut etməyə çalışır.

Gundemxeber.Az qaynarinfo-ya istinadla bildirir ki, "Beşinci kalon”un rəhbəri kimi tanınan və ölkədəki məlum eybəcər siyasi düzənin müəllifi olan Mehdiyev hakimiyyətdən uzaqlaşdırılmış məmur oliqarxları da ətrafına cəmləşdirir. Bu xüsusda əsas diqqət sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədova yönəlir. Çünki hakimiyyətdə olduqları zaman Mehdiyevlə Məmmədovlar klanı arasında ziddiyyətlərin olması ilə bağlı geniş əksəriyyətdə ustalıqla yanlış təəssürat yaradılmışdı. Halbuki Mehdiyevin hazırda Elton Məmmədov timsalında sərgilədiyi münasibət bunun tam əksini ortaya qoyur. Sən demə nəinki ölkənin siyasi düzəni, eləcədə 10 milyard manatdan çox büdcə vəsaitinin ayrıldığı nəqliyyat infrastrukturunun bərbad hala salınmasında da Mehdiyevin rolu olub. Həmçinin, bu sahədə baş verən cinayətlərin zamanında ifşa olunmamasının əsas günahkarının Ramiz Mehdiyev olduğu da indi kimsədə şübhə doğurmur.

Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən təxminən 1 ay sonra, konkret 27 noyabr 2019-cu ildə Elton Məmmədovu AMEA Yüksək Texnologiyalar Parkının direktoru təyin etdi. Bununla kifayətlənməyən Mehdiyev daha sonra elmi dairələrdə alimliyi şübhəli sayılan Elton Məmmədovu AMEA Rəyasət Heyəti aparatının işlər idarəsinin müdiri təyin etdi. Hazırda akademiyadan məqsədli və ya məqsədsiz sızdırılan informasiyalarda Elton Məmmədov AMEA-da Ramiz Mehdiyevin "sağ əli”, "qara kassası” kimi xarakterizə olunur.

Mehdiyevin Elton Məmmədova AMEA-da vəzifə verməsi həm də Məmmədovlar klanının Rusiyaya bağlı olduğunu da əyani nümayiş etdirir. Bu baxımdan Məmmədovlar klanının Kremlin dəstəklədiyi ABŞ-ın sabiq və qalmaqallı prezidenti Trampın seçki kampaniyasına maliyyə dəstəyi verməsini də təsadüf saymaq olmaz. Daim Kremlin Cənubi Qafqazda maraqlarını qorumağa və bunun əksinə baş verən proseslərə müqavimət göstərməyə çalışan Mehdiyevin yanında duran Elton Məmmədovun hərəkətləri də bunu göstərir. Həmçinin sabiq deputata məxsus şirkətlərin Rusiyanın postsovet məkanını nəzarətdə saxlamaq üçün yaratdığı separatçı bölgələrdə fəaliyyət göstərməsi ilə bağlı mediada yayılan məlumatlara sıradan bir xəbər kimi baxmaq olmur.

Elton Məmmədov həm də siyasi iddialarını həyata keçirmək üçün AMEA prezidentinə lazımlı fiqur hesab edilir.

Ramiz Mehdiyev hələ Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə siyasi proseslərin yönəticisi kimi tanınıb. İndi elm ocağının rəhbəri olmasına baxmayaraq, daha çox siyasətlə məşğul olur. Bu barədə hakimiyyətə yaxın ictimai-siyasi fiqurlar da açıq şəkildə danışırlar. Hətta Ramiz Mehdiyevin adı ehtimal edilən "dövlət çevrilişi”ndə də hallandırılır. Elton Məmmədovun isə bu gizli planda əlaqələndirici rol aldığı iddia edilir. Onun əsasən sabiq məmurlarla görüşlər keçirdiyi, onları Ramiz Mehdiyevin ətrafına toplamağa cəhd etdiyi bildirilir. Təsadüfi deyil ki, Milli Məclisin eks-spikeri Rəsul Quliyev bu günlərdə ölkədə xaos yaratmaq istəyən qüvvələrdən bəhs edib. Eks-spikerin sözlərinə görə, sabiq məmurlar həbs olunacaqlarından ehtiyat edərək ölkədə xaos yaratmaq və hakimiyyəti devirmək niyyətindədirlər. Rəsul Quliyev iddia edir ki, onlar artıq özlərinə lider də seçiblər.

Həbs təhlükəsi ilə üzləşən məmurlardan biri də Məmmədovlardır. Keçmiş nazir Səlim Müslümovun həbsindən sonra Ziya Məmmədovun da istintaqa cəlb edildiyi barədə məlumatlar yayıldı. Bu xəbər tirajlanan kimi Ziya Məmmədov Ucarda fermer təsərrüfatı ilə məşğul olması barədə ictimayyətin də inanmadığı açıqlama ilə çıxış etdi. Ziya Məmmədovun açıqlamasında açıq-aydın sezilirdi ki, o, həbs olunacağından ehtiyat edir və özünü bu sayaq qorumağa çalışır.

Bu arada yada salaq ki, bir müddət əvvəl Ziya Məmmədovla Ramiz Mehdiyevin karantini birgə keçirdiyi barədə məlumat yayılmışdı. Keçmi nazir və AMEA prezidenti bu xəbəri sükutla qarşılasa da, Elton Məmmədovun cavabı dolaşıq olmuşdu. "Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var? Kimsə təqaüdə çıxıb haradasa istirahət edirsə, bu, mətbuatı nə üçün maraqlandırmalıdır? Bu, insanların şəxsi həyatıdır”, - deyə o bildirmişdi.

Hər halda deputatlar başda olmaqla iqtidara yaxın ictimai-siyasi fiqurların AMEA prezidentini tənqid atəşinə tutduğu, hətta onu çevrilişə cəhddə ittiham etdiyi bir vaxtda Məmmədovların nümayişkəranə şəkildə Mehdiyevin yanında olması hansısa mübhəm planların olmasından xəbər verir.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyev AMEA-ya prezident gətilir?

    Ramiz Mehdiyev AMEA-ya prezident gətilir? ...

    13-02-2013, 10:49

  • 
  • Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı: - “Hamısı qaraniyyətli adamlardır”

    Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə ...

    11-08-2020, 15:53

  • 
  • Ramiz Mehdiyev villasını satışa çıxardı – 2.5 milyona...

    Ramiz Mehdiyev villasını satışa çıxardı – 2.5 ...

    31-08-2020, 11:36

  • 
  • Novruz Məmmədovdan “Ramiz Mehdiyev olayı”na REAKSİYA - "...danışmaq istəmirəm"

    Novruz Məmmədovdan “Ramiz Mehdiyev olayı”na ...

    4-09-2020, 14:33

  • 
  • Ramiz Mehdiyev Elşad Abdullayevi kimin xahişi ilə qəbul edib?

    Ramiz Mehdiyev Elşad Abdullayevi kimin xahişi ilə ...

    13-12-2012, 11:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu