Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin bu dəfə ki, təqdimatında keçmiş spiker Oqtay Əsədovun Qubada, Qəçrəş yolunun üstündəki daha bir villasından bəhs edir. Jurnalist bildirir ki, "Peykdən dəbdəbəli görünməsə də bura Oqtay Əsədovun istirahət üçün sevdiyi məkandır.
Düzdür, Şüvəlan, Novxanı və Sulutəpədəki villalarından fərqli olaraq, Qubadakı mülkün hovuzu, tennis kortu yoxdur, amma unikal panoraması, qarşısında 1 hektar özəl meşəliyi, meşənin içi ilə Qudyal çayına birbaşa çıxışı var. Oqtay Əsədov bu villanı vaxtilə Qubanın su təchizatı üçün ayrılmış puldan çırpışdırıb tikib. Elə bu gün də Qubadakı 5 hektardan artıq alma bağlarını da suvarmaq üçün sudan oğurlayır, yəni pulsuz istifadə edir.
Məclis-i Məbusanın və "Azərsu"yun keçmiş rəhbərinin pulsuz suvarılan daha bir böyük bağı Maştağa - Buzovna yolunun üstündədir.
(https://www.google.com/maps/place/Buzovna,+Azerbaijan/@40.5251283,50.0816671,169m/data=!3m1!1e3!4m5!3m4!1s0x4030f58bd9bc65ab:0xff22cc1a3472d6cf!8m2!3d40.5152444!4d50.0969652) Bura 4 hektarlıq badam bağıdır. Vaxtilə badam sovxozu olub, qanunsuz ələ keçirib. Orda parnik də saldırıbmış, parnik tikən ustaları MTN-lə hədələyərək pullarını verməkdən belə imtina edib."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?