Bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub.
İddia olunur ki, illərdir başçı vəzifəsini daşıyan Alı Alıyevin Moskvada böyük biznesi var. İcra başçısının Moskvadakı həmin böyük biznesinə qızıının rəhbərlik ediyi deyilir. GundemXeber güninfo-ya istinadən bildirir ki, rayon rəhbərinin Rusiyanın paytaxtında, iri şirkətlərə və otellərə, bir neçə bahalı mülklərə sahib olması, həmçinin yaxın adamlarının adına ofşar hesablar açaraq büdcə talanından əldə edilən milyonların bununla yuyulması da yayılan məlumatlarda bildirilib.
Bundan başqa, Alı Alıyevin özünə məxsus 4000 baş xırda buynuzlu, 1000 baş iribuynuzlu heyvan təssərrüfatı mövcuddur. Rayon rəhbəri Horadiz qəsəbəsi yaxınlığındakı Bulğa Dərəsi deyilən ərazini məhz bu səbəbdən qəpik- quruşa icarəyə verdiyi deyilir. Bununla yanaşı icra başçısının rayonda kiçik şirkətləri, restoranları, qapı-pəncərə sexləri, çox sayda MMC-ləri, dəyirmanları, ucsuz-bucaqsız əkin sahələri, barama təssərrüfatı, hətda çörək sexləri belə Alıyevlər ailəsinə məxsus olduğu iddia edilir. Vurğulanıb ki, icra başçısının böyük sərvəti olduğu üçün təhlükəsizlik amaclı tədbirlər də həyata keçirməyə nail olub. Ölkədə aparılan islahatlar və korrupsiya ilə aparılan ciddi mübarizə səbəbindən sərvətini əvvəlcədən Rusiyaya daşıyan Aliyev, de-fakto qızını biznes şəbəkəsinə rəhbər gətirməsi də yayılan xəbərlər arasında yer alıb.
GundemXeber.Az olaraq, iddia edilən məlumatlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?