GundemXeber.Az haqq.az-a istinadla xəbər verir ki,bir qrup Ələt qəsəbəsi sakinləri saytın redaksiyasına müraciət edərək sözügedən problemi saytımız vasitəsilə ölkə rəhbərliyinə çatdırılmasını istəyiblər.
Məsələ ilə bağlı sakinlər bir neçə dəfə adiyyatı qurumlara müraciət etmələrinə baxmayaraq,amma hələdə müsbət bir cavab ala bilmirlər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu gün Ələt qəsəbə sakinlərini telefon xətti ilə təmin edə bilməməsi, övladlarımıza onlayn dərslər keçirildiyi vaxtda, gələcək nəslimizin savadsızlığına gətirib çıxaracaqdır. XXl- ci əsrdə abonenti telefon xətti ilə təmin edə bilməmək bizim yüksək texnologiyalar nazirliyimizin fəaliyyətinin hansı səviyyədə olmasından xəbər verir!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?