Göyçay rayon, Yenikənd və Potu kəndlərində internet yoxdur. Sakinlərin bir hissəsi dəfələrlə kəndin internetlə təmin olunması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etsələr də, şikayətlərinə baxılmayıb.
Gundemxeber.Az DİA.AZ-a istinadla xəbər verir ki, kənd sakinləri bu məsələ ilə bağlı bir neçə dəfə sosial çarx hazırlayaraq, ölkə ictimaiyyətinin diqqətinə çatdırıb, Heydər Əliyev fonduna, Göyçay RİH ə müraciət ediblər, ancaq həmişə “nəzərdə tutulub…”, cavabı alıblar.
Təəssüf ki, internet olmadıqda, kəndlərdə yaşayan şagirdlərin onlayn dərslərdə iştirakı mümkün olmur, imtahan verə bilmirlər. Bu problemin tezliklə həll olunması mütləq vacibdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?