Ucar rayonu, Yuxarı Şilyan kənd sakini, Vətən müharibəsi iştirakçısı Əhmədov Rafiq Behbud oğlunun redaksiyamıza ünvanladığı şikayət ərizəsi əsasında, bu gün GundemXeber.Az saytında “YP əməkdaşından Qarabağ qazisinə hörmətsizlik - RÜŞVƏT İDDİASI” başlıqlı yazı yayımlamışdıq.
Yazıda sadalanan faktlarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev redaksiyamızla əlaqə saxlayıb, qeyd olunanlara münasibətini ifadə edərək bildirdi ki, “Ucar rayonu, Yuxarı Şilyan kənd sakini Əhmədov Rafiq Behbud oğlunun şikayəti əsassızdır. DYP əməkdaşları tərəfindən ona və atasına qarşı qanunazidd hərəkətlərə yol verilməmişdir. Vətəndaşın müraciətində qeyd etdikləri, heç də həqiqəti əks etdirmir. Çünki, adı çəkilən şəxsin mülkiyyətində olan “MİTSUBİSHİ L-200” markalı, 99-XU-876 dövlət qeyydiyyat nişanlı avtomobillə bağlı 15 sentyabr 2020-ci il tarixdə Yevlax Regional Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində qeydiyyat hərəkətləri aparılarkən, nəqliyyat vasitəsinə növbəti texniki baxışın keçiriləcəyi günün 21.10.2020-ci il tarixinə nəzərdə tutulması və həmin gündən sonra 20 gün ərzində avtomobilin texniki baxışdan keçirilməməsinin inzibati məsuliyyətə səbəb olmaması baxımından avtomobili texniki baxışdan keçirilməmişdir. Eyni zamanda vətəndaş Rafiq Əhmədov həmin vaxt yalnız avtomobilin öz adına qeydiyyata alınması üçün qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumlarını ödəmişdir. 28 dekabr 2020-ci il tarixdə isə, həmin nəqliyyat vasitəsi atası Behbud Əhmədov tərəfindən idarə edilərkən, Ucar rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşı Fəqan Məmmədov tərəfindən saxlanılmış, avtomobilin qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə olunması faktı üzrə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və artıq həmin cərimə ödənilmişdir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?