GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ramiz Zeynalovun DYP əməkdaşının biznes şəbəkəsindən xəbəri varmı?

Ramiz Zeynalovun DYP əməkdaşının biznes şəbəkəsindən xəbəri varmı?

Tarix: 11-03-2021, 16:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 594
Ramiz Zeynalovun DYP əməkdaşının biznes şəbəkəsindən xəbəri varmı?


Bir neçə gün əvvəl redaksiyamız Oğuz rayonun Bucaq kənd sakini Cabbarzadə Mikayıl Hikmət oğlu tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazova ünvanlanmış müraciətini olduğu kimi oxuculara təqdim eymişdi.

Xatırladaq ki, şikayətdə əsas məsələ kimi M.H.Cabbarzadə qeyd edirdi ki, yenicə kreditlə alıb rayona gətirdiyi “İnfiniti Fx35” markalı, 99 DJ 447 dövlət nömrə nişanlı avtomobilini həmişə olduğu kimi, qayda pozmasa da belə yolda Oğuz rayonun DYP işçiləri saxlamış və adət üzrə polis çavuşu Cavadov Rəşad Abbas oğluna 5 manat pul verdikdən sonra evinə gəlmişdir. Lakin az keçməmiş polis çavuşu xidməti avtomobili ilə onun evinə gəlmiş və 5 manatın az olduğunu bildirmiş, avtomobilin içinə zorakılıqla soxularaq avtomobilin texniki pasportunu sürücünün əlindən alaraq aparmış və bildirmişdir ki, bu rəisin tapşırığıdır. Gəlib şöbəyə bizi görməsən avtomobili idarə edə bilməzssən!”. Əslən Qəbələ rayonundan olan yol polisinin bu qanunsuz hərəkətindən M.Cabbarzadə şikayət yazmağa məcbur olmuşdur. M.Cabbarzadənin məlumatına görə saytlarda şikayəti dərc etdikdən sonra 6 mart, səhər saatlarında Oğuz rayon Polis Şöbəsinin DYP rəisi, polis kapitanı Tahiq Qarayev, Polis Şöbəsinin rəis müavinləri və digər DYP əməkdaşları yaşadığım Bucaq kəndindəki evimizə gələrək and aman etməyə başlamışlar ki, bəs dünən, hadisə baş verən gün mən Tahir Qarayev rayonda olmamışam, çavuş Rəşad özbaşına mənim adımdan istifadə edərək polis işçisinə yaraşmayan formada sizə qarşı kobudluq etmiş, pul istəmiş və heç bir səbəb olmadan avtomobilin sənədini götürüb şöbəyə gətirmişdir. Əvvəlcə onlar rəisin dediklərinə inanmasalar da, Tahir müəllim yanımızdaca Rəşada zəng edərək ən ağır sözlərlə işçisinə yaraşan ifadələr işlətmiş, dişinin dibindən çıxan və Rəşadın şəxsiyyətinə uyğun gələn bütün sözləri demişdir. Sonda T.Qarayaev xahiş etmişdir ki, həqiqətən o rayonda olmayıbmış və telefonları da işləməyibmiş. Onun bu özbaşnalıqda heç bir günahı olmadığı üçün onun adının yazılan məqalədən çıxarasını xahiş etmişdir. Evimin qapısının ağzında 1 saat xahiş-minnətdən sonra söz verdik ki, işçiniz bir də belə özbaşnalıq etməsin, onun polis işçisinə yaraşmayan davranışları və özbaşnalıqları barədə tədbir görün. Razılaşdıq. Sənədimi də qaytarmağa söz verdilər. Amma aradan 4 gün vaxt keçməsinə baxmayaraq sənəd gəlib çıxmayıb.

Oğuz rayonunda çoxsaylı oxucularımızın marağına səbəb olan bu hadisədən sonra bizə Oğuz DYP əməkdaşı olan Rəşad Cavadov haqqında maraqlı məlumatlar verilməyə başladı. Əslən Qəbələ rayonundan olan Rəşad DYP sistemində işlədiyi bir neçə ildə özünə Oğuzda yaşayış evi tikdirmiş, 25000 manata yeni avtoyuma məntəqəsi almış, son 3 ildə isə Qəbələdə 70000 manata aldığı böyük taxta-kötük sexində də intensiv biznes işləri görməklə məşğuldur. Belə ki, Oğuz və Qəbələ meşələrində öz sexi üçün sifarişlə kəsdirdiyi palıd, fıstıq ağaclarının daşınmasına kimsənin mane olmaması üçün öz xidməti avtomobili ilə müşayət edərək qiymətli ağac materiallarıilə yüklənmiş URAL markalı avtomobili Qəbələdəki taxta sexinə sürdürür və burada emal etdirərək yarımfabrikant halında Bakı şəhərindəki parket sexlərinə göndərir. Məlumatlara görə o, bu biznesdən külli-miqdarda qanunsuz gəlir əldə edir. Doğrudur, onun sahib olduğu taxta sexi işlətdiyi enerji sərfiyyatına görə ayda ən azı 300-400 manat elektrik pulu versə də vergidən yayınır. Yəni bu adamın qanunsuz biznesinin dövlətə heç bir faydası yoxdur. Məlumata görə Rəşad həm də çox bacarıqlı biznesmendir. Digər məlumata əsasən Rəşadın taxta sexinin gecə gündüz işləməsi üçün onun materalla təmin edilməsini ETSN səlahiyyətlisi olan Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Alim Əlizadə ilə gizli sövdələşməsi nəticəsində baş tutur. Doğrudur, son məlumata görə cənab Əlizadə meşələrdə Rəşad kimilər üçün qanunsuz kəsintiləri təşkil etdiyinə görə başlanmış yoxlamaları yola salmaq üçün müdir postuna keçdiyi 9 ay ərzində və yenicə aldığı, dəyəri 90000 manat olan, 99-211 dövlət nömrə nişanlı TAYOTA “Rang Rover” markalı ağ rəngli avtomobilini və dəyəri 120 000 manat olan, 2 qapılı son model “Pajero” markalı avtomobilini satışa çıxarmış, özü isə xidməti avtomobildən istifadə etmək zorunda qalmışdır. Ona görə də o, Rəşada və digər işbazlara məsləhət bilmişdir ki, hələlik taxta sexlərinin fəaliyyətinə bir az ara versinlər. Rəşad isə həm xidməti işində, həm də biznes fəaliyyətində demək olar ki, gecələr belə yatmır və daima hərəkətdədir. Son məlumata görə Rəşad DİN-nin BDYP-də işləyən maklerlərin köməkliyilə 1-2 aydan sonra iş yerini dəyişərək Xırdalan dairəsi yaxınlığındakı BDYPİ-nin “Ekologiya” postunda mühüm vəzifəyə təyinat alacaqdır. O bu vəzifəyə gəlmək üçün müəyyən vəsaitindən də keçib. Onu yaxından tanıyanlar isə bildirilər ki, Rəşadın dədəsi elə də imkanlı adam olmayıb. Amma bu polis çavuşunun yerli sakinlərin gözləri qarşısında dövlətdən aldığı 600 manat əməkhaqqı ilə sürətlə varlanmasının və mülklərə sahiblənməsinin sirrini kimsə hələlik bilmir. Lakin verilən məlumatdan aydın olur ki, “polis çavuşu Rəşad törətdiyi ciddi qanunpozuntusuna görə heç də narahat olmadığını bildirmiş və qeyd etmişdir ki, “bu günə qədər qayda pozan hansı DYP işçisini vəzifəsindən azad ediblər ki, məni də azad etsinlər. Mən kiməm ki?, sadəcə əmr yerinə yetirirəm. Vəssəlam.” demişdir.

Bugünki məlumata görə DYP əməkdaşı Rəşad Cavadov iki ayağını bir başmağa dirəyib deyir ki, “mən zorakılıqla aldığım texpasportu qaytaran deyiləm.”
Məlumatlı mənbə onu da bildirdi ki, Rəşad dədəsindən belə keçən adam deyil. Belə ki, o hətta rayon rəhbərliyinə yaxın olan bir sürücünü Kərimli kəndi yaxınlığında saxlamış, lakin ona yuxarıdan olan zənglərə əhəmiyyət vermədən sürücünü “cəzalandırmışdır”. Digər oxucumuz isə bildirir ki, Rəşad hər dəfə gəlib qonşuluqda olan ət dükanından 5 kq ət alıb aparsa da pulunu vermir. Qəssabın dəftərinə nisyə yazdırır. Budur, onun borcu 95 manat olsa da guya pulu yoxmuş kimi yediyi ətin pulunu vermək fikrində deyildir. Yəni adam belə milyoner olub. İnanırıq ki, pandemiyanın indiki dövründə dolanacaq vəziyyətləri onsuz da pisləşmiş və əsəbləri tarıma çəkilmiş Oğuz camaatının heysiyyatıilə oynamağa Rəşad kimilərinin özbaşnalıqlarına nəhayət son qoyulacaqdır.

Məlumatlardan da göründüyu kimi adi bir DYP işçisi Oğuz-Qəbələdə özünə geniş bir biznes şəbəkəsi yaradıb.Bunu sözügedən rayonda kiçik məvaciblə hamı yarada bilərmi? Biz hələ o qədər də böyük vəzifəsi olmayan bir DYP işçisinin Bakıda işə düzəlmək üçün çəkdiyi xərci açıqlamırıq. Maraqlıdır hansı maaşla və yaxud hansı gəlirlə.Bunlardan Baş Dövlət Yol Polisi İdarəsinin rəisi,general-mayor Ramiz Zeynalovun xəbəri varmı?/Aktualinfo.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DYP postunda polis çavuşu general Ramiz Zeynalova vaxt qoydu...

    DYP postunda polis çavuşu general Ramiz Zeynalova ...

    26-05-2015, 14:12

  • 
  • Deputatlar arasında ən ucuz avtomobilin qiyməti 80 min manatdır

    Deputatlar arasında ən ucuz avtomobilin qiyməti ...

    13-05-2014, 10:07

  • 
  • OĞUZDA YOL POLİSİ RƏİSİNİN "KOLXOZ BAZARI"-YENİLƏNİR...

    OĞUZDA YOL POLİSİ RƏİSİNİN "KOLXOZ ...

    17-01-2021, 22:43

  • 
  • Bakıda rəisin oğlu "Porsche" ilə piyadanın üstündən keçdi - DETALLAR

    Bakıda rəisin oğlu "Porsche" ilə ...

    19-07-2017, 13:04

  • 
  • Mülki şəxsin sürdüyü DYP avtomobilini vurdular - Bakıda

    Mülki şəxsin sürdüyü DYP avtomobilini vurdular - ...

    18-07-2016, 22:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu