GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “İcra başçısının müavini zəng etdi ki, obyekt sökülməlidir” - Video

“İcra başçısının müavini zəng etdi ki, obyekt sökülməlidir” - Video

Tarix: 16-03-2021, 10:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 562
“İcra başçısının müavini zəng etdi ki, obyekt sökülməlidir” - Video


Bakı-Ələt-Astara yolunun üzərində yerləşən yanacaqdoldurma məntəqələrinin və restoranların sökülməsi ilə bağlı məsələ ölkə ictimaiyyəti tərəfindən müzakirə olunur.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsitərəfindən aparılan araşdırma zamanı obyektlərə dair sənədlərin qanunsuz olduğu ortaya çıxıb və SOCAR yanacaqdoldurma məntəqəsinin, “Lukoil”a məxsus 3 yanacaqdoldurma məntəqəsinin və iki ədəd “Hacıoğlu” restoranı, “Cız-Bız”, “Ulduz”, “Masallı-2”, “Masallı-3”, “İpək yolu” kafelərinin fəaliyyəti bu qurum tərəfindən dayandırılıb və sökülməsi gözlənilir.

“İcra başçısının müavini zəng etdi ki, obyekt sökülməlidir” - Video


“Qafqazinfo”nun əməkdaşları Salyan rayonuna gedərək kafe sahibləri ilə söhbətləşib.

“Masallı” kafesinin sahibi İsrafil Abdullayev saytımıza bildirib ki, obyektinə aid bütün sənədlər qaydasındadır: “Kafe 1994-cü ildən fəaliyyət göstərir. Bir neçə il əvvəl yeni yol istifadəyə veriləndən sonra bir müddət işləmədik. 2020-ci ildə “Azəravtoyol”a müraciət etdik və texniki şərt verildikdən sonra magistral yoldan kafeyə köməkçi yol ayrıldı. Bütün bunlar normativlərə, qanunlara uyğun həyata keçirilib. Obyektin də daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı var. Bütün sənədlər qaydasındadır, hər şey qanun çərçivəsində aparılıb.

“İcra başçısının müavini zəng etdi ki, obyekt sökülməlidir” - Video


Təxminən bir ay əvvəl Salyan rayon İcra Hakimiyyətinin birinci müavini Etibar Hüseynov zəng edib dedi ki, əsas yola bitişik yol bağlanmalıdır, obyekt də sökülməlidir. Mən də etirazımı bildirdim ki, mənim “kupça”m var, “Azəravtoyol”un verdiyi texniki şərtim var. İki gün əvvəl də gəlib yolu qazdılar, magistraldan ayırdılar. Hələ ki, söküntü ilə bağlı bir söz deyilməyib.



Bir ay əvvəl Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən gəlib sənədlərimizi istədilər, hər bir sənədi təqdim etdim, araşdırdılar. Sonra dedilər hər şey qaydasındadır, yaxşı yol, işinizdə olun. Mən pandemiya zamanı əlavə təmir işləri gördüm, yolun çəkilməsinə xərcim çıxdı. Biz də pandemiyadan sonrakı dövrə hazırlaşırdıq. Amma indi heç kim demir ki, buna görə kompensasiya veriləcək, ya yox. Kimsə çıxıb desin ki, gedin sakit oturun, biz də işimizi bilək. Ümumiyyətlə, biz bilmirik ki, bu qərarı hansı təşkilat verib. Bunu bilsək, gedib dərdimizi də onlara deyərdik”.

“İcra başçısının müavini zəng etdi ki, obyekt sökülməlidir” - Video


SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən yanacaqdoldurma məntəqəsi müqavilə ilə SOCAR brendindən istifadə etməklə fəaliyyət göstərib: “Bu yanacaqdoldurma məntəqəsi franşiza əsasında, yəni SOCAR-ın brendindən istifadə barədə müqaviləyə əsasən fəaliyyət göstərib. Belə ki, məntəqənin özü SOCAR-a məxsus olmayıb. Franşiza sazişində qarşı tərəf olan sahibkar həmin müqavilənin dayandırılması ilə bağlı bildiriş verib”.

“İcra başçısının müavini zəng etdi ki, obyekt sökülməlidir” - Video


“Ulduz”kafesinin administratoru Həsrət Salayev də saytımıza deyib ki, onlara da fəaliyyətlərini dayandırmaq və obyekti sökmək barədə göstəriş verilib: “Bir neçə gündür söküntüyə başlamışıq, indi hava şəraitinə görə fasilə vermişik”. H.Salayev bu barədə ətraflı danışmaq istəməyib.

“İcra başçısının müavini zəng etdi ki, obyekt sökülməlidir” - Video


Salyan rayon İcra Hakimiyyətinin rəsmiləri isə obyektlərin sökülməsinin səbəbi barədə açıqlama verməkdən imtina ediblər.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sökülən məşhur restoranlar keçmiş deputatın imiş - İLGİNC FAKT

    Sökülən məşhur restoranlar keçmiş deputatın imiş ...

    11-03-2021, 20:04

  • 
  • Bərdədə yanacaqdoldurma məntəqəsində partlayış baş verib

    Bərdədə yanacaqdoldurma məntəqəsində partlayış ...

    17-11-2013, 10:27

  • 
  • ARDNŞ avtomatik “mini-zapravka”lar yaradır

    ARDNŞ avtomatik “mini-zapravka”lar yaradır ...

    11-01-2014, 11:59

  • 
  • “SOCAR” brendi ilə növbəti yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

    “SOCAR” brendi ilə növbəti yanacaqdoldurma ...

    26-11-2019, 14:07

  • 
  • Ələt-Astara–İran yolu 38 km qısaldıldı - Foto

    Ələt-Astara–İran yolu 38 km qısaldıldı - Foto ...

    7-07-2017, 10:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu