GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ABŞ dövlətinə 7.4 milyon dollar "atan" Kələntərovlar kimdir? - FOTOLAR

ABŞ dövlətinə 7.4 milyon dollar "atan" Kələntərovlar kimdir? - FOTOLAR

Tarix: 24-03-2021, 14:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 348
ABŞ dövlətinə 7.4 milyon dollar "atan" Kələntərovlar kimdir? - FOTOLAR


Xəbər verdiyimiz kimi, ABŞ-ın Ohayo ştatında yaşayan Kələntərovlar ailəsi pandemiya dövründə dəstək kreditləri vasitəsilə onlarla saxta əkinçilik müəssisələri yaratmaqda və bunun üçün dövlətdən 7,4 milyon dollar kredit almaqda ittiham olunub.
Bəs birdən-birə gündəmə gələn Kələntərovlar kimlərdir?

Gundemxeber.az qafqazinfo-ya istinadla ailənin Amerika hekayəsini təqdim edir:
Kələntərovlar ailədə üç qardaşdırlar: Aydın, Zaur və Əli Kələntərlilər.
Aydın Kələntərov ABŞ-a tələbə olaraq 2010-cu ildə yollanıb. Zaur və Əlinin Amerika macərası isə "Green card"la bağlıdır. Ailə üç dəfə çoxlarının xəyalı olan "Green card"ı udub. 2012, 2013 və 2014-cü illərdə. Birinci il nəticələr ləğv olunub, ikinci il sıxlıq səbəbindən onların xəyalları gerçəkləşməyib, üçüncü il isə nəhayət, onların Amerika hekayəsi başlayıb.

ABŞ dövlətinə 7.4 milyon dollar "atan" Kələntərovlar kimdir? - FOTOLAR


Qardaşların ABŞ-a getmək həvəsi birdən-birə yaranmayıb. Onların atası Bakıdakı ilk özəl nəşriyyat şirkətlərindən birinin sahibi olub. Ancaq ailə biznesinin yerləşdiyi ərazi 2011-2012-ci illərdə Bakıdakı genişmiqyaslı tikinti işləri çərçivəsində plana düşüb və onların ABŞ-a yollanmaq həvəsi də bundan sonra meydana çıxıb. Onlar getdikləri bölgədə Bakıdakı ailə ənənələrini davam etdirmək qərarına gəliblər, ancaq bir qədər fərqli aspektdə.

ABŞ dövlətinə 7.4 milyon dollar "atan" Kələntərovlar kimdir? - FOTOLAR


Belə ki, qardaşlar müxtəlif geyim növləri üzərində çap işləri xidmətləri təklif ediblər və bunun üçün əməli fəaliyyətə başlayıblar.
"Kalantarlı Brothers"in böyüyən biznes hekayələri Los-Ancelesdən start götürüb.
Qardaşların uğur qazanmasının köklərinə ensək, görərik ki, onları bir-birini tamamlayan fərqlilikləri uğura aparıb.
Aydın Kələntərov qrafik dizayner, internet, proqramlaşdırma üzrə peşəkarlaşıb. Zaur maliyyənin və biznesin qurulması, idarəsindən məsul olub. Kiçik qardaş Əli isə cihazlarla, xüsusən elektronika ilə işləməyi yaxşı bacarıb. Onlar güclərini və qabiliyyətlərini birləşdirməklə rəqibləri qarşısında üstünlük əldə etməyə nail olublar.
Qardaşlar çap sahəsində özlərini təsdiqləyəndən sonra bizneslərini fərqli sahələrə daşımaq qərarına gəliblər. Bunun üçün Ohayo ştatını daha əlverişli hesab edən Kələntərovlar burada daşınmaz əmlak işinə başlayıblar. Onlar evləri nisbətən ucuz qiymətə alıb, təmir-tikinti işlərini gördükdən sonra satışa çıxarıblar.
Ailənin fırıldaqçılıqda ittiham olunması məsələsinə gəldikdə, bunun kökləri hələlik qeyri-müəyyən olsa da, məhz daşınmaz əmlak bazarına daxil olmaları ilə bağlamaq mümkündür. Çünki ailə məhz saxta fermalar yaratmaqda ittiham edilir.

ABŞ dövlətinə 7.4 milyon dollar "atan" Kələntərovlar kimdir? - FOTOLAR


Qeyd edək ki, sözügedən ittiham çərçivəsində ailənin iki üzvü - Aydın Kələntərov və Günay Kələntərli yanvarın 25-də Kaliforniyada həbs olunub. Onlar bank və teleqraf xidməti ilə əlbir olaraq fırıldaqçılıq etməkdə günahlandırılırlar.
ABŞ Prokurorluğu ailənin digər dörd üzvünə - Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli, Kandi Rodrigezə qarşı da ittiham irəli sürüləcəyi istisna etmir.
Xatırladaq ki, ailənin hökumətdən ümumi məbləği 7 milyon 447 min 400 dollar olan 53 pandemiya yardım krediti aldığı bildirilir.
Belə ki, dövlətin pandemiya dövründə verdiyi kreditlər ötən ilin fevralın 1-dək yaradılmış şirkətlərə şamil olunur. Sözügedən şirkətlər isə apreldə yaradılıb.
Dostu açıqlama verdi: "Kimisə öldürməyib ki..."
“Yıxılana balta vuranlar, başqasının uğursuzluğuna sevinənlər, haqqını yeyənlərə “rəis”, “müəllim” deyənlər, bilib-bilmədən danışanlar, mərdi qovaraq namərd edənlər, hansısa mövzulardan istifadə edib özünə reytinq yığan insanlara nə ad vermək olar? Zaur dostumdur. Bankdan pul götürüb deyə dostluğumuzu pozmaq fikrimiz də yoxdur. Zaurun etdiyi yaxşılıqların bəlkə də heç 1 faizini belə, etməmisiniz. Zaur nə edib, öz işidir, cavab verir və həll edir”.

ABŞ dövlətinə 7.4 milyon dollar "atan" Kələntərovlar kimdir? - FOTOLAR


HİT.Az pravda.az-a istinadla bildirir ki, bunu Zaur Kələntərovun dostu Röyal İsmayılov deyib.
R.İsmayılov bildirib ki, Amerikada Zaur kimi 12 milyon adam belə pul götürüb: “Bu, səni niyə bu qədər maraqlandırır? Siz hamınız “süddən çıxmış ağ qaşıqsınız”, xəbərimiz yox imiş. Həmişə halal qazanıb, heç kimi aldatmamısınız və hamınız da bankdan pul götürəndə saxta sənədsiz götürmüsüz... Hamımız bilirik ki , Azərbaycanda banklardan pul götürəndə nə qədər saxta sənədlər düzəlir, Zaur kimisə öldürməyib və ya kiminsə cibindən pul oğurlamayıb, bankdan pulu götürüb və bu da onların öz arasında həll olunur. Zauru tanıyan bilir, necə insandır. Bu hadisə altı ay əvvəl olub, media indi paylaşır. Hər birimizin başına iş gələ bilər, heç kim həyatda sığortalanmayıb”.

ABŞ dövlətinə 7.4 milyon dollar "atan" Kələntərovlar kimdir? - FOTOLAR


Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Amerika Alimlər Federasiyası ciddi xəbərdarlıq edib

    Amerika Alimlər Federasiyası ciddi xəbərdarlıq ...

    8-12-2012, 10:17

  • 
  • 3 Milyard dollarını bagışladı-Fotolar

    3 Milyard dollarını bagışladı-Fotolar ...

    18-05-2013, 03:16

  • 
  • Cənubi Amerika futbolunun utanc gecəsi

    Cənubi Amerika futbolunun utanc gecəsi ...

    14-12-2012, 13:02

  • 
  • Futbol üzrə dünya çempionatının qalibi 40 milyon dollar alacaq

    Futbol üzrə dünya çempionatının qalibi 40 milyon ...

    4-12-2013, 11:32

  • 
  • Bakıda saxta dollar tüğyanı

    Bakıda saxta dollar tüğyanı ...

    9-09-2014, 14:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu