GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əli Həsənovla bağlı ŞOK İDDİALAR...

Əli Həsənovla bağlı ŞOK İDDİALAR...

Tarix: 29-03-2021, 12:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 707
Əli Həsənovla bağlı ŞOK İDDİALAR...


Deyirəm dağıl, ay gidi dünya. İndi Əli Həsənov oturub evdə baxır televiziyalara, qəzetlərə, elektron KİV-lərə, sonra da başlayır yerində qurcuxmağa. Və yəqin ki, arada əlini şappırtıynan dizinə vurub deyinir ki, “Gör nələr əlimdən çıxdı, nələri itirdim?” Bəli, Əli Həsənov çox şey itirdi.

Birincisi, ağlını itirdi.

İkincisi, ali dövlət rəhbərliyinin etibarını və minlərlə insanın inamını itirdi.

Üçüncüsü isə təsəvvür edilə bilməyəcək qədər böyük maddi və inzibati rıçaqları itirdi. O dövlət içində nəhəng bir biznes imperiyası qurmuşdu. Onun statusuna o zaman istənilən yüksək çinli məmur qibtə edirdi. Eyni zamanda, bütün məmurlar bu və ya digər şəkildə Əli Həsənovla hesablaşırdı. Çünki Əli Həsənov 4-cü hakimiyyətin başındaydı və fövqəladə səlahiyyətlərə malik idi. O istədiyi məmuru sındıra və dizə gətirə bilirdi. Onun əlində 10-dan artıq televiziya, onlarla qəzet və yüzlərlər elektron KİV-lər var idi. Üstəlik, Azərbaycanın reklam bazarı da Əli Həsənovun nəzarətində idi. Ona görə də son 20 ildə əlində möhürü olan ixtiyari dövlət və qeyri-hökümət təşkilatı və o cümlədən kommersiya strukturları Əli Həsənovla hesablaşmaq məcburiyyətində idi.

Amma neyləyək ki, bu qədər səlahiyyətlərə və imkanlara sahib Əli Həsənov o qədər harınlaşdı ki, gözü heç kimi görmədi. Və məşhur kinomuzdakı Kərəmov kimi qabağına çıxanı əzib keçdi. Və bu özbaşna hərəkətləri də təbii ki, cavabsız qalmadı. Çünki Əli Həsənov Azərbaycan dövlətinə və xalqına son 25 ildə ən çox ziyan vuran iki məmurdan biridir. Və bəlkə də birincisidir.

Əli Həsənovun statusu elə idi ki, göydə uçan quşdan da onun xəbəri olmalı idi. Əslində Əli bəyin də nəinki göydə uçan quşlardan, hətta yerdə sürünən zəhərli ilanlardan da xəbəri var idi. Əli Həsənov Ramiz Mehdiyevə arxalanaraq ölkədə cinayətkar şəbəkə yaratmışdı. Bu şəbəkə Hacı Məmmədovun qanqsterlərindən, Eldar Mahmudovun qoçularından daha qorxulu idi. Çünki Hacı Məmmədovun da, Eldar Mahmudovun da hədəfləri lokal idi. Onları yalnız milyonçular maraqlandırırdı.

Əli Həsənovun isə hədəfi təmiz insanlar, doğrunu söyləyənlər və özünə-sözünə hörmət edənlər idi. Yəni Əli Həsənov Azərbaycanın genefondunu məhv etməklə məşğul idi. 25 illik hakimiyyəti dövründə o, Azərbaycan mətbuatının görən gözünü kor, eşidən qulağını kar eləməyə çalışdı. Ətrafına yığdığı korazehin adamlarla nə qədər işıqlı ziyalının ürəyini partladıb öldürdü. Nə qədər kasıb, yetim jurnalisti barmaqlıqlar arxasına saldırdı. Bir anlığa diqqət edək. Əli Həsənov 1,6 ildir ki, siyasi səhnədə yoxdur. Amma bu müddətdə bir dənə də olsun jurnalist həbs olunmayıb. Bir dənə də olsun siyasi fəal incidilməyib. Necə deyərlər, “qurdla quzu bir yerdə otlayır”.

Əli Həsənov korporativ maraqları üçün bütün zamanlarda dövləti maraqları ayaqlar altına atırdı. O, öz statusundan istifadə edərək bütün məmurlardan “dolya” alırdı. Onun haqq aldığı məmurlar siyahısında ən bərkgedən nazirlərin adı da vardı. İcra başçıları isə sadəcə Əli üçün xırda çibxərcliklər ödəyən məmurlar idi. Həsənovun qurduğu texnologiya isə belə idi.

O, bütün məmurlarla razılaşmışdı ki, sizi mətbuatdan qoruyacam. Və ən başlıcası, mətbuatın sizin haqqınızda yazdıqlarının ölkə rəhbərliyinə çatmasının qarşısını alacam. Təbii ki, bu təklif istənilən məmur üçün cəlbedici idi. Ona görə də məmurların tam əksəriyyəti onunla separat danışığa gedirdi. Amma Əli Həsənov aldığı “dolya” ilə kifayətlənmirdi. Davamlı şəkildə həmin məmurları şantaj edirdi. Bax, Əli belə Əli idi. Hələ onu demirəm ki, bir çox iriçaplı məmurlarla iş ortaqlığı vardı. Əli Həsənovun məmurlara “arxa durması” təbii ki, sosial narazılığı artırır, məmur özbaşınalığına meydan verirdi. Bu, məsələnin bir tərəfi.

Məsələnin digər tərəfi isə o idi ki, Əli Həsənovun biabırcı və cinayətkar əməlləri hesabına ölkə mətbuatının rəngi də dəyişirdi. Mətbuat ancaq şou əhlinin təbliği ilə məşğul idi, yəni “sarı mətbuat”a çevilmişdi. Onun hökmranlığı dövründə rəsmi mətbuata tənqidi yazılar yazmaq, şikayətlərlə bağlı süjetlər hazırlamaq birmənalı şəkildə qadağan olunmuşdu. Bu qadağanı pozan televiziya rəhbəri və qəzet redaktorunu çox ciddi cəza gözləyirdi. Yəni obyektiv, vicdanlı jurnalistləri Əli Həsənovun görən gözü yox idi. Onun vaxtında biabırçı “media kapitanları” ifadəsi var idi. O, özünə yaxın bildiyi, dediyi ilə oturub-duran “jurnalistlər”i ora toplamışdı.

Əli Həsənovun “media kapitanları” da harda aş, orda baş idilər. Fəxri adlar, pulsuz mənzillər, dövlətin mətbuata ayırdığı vəsaitlər məhz həmin “media kapitanları” üçün idi. Əli Həsənov bütün bunlardan gözü doymayıb, arvadı üçün bir media holdinq də yaratmışdı, oğlunu isə Xəzər TV-nin başına keçirmişdi.

Qəribə burası idi ki, o, dünyanın aparıcı KİV-lərinin ölkəmizdəki nümayəndələrindən də “dolya” umurdu. “Dolya” verməyənlərin isə bu və ya digər şəkildə ölkədən qovulmasına nail olurdu. Bunun acısını biz bu gün, xüsusilə də 44 günlük müharibədə dəhşətli dərəcədə hiss etdik. Bu gün ölkəmizdə nəinki SNN, BBC, “Reuters” kimi media nəhənglərinin, heç Rusiya televiziyalarının da müxbir məntəqələri yoxdur. Halbuki Ermənistanda dünyanın bütün aparıcı xəbər agentliklərinin müxbir postları var. Amma bizdə yoxdur. Çünki Əli Həsənov onların hamısının “dalından dəymişdi”. Onun milli xəyanəti hesabına Azərbaycan informasiya blokadasına alınmışdı.

Obyektiv fikirlər subyektiv yanaşmalardan formalaşır. Əli Həsənovun subyektiv yanaşmasına görə Azərbaycan çətin günlər yaşadı. Amma çox şey artıq keçmişdə qalıb. Bu gün həm dördüncü hakimiyyət normal nəfəs alır, həm də ki, məmurları qulağı dincəlib. Əli Həsənov öz məkirli məqsədləri üçün hətta ölkə rəhbərliyini mətbuatdan təcrid etmişdi. Sonuncu dəfə Respublika Prezidentinin ölkə və yaxud xarici mətbuata verdiyi müsahibəni çətin ki, kimsə xatırlasın. Lakin son il yarımda ölkə başçısı ən azı 50-dən artıq xarici mətbuata müsahibə verib. Yerli telekanallar isə dəfələrlə prezident İlham Əliyevə birbaşa sual ünvanlamaq imkanı qazanıblar.

Fevral ayının 25-də Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransı isə cəmiyyətimiz üçün bir yenilik idi. Ölkə başçısı 4 saat müddətində onlarla yerli və xarici ölkə mətbuatı nümayəndələrinin suallarını cavablandırdı. Ədalət naminə deyək ki, bu mətbuat konfransı ölkəmizin beynəlxalq imicinə yeni müsbət çalarlar əlavə etdi. 10 gün müddətində dünyanın aparıcı KİV-ləri bu mətbuat konfransından və orda səsləndirilən fikirlərdən yazdı.

Amma Əli Həsənovun vəzifədə olduğu 25 il müddətində belə bir hadisə olmamışdı. Çünki belə bir mətbuat konfransı təşkil etməyə Əli Həsənovun nə qabiliyyəti çatırdı, nə də maraqları yol verirdi. Çünki o 5-ci kolonun ən fəal üzvlərindən biri idi. Onlar üçün hər şeyin başında pul dayanır. Onlar üçün Vətən, millət ancaq bir sözdür, məqsədlərinə çatmaq üçün vasitədir. Son məqsəd isə lap çoxlu puldur. Pulgirlərinsə milliyyəti və Vətəni olmur…

Surxay Atakişiyev,
KONKRET.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erməni ordusu 3 hərbçisini itirdi

    Erməni ordusu 3 hərbçisini itirdi ...

    7-09-2015, 13:54

  • 
  • Türkiyədə daha iki əsgərini itirdi

    Türkiyədə daha iki əsgərini itirdi ...

    11-10-2015, 19:21

  • 
  • Azərbaycanlı milyarder 700 milyon itirdi

    Azərbaycanlı milyarder 700 milyon itirdi ...

    31-01-2015, 23:03

  • 
  • Ordumuz zabitini itirdi

    Ordumuz zabitini itirdi ...

    16-07-2014, 11:34

  • 
  • Çin 513 milyard dollar itirdi

    Çin 513 milyard dollar itirdi ...

    11-01-2016, 13:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu