GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ABRAMYANIN YEZNƏZİNİ GÖMRÜKDƏ KİMLƏR MONOPOLİST ETMİŞDİ? - Və ya nədən erməni ilə qohum olanı birini seçmişdilər?

ABRAMYANIN YEZNƏZİNİ GÖMRÜKDƏ KİMLƏR MONOPOLİST ETMİŞDİ? - Və ya nədən erməni ilə qohum olanı birini seçmişdilər?

Tarix: 31-03-2021, 20:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 283
ABRAMYANIN YEZNƏZİNİ GÖMRÜKDƏ KİMLƏR MONOPOLİST ETMİŞDİ? - Və ya nədən erməni ilə qohum olanı birini seçmişdilər?


Kim zəmanət verə bilər ki, vaxtilə gömrükdən toplanan yüz milyonlardan Azərbaycan düşməni olan erməniyə də “qayın payı”, “dayı payı” göndərilməyib?

Azərbaycan və erməni xalqlarının yaxın gələcəkdə yaxınlaşmasının, birgəyaşayışının, normal qonşuluq münasibətinin yaranmasının mümkünlüyü barədə nə qədər deyilsə, təbliğat aparılsa da, hazırda mövcud olan mənzərənin tezliklə dəyişəcəyinə ümid etmək yersiz görünür.
Buna xüsusilə də müharibədə acı məğlubiyyətə uğramış Ermənistanın siyasi arenasındakı fiqurlara, erməni cəmiyyətinə, mediasına və s. nəzər yetirdikdə bir daha əmin olmaq olar. İstəsək də, istəməsək də bu qonşu xalqın bizi “həzm etməsi” mümkünsüz görünür və demək olar ki, hər zaman da belə olub...
Lakin buna rəğmən xüsusilə də 1990-cı illərə qədər emənilərlə qarışıq nigahlara kifayət qədər çox rast gəlinirdi. Böyük ehtimalla bu günlərdə mətbuatda sıx-sıx bəhs edilən Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyanın Azərbaycanda ərdə olan bacısı da məhz həmin illərdə azərbaycanlıya ərə gedib.
Təbii ki, bu cür izdivaclara “ürək-könül məsələsi”, beynəlmiləlçilik, insan haqları və s. kontekstindən yanaşıla bilər və kimsənin şəxsi həyatına müdaxilə etmək doğru olmaz. Zatən Azərbaycanda 30 mindən çox erməninin yaşadığı bildirilir və onlara qarşı hər hansı qanunsuz hərəkətin, təzyiqin şahidi olmamışıq.
Lakin yuxarıda qetd etdiyimiz məsələnin bir “əmması” var. Söhbət ondan gedir ki, Azərbaycana qarşı açıq nifrətini gizlətməyən, ölkəmizə müxtəlif növ çirkin iftiralar atan, Rusiyada anti-Azərbaycan təbliğatının əsas fiqurlarından biri olan həmin bu Abramyanın bacısının Azərbaycanda heç də adi sıravi şəxslərin birinin deyil, hamının uzun illər əsas monopolist kimi tanıdığı, Azərbaycan gömrüyündəki qanunsuzluq, özbaşınalığın təməlini qoyanlardan biri hesab olunan və bu yolla böyük var-dövlət sahibinə çevrilən Əbülfəz Məlikovun həyat yoldaşı olduğu iddia edilir.

Bunu mətbuata açıqlamasında Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini, deputat, politoloq Cümşüd Nuriyev deyib və xeyli vaxt keçməsinə baxmayaraq, bu məlumat “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov tərəfindən təkzib olunmayıb. C.Nuriyevsə kifayət qədər məlumatlı şəxs hesab oluna bilər. Yox, əgər deyilənlər həqiqət deyilsə, məntiqlə, istənilən şəxs ailə üzvü barədə yayılan yalana sərt münasibət bildirər, ən azından bu məlumatı təkzib edərdi...
Əgər deyilənlər həqiqətdirsə, o zaman mövzunun maraqlı tərəfi sadəcə, kiminsə ailə məsələsi, şəxsi işi və s. yox, Azərbaycan gömrüyü kimi strateji əhəmiyyət daşıyan, milyardların dövr etdiyi sahədə erməni diasporunun ən aparıcı fiqurlarından birinin yaxın qohumunun əsas söz sahiblərindən biri olmasıdır.
Doğrudur, xeyli vaxtdır ki, Ə.Məlikovun bu sahədən uzaqlaşdırıldığı bildirilir. Lakin faktiki olaraq, uzun illər bu şəxs Azərbaycan gömrüyünü idarə edən 2-3 “bossdan” biri hesab olunub, deməli o, həm də az qala gömrüyün üzərindən uçan hər quşdan da xəbərdar olub.
Yaxşı, Azərbaycanda gömrükdəki “qara işləri” tapşırmaq üçün qatı Azərbaycan düşmənlərindən birilə yaxın qohumluğu olan şəxsdən savayı kimsə tapılmırdımı? Niyə Azərbaycanın çörəyi məhz belə adamlara yedirdilməli idi? Kim zəmanət verə bilər ki, vaxtilə gömrükdən toplanan milyonlardan, hətta yüz milyonlardan Azərbaycan düşməni olan bu erməniyə də “qayın payı”, “dayı payı” göndərilməyib?
Ümumiyyətlə, heç bir millətçilik filan etmədən, sadəcə məntiqdən irəli gələn sual yaranır – Azərbaycanın strateji sahələrində bizimlə düşmənçiliyi bütün dünyaya bəyan olan ermənilərlə uzaqdan-yaxından əlaqəsi olan şəxslərin leqal, yaxud qeyri-leqal formada təmsil olunmasına niyə imkan verilir? Hara baxıb indiyə kimi Azərbaycan gömrüyünə uzun illər boyu rəhbərlik etmiş şəxlər?

Və nəhayət, gömrüyə nəzarətin məhz belə bir şəxsə verilməsi təsadüfidirmi? Əlbəttə ki, yox. Ə.Məlikovun əsas havadarlarının kimliyi nəzərə alınsa, burada “köhnə qvardiya”nın izləri açıq-aşkar görünə bilər. Ona gömrükdə “at oynatmaq” səlahiyyətinin də məhz “köhnə qvardiya” tərəfindən verildiyi şübhə doğurmur. Bu isə sözügedən strateji sahəyə, onun “qara gəlirlərinə” nəzarətin Moskvaya xidmət edən qüvvələrin əlində olmasına, ölkənin giriş-çıxış qapıları barədə mütəmadi olaraq Moskvaya hesabat verildiyinə dair qənaət yaradır.
Digər yandan Ə.Məlikov kimilərin sayəsində gömrükdə yaranan iyrənc durum, açıq-aşkar inhisarçılıq, talançılıq, biznesin rəzil günə salınması nəzərə alındıqda, istər-istəməz qənaət yaranır ki, azca da olsa millət, xalq, dövlət təəssübkeşliyi olan bir şəxs bu mühiti yaratmazdı. Sanki bilərəkdən bu çirkin, ziyanlı, ölkə iqtisadiyyatının, biznesinin təməlini sarsıdan iş məhz ermənilə qohumluğu olan adama tapşırılıb...
Yaxşı olar ki, yuxarıda qeyd edilən suallara cavab verilsin. Və əgər doğrudan da yaxın keçmişimizdə Azərbaycanda sahibkarlığın inkişafına balta vuran, inhisarçılığın təməlini qoyan şəxslərdən biri kimi ad çıxarmış “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun Ara Abramyanla yaxın qohumluğu barədə deyilənlər həqiqətdirsə, o zaman bu şəxsə vaxtilə məlum səlahiyyəti vermiş və onu milyonçuya çevirmiş adamlar həm qanun, həm də vicdanları(əgər varsa) qarşısında cavab verməlidirlər./AzPolitika.info/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kremllə İrəvan arasında gərginlik: Moskvanın cəza siyasəti...

    Kremllə İrəvan arasında gərginlik: Moskvanın cəza ...

    17-12-2017, 17:44

  • 
  • Erməni azərbaycanlıların zavodunun sahibi imiş

    Erməni azərbaycanlıların zavodunun sahibi imiş ...

    15-07-2013, 23:22

  • 
  • "Soyuq səngərdə erməni əsgərinin gözünə hər yerdə Azərbaycan "diversantı" görünür"

    "Soyuq səngərdə erməni əsgərinin gözünə hər ...

    4-01-2015, 00:44

  • 
  • “Azərbaycan bizi bu silahlarla məhv edəcək” - Ermənistanda MÜHARİBƏ QORXUSU

    “Azərbaycan bizi bu silahlarla məhv edəcək” - ...

    7-07-2017, 18:35

  • 
  • Ermənistanın növbəti təxribatı...

    Ermənistanın növbəti təxribatı... ...

    14-04-2015, 22:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu