Sovetski sakinləri Yasamal Rayon İcra Hakimiyyətinin qarşısında yolu bağlayıb.
Sakinlər köçürülməyə görə onlara veriləcək kompensasiyanı, evi tələb edirlər. Etirazçıların sözlərinə görə, onlar hələ də ev ala bilməyiblər. Buna görə də kirayə evlərdə yaşamaq məcburiyyətindədirlər. Onlar həmçinin evlərinin sökülməsi ilə bağlı kompensasiyaların ödənişində ədalətsizliyə yol verildiyini də iddia ediblər. Vətəndaşlar Yasamal İH-də yaradılmış komissiyanın haqsızlığa yol verdiyini, düzgün qiymətləndirmə aparılmadığını, əmlak bazarındakı qiymətlərə uyğun olmayan təzminat verildiyini bildiriblər. Həmin görüntüləri təqdim edirik:/gundelik-baku/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?