Araşdırmaçı jurnalist Cəmil Məmmədli həmkarlarına məhkəmədə iştirak edən və iştirak etmək imkanı olmayan bütün dostlara öz minnətdarlığını da bildirib. Məmmədliyə qarşı sifarişli məhkəmə prosesindən açıqlaması maraq doğuracağını bilib, olduğu kimi təqdim edirik:
"Dünən bir epizod diqqətimi çəkdi. Tanımadığım bir nəfər, siyahıda öz qohumlarının, həyat yoldaşının adını görüb, məhkəməyə şahidlik etməyə gəlmişdi. Hər kəs onun geyimindən, görünüşündən, necə ağır həyat tərzi keçirdiyini görür və hətta bəziləri qarğış edirdi ki, "belə adamın pulunu yeyənin..." Adamı tanımıram, heç vaxt görməmişəm, siyahıda kimləri tanıdığını heç soruşmadım. Bütün bunların fonunda 4 nəfər - 3-ü qubalı olmaqla, sosial şəbəkələrdə əleyhimə və dəstək olan dostlarıma kinayəli sözlər deməklə, eyhamlar vururlar. Məhkəmənin hökmü nə olacaq bilmirəm. Lap düzünü desəm, heç vecimə də deyil. Çünki mən inanclı adamam, bir gün hər şeyə görə HAKİMLƏRİN HAKİMİNİN qarşısına çıxacağıma inanıram. Bax həmin gün nə necə olacaq, onda da baxarıq. Mən doğru bildiyim işi görmüşəm. Bütün bu təhqirləri, təhdidləri əvvəlcədən nəzərə alaraq, qarşı tərəfin hansı insani və qeyri-insani keyfiyyətlərə malik olduğunu bilərək, bu işlərin üstünü açdım. Məndən qabaq 3 jurnalistə bu informasiyaları vermişdilər. Ancaq onlar məlum səbəblərdən susdular. Mən susmadım və susmayacağam. Bu günə qədər heç kəsə şər atmamışam, bundan sonra da şər atmayacam. Bu günə qədər haqsızlığa susmamışam, bundan sonra da susmayacağam. Bu yolda yanımızda olan da, arxamızca baxan da, bizim üstümüzə gəlməklə özünə "çörək" qazanan hər kəs də sağ olsun! Sağ olun, var olun!!! Allah filankəslər kimi ağlımızı başımızdan almasın! Allah doğru yoldan azdırmasın!"
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?