Azərbaycanda bank sisteminin bərbad durumda olduğu barədə gundelik-baku.com saytı olaraq dəfələrlə yazmışıq. Və xüsusi olaraq qeyd etmişik ki, bütün bu problemlərin başında Mərkəzi Bankın sədri Elman Rüstəmov dayanır.
Ancaq ayrı-ayrı bankların da öz məsuliyyəti var. Son bir ildə az qala 10-a yaxın bank müflis olaraq sıradan çıxıb, müştərilərinin pulunu ödəyə bilməyib. Yəni ölkədə mövcud olan özəl banklar müştərilər üçün güvənli və etibarlı deyil. Digər ciddi problem isə bankların ölkədən külli miqdarda valyuta çıxarmasıdır. Son illər ayrı-ayrı bankların ölkədən milyonlarla deyil, milyardlarla valyuta çıxarması heç kimə sirr deyil. Və buna görə heç kim məsuliyyət daşımır. Belə banklardan biri də “Xalqbank”dır. Bankın Müşahidə Şurasının sədri Asim Mahmud oğlu Məmmədlidir. Bankın Müşahidə Şurasının 3, İdarə Heyətinin 7 üzvü var. Bankda 10 idarə rəisi var. Bu görəsən nazirlikdir, komitədir, nədir ki, bu qədər idarə rəisi var. Sadəcə, vətəndaşları soymaq üçün yaradılmış kantordur. Azərbaycanda olan bank faizləri dünyanın heç bir ölkəsində yoxdur. Təsəvvür edirsiniz bu bankda Bank Əməliyyatlarına Nəzarət idarəsinin rəisi Kərim Abbas oğlu Quliyev Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Memar-inşaatçı hara, banka nəzarət hara ? Yaxşı ki, baytar deyil... Bütün bunlar azmış kimi mətbuatda xəbər yayılıb ki, “Xalqbank”ın Müşahidə Şurasının sədri Asim Məmmədli ölkədən 2 milyon çıxarıb. Və Asim Məmmədli həmin pulu Çexiyada daşınmaz əmlaka yönəldib. Görəsən, Azərbaycandakı müvafiq dövlət qurumları hara baxır ? Bu qanunsuzluqlar nə vaxta qədər davam edəcək ? Məsələ ilə bağlı “Xalqbank”ın sədr müavini Natella Fikrət qızı Şahverdiyeva ilə telefon (012 404 43 43 (5504) ) əlaqəsi saxladıq. Sədr müavini gundelik-baku.com-un müxbirinə bildirib ki, bu məsələ ilə bağlı “sekretarşa” ( yəni katibə ) ilə əlaqə saxlayın. Görəsən, sədr müavini başa düşmür ki, bu problem katibəlik deyil. Mövzunu diqqətdə saxlayacağıq. //gundelik-baku.com//
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?