Proses düşünülmüş şəkildə bir mərkəzdən idarə olunur
gundemxeber.az Son zamanlar ölkədəki cırtdan bankların bağlanması müşahidə edilir. Lakin ən təəccüb doğuran hal isə bankların bağlamamışdan öncə müflisləşməsi ilə əlaqədardır. Belə ki, banklar ilk öncə müflisləşir, sonra isə fəaliyyəti dayandırılır. Baş verənlər onu göstərir ki, ölkənin bank sektorunda təmərküzləşmə prosesi gedir. Bu proses düşünülmüş şəkildə bir mərkəzdən idarə olunur. Bbəlli bir qrup və güc mərkəzi bank sistemini öz əlində cəmləşdirməyə çalışır. Hətta bəzi vəzifəli şəxslər bu yaxınlarda açıqlama verdilər ki, Azərbaycan kimi ölkədə 18-20 bankın olması kifayətdir”, - deyə bildirdi: “ Hazırda ölkədə 40-dan yuxarı bank var. Verilən açıqlamalar göstərir ki, yaxın ildə və illərdə bankların sayı iki dəfə azalacaq. Bunun üçün ilk öncə bankların kapitalını qaldırdılar. Əgər bank açmaq üçün kapitallaşma səviyyəsi cəmi 5 milyon manat idisə, həmin göstərici ilk öncə 10 milyon manat, sonra isə 50 milyon manata qaldırıldı. Bir çox bankların da problemləri bundan sonra başladı. Yəni kapitallaşma səviyyəsinin 50 milyon manata qaldırılması kiçik banklar sıxıntılar yaratdı. Bu tip qərarların qəbulu bank sisteminin təmərküzləşməsi və müəyyən bir qrupun əlində cəmləşməsi ilə əlaqədardır. Bankların müflisləşməsinin həm təbii, həm də ki, süni səbəbləri vardır. Eyni halda məmurların ixtiyarında olan iri banklara, yaradılan şərait kiçik banklar üçün yaradılmır. Belə bir vəziyyətdə kiçik banklar böyük banklarla rəqabətə dözmür və nəticə etibarı ilə sıradan çıxır. Digər tərəfdən müflisləşmə proseduru həyata keçirildikdən sonra kiçik bankların qiyməti çox aşağı düşür. Bundan sonra müflisləşən bankların öhdəliklərini götürən iri banklar onların öhdəliklərini daşımır.
Sorğu
Yeni dizaynımız necədir?